/ / Bakı Təşəbbüs Qrupu Papa Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstək müraciəti ünvanlayıb
Bakı Təşəbbüs Qrupu Papa Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstək müraciəti ünvanlayıb
11.12.2024 [13:08]
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papası Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstək müraciəti ünvanlayıb.
AZƏRTAC müraciəti təqdim edir:
“Zati-müqəddəsləri, Sülh, ədalət və bütün xalqların ləyaqətinə daim göstərdiyiniz sarsılmaz dəstəyinizi yüksək qiymətləndirərək, dərin minnətdarlıq hissi ilə bu məktubu Sizə ünvanlamaqdan qurur duyuram.
Mən 2023-cü ilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru kimi sizə bu məktubu yazmaq şərəfinə nail olmuşam. Qeyd etmək istərdim ki, təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır.
Qoşulmama Hərəkatının nizamnaməsində təsisçilər tərəfindən qeyd edilir: “Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.
BTQ hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur.
BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil. Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda Qoşulmama Hərəkatı “Troyka”sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır.
Beynəlxalq hüquqa əsaslanan fəaliyyəti nəticəsində BTQ BMT qərargahları daxil olmaqla, dünyanın müxtəlif ölkələrində təxminən 20-yə yaxın beynəlxalq konfrans təşkil edib.
Noyabrın 11-dən 22-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ öz fəallığı ilə xüsusi seçilmişdir. Müasir dünyada müstəmləkəçilik və neomüstəmləkəçilik təcrübələrini qınayan təxminən 10 tədbir təşkil edilmişdir. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinika, Fransız Qvianası, Qvadelupa, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı böyük töhfə vermişdir.
Sizin dekolonizasiya prosesinə göstərdiyiniz diqqət beynəlxalq ictimaiyyətə məlumdur. Martın 30-31-də Vatikan şəhərində keçirilmiş “Müstəmləkəçilik, dekolonizasiya və yeni müstəmləkəçilik: Sosial ədalət və ümumi rifah perspektivi” adlı forumda söylədiyiniz sözlər çox təsirli idi: “Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir”.
Zati-müqəddəsləri, Dekabrın 15-də Korsikaya planlaşdırdığınız səfəriniz barədə bu yaxınlarda xəbər tutdum. Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi, "Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır", bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir.
Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil olunmasını tələb edən müraciət də təqdim etmişdir. Bundan başqa, noyabrın 19-da Marsel İnzibati Apelyasiya Məhkəməsinin qadağa qərarından sonra Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum olunmuşdur.
Dekolonizasiya təkcə siyasi proses deyil, bu, bütün xalqlar üçün Allahın bəxş etdiyi ədalətin bərpasına doğru əxlaqi və mənəvi bir yoldur.
Adaya səfəriniz zamanı Korsikadakı vəziyyəti nəzərə almanızı xahiş edirəm. İnanıram ki, Sizin varlığınız təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaqdır.
Kilsəyə rəhbərlik etdiyiniz bu çətin dövrlərdə Allahın hikməti və lütfü sizinlə olsun”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

