/ / Rəcəb Tayyib Ərdoğan: Qardaşım İlham Əliyev ilə Ermənistanla sülh danışıqları məsələsini müzakirə etdik
Rəcəb Tayyib Ərdoğan: Qardaşım İlham Əliyev ilə Ermənistanla sülh danışıqları məsələsini müzakirə etdik
11.03.2025 [09:42]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Prezident İlham Əliyevlə danışıqlar zamanı digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh danışıqları mövzusunu da müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin növbəti iclasının yekunlarına həsr olunmuş brifinqdə Türkiyə dövlətinin lideri Azərbaycan liderinin Ankaraya səfərinin yekunlarını şərh edib.
“Prezident İlham Əliyevin martın 5-də səfəri zamanı biz muxtar respublikanı azı 30 il qazla tam təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdik”, - deyə o, bəhs edib.
Onun sözlərinə görə, “qardaş İlham Əliyevlə bir çox mühüm mövzuları, xüsusən də Ermənistanla sülh danışıqları məsələsini müzakirə etmək” imkanı da olub.
Türkiyə Prezidenti daha sonra Ankaranın Avropa İttifaqı ölkələri ilə dialoqu mövzusuna toxunub.
“Ankaranın Avropadakı tərəfdaşları Türkiyənin dəyişən dünya düzənindəki rolunu dərk etməli və qəbul etməli, strategiyalarını yeni qlobal reallıqları nəzərə alaraq formalaşdırmalıdırlar. Bizim prioritetimiz Avropa İttifaqı ilə ümumi maraqlara və qarşılıqlı hörmət prinsipinə əsaslanan əlaqələrin hərtərəfli inkişafı olaraq qalır. Aİ-yə tamhüquqlu üzvlük kursu qalır”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.
Siyasətçi Türkiyə iqtisadiyyatının artım göstəricilərinə diqqət çəkib. “Türkiyə iqtisadiyyatının həcmi 1,3 trilyon dollara çatıb, adambaşına ÜDM 15 min dolları keçib”, - deyən Türkiyə lideri Türkiyəyə investisiyaların, ixracın miqyası kimi də artdığını vurğulayıb.
Suriyadakı proseslərə toxunan Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, müəyyən qüvvələr qonşu ölkədə vəziyyətin sabitliyini pozmaq cəhdlərindən əl çəkmirlər. “Keçmiş Bəşər Əsəd rejiminin tərəfdarları arasından olan təxribatçılar dinlərarası çəkişmələrdən istifadə edirlər. Hazırda risklərin qalmasına baxmayaraq, Suriya hökumətinin səyləri sayəsində vəziyyət nəzarət altındadır”, - deyə o, rəsmi Dəməşqin hərəkətlərini müsbət qiymətləndirib.
“Ankara səmimi qəlbdən Suriyada sülh və sabitlik mühitinin tezliklə bərqərar olmasına ümid edir”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti Ukraynadakı vəziyyətə də münasibət bildirib. “Uzunmüddətli sülhə nail olmaq Moskva və ya Kiyevin iştirakı olmadan mümkün deyil. Biz bu barədə bütün platformalarda bildiririk”, - deyə siyasətçi deyib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

