Sülh üçün təməl...
30.12.2024 [11:54]
Azərbaycan 2024-cü ildə digər ərazilərinii də müharibəsiz azad edilməsinə nail oldu
Post-müharibə dövründə sülh prosesinin inkişaf etdirilməsi və nəticələndirilməsi, Ermənistan ilə Azərbaycan arasında 30 il idi ki, baş tutmayan delimitasiya və demarkasiya işlərinə start verilməsi 2024-cü ilin ən mühüm prioritetlərindən sayılırdı. Cari ildə bu istiqamətdə bir sıra addımlar atıldı ki, bu, iki dövlətin müvafiq delimitasiya komissiyaları arasında baş tutan görüşləri, aparılan müzakirələr və əldə edilən razılaşmalar fonunda qabarıq nəzərə çarpdı. Bu fakt göstərdi ki, üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək imkanındadır.
4 kənd bir güllə atılmadan qaytarıldı...
Bu ilin aprelin 19-da delimitasitya komissiyaları arasında baş tutmuş 8-ci görüş mühüm tarixi yeniliklərlə yadda qaldı. Görüşdə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırıldı. Beləliklə, 2024-cü il aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması növbəti uğur kimi tarixə yazıldı.
Vətən müharibəsindən başlanan yol uğurla inkişaf etdirilir...
Qalib Azərbaycan 2024-cü ildə də yeni tarix yazmaqda davam etdi. Artıq bir güllə belə atılmadan kəndlərimiz geri alınırdı. Bu, Qalib Xalqın Qalib Lideri olan Prezident İlham Əliyevin tarixi uğurudur. 2020-ci Vətən müharibəsindən başlanan yol uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə başlanan sərhədlərimizin müəyyənləşdirilməsi, leqallaşdırılması prosesi 2024-cü ilin aprelində qeyri-anklav kəndlərin qaytarılması ilə davam etdi. Bu, Azərbaycanın yeni dövrdə yeni nailiyyətlərinin təməli kimi tarixə yazıldı.
XİN-in mətbuat buraxılışı: delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında bu məqama xüsusi yer ayrılıb. Bildirilib ki, 2024-cü il ərzində Ermənistan ilə Azərbaycan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş gündəlik davamlı olaraq irəlilədilib. Qeyd edilib ki, ölkəmizə qarşı Ermənistan və onun havadarları tərəfindən aparılan qarayaxma kampaniyasının qarşısının alınması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində addımların beynəlxalq ictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq və məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl, sistemli və qətiyyətli xarici siyasət həyata keçirilib. İl ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycan Respublikasının milli maraqlarına uyğun şəkildə irəlilədilib.
XİN qeyd edir ki, tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 kilometrə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

