Qərb diplomatlarının növbəti ucuz “şousu”
06.12.2024 [10:39]
XİN: Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir
Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir.
İkili standartların növbəti nümunəsi
Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil, həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğruran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qərbin təsir dairəsində olan beynəlxalq təşkilatlar ölkəmizə qarşı aqressiv münasibət sərgiləyirlər ki, bu da ikili standartların və riyakarlığın pik həddidir. Xüsusilə, dünyanın miqyası baxımından ən böyük tədbiri olan COP29 ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar və ölkələr dəfələrlə ölkəmizə qarşı əsassız və qeyri-obyektiv qətnamələr qəbul edib.
Hazırda bu proses davam etməkdədir. Belə ki, dekabrın 4-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil edib. Tədbirdə “hüquq müdafiəçiləri”, vətəndaş cəmiyyəti, media nümayəndələri və s. iştirak ediblər. Bu diplomatik missiyaların rəhbərləri, eləcə də ABŞ səfiri öz çıxışlarında insan hüquqlarının təminatında vətəndaş cəmiyyətinin rolunun vacibliyini qeyd ediblər. Onlar həmçinin deyiblər ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət noyabrda Bakıda keçirilən COP29 iqlim konfransı ilə bağlı gözləntilərin əksinə olaraq daha da “pisləşib”. Onlar “siyasi məhbusları” azad etməyə çağırıblar. Tədbirdə hətta Azərbaycanda “LGBT icması” ilə bağlı vəziyyətin “pisləşməsi” də dərin məyusluqla ifadə edilib.
Lakin Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları qəbul etməyib. Belə ki, nazirliyin “X” sosial şəbəkəsindəki hesabında qeyd olunub: “Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik. Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”.
Qərb müxtəlif bəhanələrlə təzyiq etməyə çalışır
Ümumiyyətlə, Azərbaycan özünün xarici siyasətində Qərblə və beynəlxalq təşkilatlarla da tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmağa üstünlük verir. Lakin təəssüf ki, bu səmimi siyasət qarşı tərəfdən bəzən lazımınca qiymətləndirilmir.
Avropa İttifaqı və sözügedən dövlətlər 30 il Azərbaycana qarşı işğalçı siyasət yürütmüş və xalqımıza qarşı çoxsaylı müharibə cinayət törətmiş Ermənistana qarşı heç bir addım atmayıblar. Əksinə, işğalçı ölkənin baş nazirinin Avropa Parlamentinin toplantısına dəvət edilməsi, “təntənəli” qarşılanması və onun tribunasından çıxış etməsi sadəcə ikili standartların deyil, riyakarlığın zirvəsi hesab etmək olar. ABŞ Konqresində, Niderland parlamentində də dəfələrlə ölkəmizə qarşı əsassız və qeyri-obyektiv müzakirələr aparılıb, sənədlər qəbul edilib. O cümlədən, işğalçı Ermənistana qarşı indiyə kimi heç bir sənəd qəbul etməyən AŞPA bu ilin yanvarında müxtəlif bəhanələrlə Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum etmək haqqında qərar qəbul edib. Eləcə də, ATƏT və BMT kimi beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədar ikili standartlardan çıxış edib, prinsipial mövqe nümayiş etdirməyib.
Əlbəttə ki, belə faktların sayını kifayət qədər artırmaq olar. Amma bir reallıq dəyişməzdir ki, Azərbaycan hər zaman ikili standartlara qarşı etiraz səsini ucaldıb. Bu gün Azərbaycan güclü dövlət olaraq müstəqil siyasətini davam etdirir. Hansısa beynəlxalq təşkilatların, dövlətlərin ikili standartları və qərəzli mövqeyi Azərbaycanın haqlı və ədalətli siyasətinə təsir edə bilməz. Bu mənada Avropa İttifaqının Bakıdakı nümayəndəliyində keçirilən tədbirdə Qərb ölkələrinin diplomatlarının Azərbaycanı tənqid etməsinin heç bir əsası yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

