İcma: ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib
16.12.2024 [19:50]
ABŞ-ın Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: “Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən media subyektlərinin sualını “aldadıcı” kimi dəyərləndirməklə ABŞ-ın hər zaman vurğuladığı “söz azadlığı”, “fikir müxtəlifliyi” prinsiplərinə, əslində, necə “hörmət bəslədiyi”ni nümayiş etdirib.
Qərbi Azərbaycan İcması olaraq ABŞ-ın Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edirik. Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprelində ABŞ Dövlət katibi Antoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməyib. Halbuki ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-ın hazırkı administrasiyası “insan hüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.
ABŞ-ın hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayır və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən Dövlət katibi Antoni Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırırıq. Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin olunacağına dair gözləntimizi ifadə edirik”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

