Dost və strateji tərəfdaş ölkə...
18.02.2025 [10:27]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib. Serbiyanın Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə iki ölkə arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə ölkələr arasında strateji tərəfdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib. Strateji tərəfdaşlığın inkişafında ali və yüksəksəviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.
Serbiyanın Dövlətçilik Günü...
Xatırladaq ki, 15 fevral tarixi Qərbi Balkan regionu ölkəsi olan Serbiyada Dövlətçilik Günü kimi qeyd edilir. Dövlətçilik Günü Serbiyada hər il fevralın 15-də 1804-cü ildə Birinci Serb üsyanının başlanmasının xatirəsinə qeyd edilən bayramdır. Həmçinin 1835-ci ilin həmin günündə müstəqil Serbiyanın Sreten Konstitusiyası adlanan, vətəndaşların əsas azadlıqlarını və knyazların hakimiyyətinin məhdudlaşdırılmasını elan edən ilk demokratik konstitusiyası qəbul olunub.
Birinci Dünya müharibəsində çox ağır itkilər verdikdən sonra Serbiya Sloveniya və Xorvatiya ilə birləşərək cənub slavyanlarının birliyi olan Yuqoslaviyanı qurub. Yuqoslaviya 1990-cı illərdəki müharibələrə qədər müxtəlif idarəetmə formaları ilə mövcud olub. Yuqoslaviyanın dağılması prosesində Serbiya ilə Monteneqro ittifaq yaradıb. İttifaq 2006-cı ildə sülh yolu ilə dağılıb və Serbiya 1918-ci ildən bəri ilk dəfə olaraq suveren dövlət olub.
Serbiya cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində yerləşən, dənizə çıxışı olmayan ölkədir. Paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. Serbiyanın rəsmi dili serb dilidir, əhalisi 7 milyon nəfərə yaxındır. Ölkə iqtisadi inkişaf səviyyəsinə görə Qərbi Balkan regionunda birinci yerdədir. Müasir dövrdə Serbiya hərbi olaraq bitərəf və müdafiə sahəsinə ən çox investisiya yatıran region ölkəsidir. Əhalisinin 82 faizini serblər, qalan 18 faizini isə macarlar, bosniyalılar, qaraçılar və digər azlıqlar təşkil edir. 1990-cı illərdə Serbiya Avropada ən çox qaçqına sahib olan ölkə olub. Yuqoslaviya müharibələri nəticəsində buraya 1 milyonadək qaçqın gəlib. Onların çoxu Xorvatiyadan, az hissəsi isə Bosniya və Herseqovinadan qovulanlar olub. Bundan başqa, həmin illərdə Serbiyanı 300 min insan tərk edib ki, onların da 80 faizi ali təhsilli idilər.
Serbiya Avropa İttifaqına üzv olmaq istəyir
Qərbi Balkan regionu ölkələri - Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya, Albaniya və Kosovo öz gələcəyini Avropa İttifaqına inteqrasiyada görür. Aİ-nin genişlənmə planında bu 6 ölkənin ittifaqa üzvlüyü nəzərdə tutulur. İyirmi ildən artıqdır ki Aİ üzvü olmağı gözləyən altı ölkədən Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Albaniya ittifaq üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.
Serbiya Avropa İttifaqına üzvlük prosesində böyük irəliləyiş əldə edən və fəal danışıqlar aparan ölkələrdən biridir. Avropa Komissiyası bu ölkənin Aİ-yə üzvlük prosesi çərçivəsində növbəti - üçüncü fəsli açmağa hazırdır. Serbiyanın 2030-cu ilədək ittifaqa üzv olacağı gözlənilir.
Azərbaycan-Serbiya münasibətləri uğurla inkişaf edir
Strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur. Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. Hazırda Azərbaycan-Serbiya münasibətləri yüksək səviyyədədir, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Aleksandar Vuçiçin qarşılıqlı səfərləri bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasına inkişafına şərait yaradıb. Yeri gəlmişkən, Serbiyanın milli bayramı münasibətilə fevralın 15-də Prezident İlham Əliyev serbiyalı həmkarına təbrik məktubu göndərib.
Qeyd edək ki, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Həmçinin iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurası yaradılıb. Serbiyanın paytaxtı Belqrad şəhərinin ən gözəl parklarından biri olan Taşmaydan parkında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin abidəsi yerləşir. Abidə Taşmaydan parkı 2011-ci il iyunun 8-də yenidənqurmadan sonra istifadəyə verilən zaman Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiyanın ovaxtkı Prezidenti Boris Tadiçin iştirakı ilə açılıb. Eyni zamanda, Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatası və Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti, Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi var. Azərbaycanın “AzVirt” şirkəti isə Serbiyada yol infrastrukturu layihələri həyata keçirir.
Yeri gəlmişkən, fevralın 14-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində serbiyalı həmkarı Marko Curiçlə görüşüb. Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında mövcud dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35

