İƏT-in fəal və məsuliyyətli üzvü...
11.03.2025 [10:46]
Azərbaycan Nablusda 600 nəfərlik məktəbin tikintisini öhdəsinə götürüb
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu baxımdan, Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir.
İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.
Ceyhun Bayramov: Azərbaycan hər zaman Fələstin xalqına dəstək göstərməyə hazırdır
Qeyd edək ki, Azərbaycan İƏT-in tədbirlərində də fəal iştirak edir. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib. C. Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütün İslam dünyasına ən xoş arzularını çatdırıb. Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib. Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.
Nazir ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyini vurğulayıb. Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
C.Bayramov hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə humanitar yardım səylərinin əhəmiyyəti də qeyd edib. Azərbaycanın İƏT-in məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə öncəki illərdən əlavə eskalasiyanın başladığı 2023-cü ildən etibarən Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyi bildirilib. Ölkəmizin, həmçinin Fələstin xalqına təhsil və səhiyyə sahəsində dəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın ayrıldığı, həmçinin Azərbaycanın Nablusda 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətə çatdırılıb.
Azərbaycan Misirin Qəzzanın bərpası ilə bağlı planını dəstəkləyir
Nazir çıxışı zamanı ölkəmizin Qəzzanın bərpası və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4 mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı dəstəklədiyini vurğulayıb. Xatırladaq ki, sammitdə 22 ərəb dövlətinin dövlət başçıları, yüksəksəviyyəli nümayəndələri, XİN başçıları, eləcə də BMT-nin və İƏT-in Baş katibləri, Avropa Şurasının və Afrika İttifaqının prezidentləri iştirak ediblər. Tədbirdə Qəzzanın bərpası ilə bağlı Misirin təklif etdiyi plan müzakirə olunub. Sammit Qahirə Bəyannaməsinin qəbulu ilə yekunlaşıb. Bəyannamədə regionda atəşkəsin əldə olunmasında, sülhün və sabitliyin bərpa edilməsində ABŞ-ın və qonşu dövlətlərin səyləri təqdir olunub, Fələstin hakimiyyətinin Qəzzanın idarəsi ilə bağlı təklifi qəbul edilib. Eləcə də bəyannamədə Fələstin və İsrail xalqlarının təhlükəsizliyini təmin edəcək beynəlxalq sülhməramlı qüvvələrin Qəzzaya və Qərb Sahilinə yerləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, BMT ilə əməkdaşlıq şəraitində Qəzza ilə bağlı beynəlxalq fondun yaradılması təklifi müsbət dəyərləndirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

