Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər
18.01.2025 [17:42]
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" gecəsində təxminən iyirmi altı min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla günahsız insanlara və dinc etirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib.
Daha sonra Konqres üzvü 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib.
Bununla yanaşı, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatik əlaqələrin qurulduğu qeyd olunub.
S.Kohen ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri kimi həmkarlarına Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verənləri tanımağa çağırış edib.
Bəyanatında 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt dost və tərəfdaş olan Azərbaycanda "Qara Yanvar"ın 35-ci ildönümünün anıldığını bildirib.
Konqres üzvü bu dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı il yanvarın 19-da Azərbaycanın paytaxtı Bakıda sovet qoşunları tərəfindən 100-dən çox azərbaycanlı nümayişçinin öldürülməsi və daha 700 nəfərin yaralanması ilə zorakılığın baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.
Bəyanatda R.Aderholt həmkarlarından Azərbaycanda "Qara Yanvar" hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin o, ABŞ-ın Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

