/ / Rusiya Azərbaycanlı Gənclər Birliyinin “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbi açılıb
Rusiya Azərbaycanlı Gənclər Birliyinin “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbi açılıb
30.01.2013 [01:47]
Yanvarın 29-da Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü və qurumun təşkilatçılığı, habelə Azərbaycan Gənclər və İdman Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal Agentliyinin və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dəstəyi ilə “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin açılışı olub.
Tədbiri RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açaraq, Leyla xanım Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırıb. Müasir dövrdə Azərbaycan gənclərinin ölkəmizin həyatının bütün sahələrində fəal iştirak etdiyini deyən E.Hacıyev liderlik xüsusiyyətlərinə malik, mükəmməl vətəndaş mövqeyi olan gənclərin formalaşmasında bu cür tədbirlərin rolunu vurğulayıb. O deyib ki, Azərbaycanı və Rusiyanı təmsil edən gənclər qış məktəbinə qatılacaq, Avropa Şurasının və digər nüfuzlu təşkilatların nümayəndələrinin iştirakı ilə məşğələlər keçiriləcək.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək bildirib ki, iki ölkənin gəncləri arasında daha sıx, işgüzar münasibətlərin qurulmasında, Rusiyada təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasında Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Rusiya Azərbaycanlı Gənclər Birliyi böyük işlər görür. Qeyd edilib ki, SSRİ-nin süqutundan sonra müstəqil respublikalarda formalaşan gənc nəslin ünsiyyətə ehtiyacı vardır və RAGB onlar üçün belə bir şərait yaradır. Azərbaycan dövlətinin gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaratdığını və bu sahədə xüsusi proqramın həyata keçirildiyini qeyd edən səfir Rusiyada 6 mindən çox azərbaycanlı gəncin təhsil aldığını vurğulayıb. O deyib: “Bu gün gənclərə liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir. Azərbaycan gənclər ölkəsidir. Hazırda respublikamızda mövcud olan elitanı gələcəkdə əvəz edəcək liderlərin formalaşdırılması çox əhəmiyyətli məsələdir. Bu baxımdan gənclər dünyada baş verən hadisələrə daha geniş geosiyasi anlamda yanaşmalıdırlar. Odur ki, bu cür seminarların, disputların, fikir mübadilələrinin keçirilməsinə böyük ehtiyac vardır”.
Səfir məktəbin iştirakçılarına uğurlar arzulayıb.
Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal Agentliyinin beynəlxalq fəaliyyət və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aleksandr Selivanov, ÜAK aparatının rəhbəri Nemət Nağdəliyev, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədr müavini Vladimir Xarçenko müasir dünyada millətlər və sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi üçün gənclərin, xüsusilə də gənc liderlərin üzərinə düşən vəzifələrdən danışıblar.
Tədbirdə RAGB-nin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Qış məktəbi fevralın 2-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

