/ / “Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil” – Bəyanat
“Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil” – Bəyanat
25.02.2025 [10:56]
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında, 2025-ci il fevralın 24-də etdiyi çıxışında, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirmişdir. Əvvəlcə qeyd edək ki, nazir A.Mirzoyanın, ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir. Ararat Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi öz ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatında əks olunub.
Bəyanatda deyilir: “Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal etmiş və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdur. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə olunur. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir.
Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edirik”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

