Qərar qanunlar əsasında verilib
22.02.2025 [09:58]
BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi siyasiləşdirilməməlidir
BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılmasını müəyyən dairələr siyasiləşdirməyə çalışır. “BBC News” yaydığı bəyanatda iddia edib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı “könülsüz qərar” qəbul edib. BBC əsassız olaraq bunu “mətbuat azadlığına qarşı məhdudlaşdırıcı addım” sayıb. “Bu addım bizim ölkə daxilində və xaricindəki auditoriyalarımız üçün Azərbaycana və Azərbaycandan xəbər verməyimizə əngəl törədəcək. Hər həftə təxminən 1 milyon insan BBC News Azərbaycancadan etibarlı qərəzsiz xəbərlər alır. Biz Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq ki, onların göstərişinə aydınlıq gətirək və vəziyyəti həll etməyə çalışaq”, -deyə bəyanatda bildirilib.
XİN: Qəbuledilməzdir!
Azərbaycanın Xarici İşlər Nazirliyi isə məsələyə münasibətdə mövzuya aydınlıq gətirib. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualını cavablandırıb. A.Hacızadə bununla bağlı deyib: “BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir”.
Fevralın 13-də keçirilən görüşdə...
Onun sözlərinə görə, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə fevralın 13-də Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz qarşı tərəfə tam şəkildə izah olunub. Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə “Media haqqında” Qanunun 11.2-ci maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb.
1 müxbir üçün akkreditasiya
Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının BBC yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. A.Hacızadə onu da xatırladıb ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

