Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
01.11.2024 [14:14]
Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov iclası açaraq, gündəlik barədə məlumat verib. Bildirib ki, gündəlikdə olan iki məsələdən biri Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi, ikinci məsələ isə Rəşad Temraz oğlu Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqındadır.
Komitə sədri Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən söz açıb və təqdim olunan namizədlərin tələblərə cavab verdiyini deyib. Namizədlərin peşəkarlıqlarından danışan Azər Əmiraslanov Mərkəzi Bankda yüksək vəzifə tutan bu şəxslərin idarə heyətinə daxil edilmələrinin qurumun funksionallığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Müzakirədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, deputatlar Heydər Əsədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə və Rövşən Muradov çıxış ediblər. Deputatlar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunan namizədlərin bank və maliyyə sektorunda fəaliyyətlərini, beynəlxalq iş təcrübələrini yüksək qiymətləndiriblər.
Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva göstərilən etimada görə namizədlərin adından minnətdarlıq ifadə edib, komitə üzvlərinə onların namizədliklərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Müzakirələrin sonunda komitə üzvləri hər iki məsələni baxılmaq üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

