Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu
04.02.2025 [11:05]
Bu gün biz, 1988-ci ildə Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların beşinci nəslinin dünyaya gəldiyi bir dövrdə yaşayırıq. Bu, həm tariximizin acı reallığını, həm də üzərimizə düşən böyük məsuliyyəti bir daha xatırladır. Nə qədər ki, biz gənclər Qərbi Azərbaycana qayıdış prosesində fəalıq, bu yurdun tarixi və mədəni irsinin silinməsi mümkün olmayacaq. Çünki biz bilirik ki, o torpaqlarda hər bir daşın, hər bir abidənin üzərində atalarımızın, babalarımızın izləri var.
Keçmişi unutmaq, onu tarixdən silmək mümkün deyil. Bunu bizə miras qalan xəritələr, sənədlər, arxivlər sübut edir. Qərbi Azərbaycanın Azərbaycan torpağı olduğu gerçəkliyi həm tarixi faktlarda, həm də xalqımızın yaddaşında əbədi həkk olunub. Ancaq ermənilər Qarabağda etdikləri kimi, Qərbi Azərbaycanda da bizim mədəni irsimizi məhv etməyə çalışıblar. Tarixi abidələrimizi dağıdıblar, toponimlərimizi dəyişdiriblər, qədim məscidlərimizi və məbədlərimizi yerlə-yeksan ediblər. Onlar hər vasitə ilə bu torpaqların azərbaycanlılara aid olduğunu unutdurmağa çalışıblar. Ancaq unudulmayan bir həqiqət var: torpağın sahibləri var, vətənin övladları var. Biz bu gün də o yerləri özümüzünkü kimi tanıyırıq və tanıtdırmağa davam edəcəyik.
Bu baxımdan, gənclərin üzərinə böyük məsuliyyət düşür. Biz tariximizi bilməli, onu daha dərindən öyrənməliyik. Çünki biz bilməsək, gələcək nəsillərə ötürə bilmərik. Maarifləndirmə bu məsələdə əsas istiqamətlərdən biridir. Biz öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Sosial mediada, beynəlxalq tədbirlərdə, tarixi araşdırmalarda, elmi məqalələrdə, sənədli filmlərdə, sərgilərdə, kitab və jurnallarda Qərbi Azərbaycanın gerçək tarixini anlatmaq bizim borcumuzdur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər bu işə öz töhfəsini verməlidirlər. Biz Qarabağ həqiqətlərini dünyaya necə tanıtdıqsa, eyni şəkildə Qərbi Azərbaycan həqiqətlərini də anlatmalıyıq.
Lakin maarifləndirmə yalnız tarixi faktlarla məhdudlaşmır. Qərbi Azərbaycanın mədəni irsini, adət-ənənələrini, folklorunu yaşatmaq da bizim əsas vəzifəmizdir. Bizim musiqimiz, dastanlarımız, bayramlarımız, mətbəximiz Qərbi Azərbaycana aiddir. Əgər bu mədəniyyəti yaşatmasaq, onu gələcək nəsillərə ötürməsək, bizə miras qalan bu dəyərlər itib gedəcək. Bu səbəbdən, gənclərimiz müxtəlif mədəni layihələrdə, ədəbi tədbirlərdə, incəsənət sərgilərində fəal iştirak etməli, ata-baba torpaqlarımızın mədəniyyətini yaşatmaq üçün çalışmalıdırlar.
Bütün bunlar yalnız bir məqsədə xidmət edir: Qərbi Azərbaycana qayıdış. Bu qayıdış yalnız torpağa fiziki dönüş deyil, bu, milli kimliyin qorunması, tarixi və mədəni irsin bərpası, gələcək nəsillərə miras qalacaq bir vətənin qurulması deməkdir. Biz bu yolda həmrəy olmalıyıq. Tarixdə də sübut olunub ki, xalqın birliyi, milli həmrəyliyi onun uğur qazanmasının əsas şərtidir. Biz bu gün Qərbi Azərbaycan məsələsində nə qədər birlik göstərsək, gələcəkdə o torpaqlara dönüşümüz bir o qədər sürətli və qətiyyətli olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, “Mən əminəm ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.” Bu sözlər yalnız bir siyasi bəyanat deyil, eyni zamanda, bizim hər birimiz üçün bir çağırışdır. Bu, bizi daha çox çalışmağa, daha çox bilgilənməyə və bu müqəddəs işdə daha çox iştirak etməyə sövq etməlidir.
Gün gələcək, Zəngəzur, Vedi, Dərələyəz, Göyçə kimi tarixi torpaqlarımızın yolları yenidən bizim addımlarımızı eşidəcək. O gün gənclərimizin bu torpaqlarda qamətini dik tutaraq, öz yurdlarında rahat və xoşbəxt gəzdiyini görəcəyik. Bu haqq bizə məxsusdur və biz onu geri qaytaracağıq. Ancaq bunu unutmayaq ki, bu yolda əsas yük bizim - gənclərin üzərindədir. Biz nə qədər çalışsaq, bu yolda nə qədər əzm göstərsək, bir o qədər tez və qətiyyətlə məqsədimizə çatacağıq.
Səkinə Qəhrəmanova,
Gənc diplomat
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

