Ermənilərin məscidə qarşı davranışı...
11.02.2025 [09:20]
İcma: Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır
İndiki Ermənistanın ərazisində tarixən azərbaycanlılara məxsus mədəni, tarixi və dini abidələr kütləvi şəkildə dağıdılıb. Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri indiki Ermənistandan tamamilə qovulublar. Bundan sonra sözügedən dağıntılar daha kütləvi hal alıb. Ermənistan hökuməti Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bilavasitə məqsədli şəkildə ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla məhv edib. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, işğal zamanı və ondan sonrakı dövrdə baş verib. Yəni, Ermənistandakı Azərbaycanın mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin “hərəkətverici qüvvəsi” Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olub və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.
Təpəbaşı məhəlləsi nadir tarixi nümunədir
Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir.
İrəvan şəhərinin Təpəbaşı məhəlləsi də şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edir.
Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalıb. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.
Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayanların böyük hissəsi 1920-ci illərdə rəsmi olaraq hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Arxivlərdə bunu sübut edən çoxlu sayda sənəd saxlanılmaqdadır.
Məscid spirtli içkilərin istehlak edildiyi məkana çevrilib
Ermənistan Təpəbaşıda yerləşən məscidin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır. Üstəlik, bu gün tarixi məscidə qarşı davranış qəbuledilməzdir.
Belə ki, bugünlərdə sosial şəbəkələrdə bir blogerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyan edib ki, bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır. İcmanın bəyanatında deyilir ki, Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.
UNESCO məsələyə səssiz qalmamalıdır
“Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq”,- deyə bəyan edən Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edib.
Ümumiyyətlə, mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni irsdən bəhrələnmək insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir. Bu baxımdan, Ermənistan Qərbi azərbaycanlıların qayıdışından əvvəl, qayıdış dövründə və sonra bu hüquqları təmin etmək üçün öhdəlik daşıyır. Bütün bunları nəzərə alaraq, mədəni irsimizin bərpası və qorunmasında beynəlxalq təşkilatlar, xüsusilə UNESCO öz dəstəyini verməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

