“Biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”
26.01.2013 [14:24]
Prezident İlham Əliyev: Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik
Məlum olduğu kimi, Azərbaycan iki ildən sonra Avropanın tarixində ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Kimsəyə sirr deyil ki, qitənin tarixində ilk belə möhtəşəm turnirin keçirilməsinə ev sahibliyi hüququnun Azərbaycana etibar edilməsi ölkəmizin əldə etdiyi uğurların və inkişafın məntiqi nəticəsidir.
Azərbaycanın Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək dövlət kimi seçilməsi ölkəmizdə son illər ərzində həyata keçirilən işlər nəticəsində mümkün olub. Sadəcə, ötən il ərzində ölkəmizin əldə etdiyi uğurlar seçimin nəyə görə Azərbaycanın xeyrinə edildiyini göstərmək üçün yetərlidir. Belə ki, 2012-ci ili böyük uğurla başa vuran ölkəmiz bütün sahələrdə sıçrayışlı inkişafa nail olub. İqtisadi sahədə əldə etdiyi uğurlarla dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilən Azərbaycan qlobal maliyyə böhranı illərində belə, iqtisadi artıma nail olmaqla nə qədər doğru yolda irəlilədiyini bütün dünyaya isbat edib. Ötən il Azərbaycanın idman həyatı da kifayət qədər zəngin olub. Məsələn, idmançılarımızın il ərzində qazandığı 700-dən çox medal ölkəmizdə idmanın nə qədər popluyar olduğunu sübut etmək üçün kifayətdir.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycanda digər sahələr kimi idman da sürətlə inkişaf edir. Dövlət başçısının təşəbbüsü və qəbul etdiyi qərarlara uyğun olaraq ölkəmizin demək olar ki, hər bir bölgəsində müasir Olimpiya İdman kompleksləri ya fəaliyyət göstərir, ya da inşası davam etdirilir. Bu komplekslər müasir tələblər səviyyəsində olduğu üçün orada istənilən beynəlxalq yarışı qəbul etmək mümkündür. Eyni zamanda, bölgələrdə inşa edilən yeni idman kompleksləri, idman bazaları gənc nəslin, yeniyetmələrin idmanla məşğul olması üçün geniş zəmin yaradır. Bu isə ölkəmizin gələcəyi üçün sağlam nəslin yetişdirilməsi işində son dərəcə böyük əhəmiyyət kəsb edir.
Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır
Vurğulamaq yerinə düşər ki, ötən il idman sahəsində əldə etdiyimiz uğurlar Azərbaycanın dünyada və Avropada idman ölkəsi kimi nüfuzunu xeyli artırdı. Əslində, Bakı onsuz da il ərzində keçirilən beynəlxalq yarışların sayı və çəkisinə görə Avropada xüsusi nüfuza malik idi. Amma son illərdə keçirilən yarışların sayında ciddi şəkildə artım var. Bu da səbəbsiz deyil. Belə ki, paytaxt Bakıda inşa edilən müasir komplekslər və ölkədə yaradılan müasir infrastruktur beynəlxalq federasiyaların seçim edərkən üstünlüyü bizə verməsinə səbəb olur. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır. Yeri gəlmişkən, beynəlxalq yarışlarda əldə etdiyimiz medalları, ölkəmizdə yaradılmış müasir idman infrastrukturunu, həmçinin, Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını nəzərə alsaq, doğrudan da ölkəmizdə idman sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “İdman ili” elan edilmişdi. İdmançılarımız isə il ərzində iştirak etdikləri beynəlxalq yarışlarda qazandıqları medallarla, xüsusilə London Olimpiadasında əldə edilən möhtəşəm uğurla “İdman ili”nə böyük töhfə vermiş oldular. İdmançılarımız Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanaraq ölkəmizin aktivinə on medal yazdılar. Azərbaycan bu nəticə ilə dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görüldü. Ötən ilin son ayında qəbul edilən qərar isə Azərbaycanda idmanın inkişafına, eləcə də, Azərbaycanın iqtisadi inkişafına, sabitliyinə və siyasi nüfuzuna verilən qiymət oldu. Söhbət Avropanın tarixində ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən gedir.
Beləliklə, ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qəbul edilən qərar Azərbaycan üçün böyük tarixi hadisədir. Çünki indiyə qədər qoca qitənin Olimpiya Oyunları keçirilməyib. Qitənin ilk Avropa Olimpiya Oyunlarını qəbul edəcək ölkə həm bu oyunların, həm də Avropa idmanının tarixinə adını qızıl hərflərlə yazdıracaq. Həmin ölkə nə Fransa, nə Böyük Britaniya, nə İspaniya, nə Almaniya, nə də Avstriyadır. Həmin ölkə Azərbaycandır. Bu qərarın qəbul edilməsində bir neçə amil mühüm rol oynayıb. Prezident İlham Əliyev bu münasibətlə xalqa təbrikində də qeyd etmişdi ki, ilk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynayıb: “Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır”.
Dövlət başçısı bu məsələdə iqtisadi uğurlarımızın da mühüm rol oynadığını qeyd etmişdi. Belə ki, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini, hətta böhranlı illərdə də artırıblar. Digər məsələ ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələrinin həyata keçirilməsidir. Onların bir çoxu artıq tamamlanıb. Hazırda Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər görülür. Eyni zamanda, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikdir: “Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır. Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz vardır”.
Dövlət başçısının sözlərinə görə, Avropa Olimpiya Oyunlarını keçirmək üçün iki il vaxt qalıb: “Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik. Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur”.
Dövlət başçımızın da vurğuladığı kimi, hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturu yaradılıb və ölkəmiz bu yarışı qəbul etməyə hazırdır. Ölkəmizdə görülən işlər I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib ki, bu imkandan istifadə edərək Azərbaycan güclü müasir dövlət kimi bir daha dünyaya təqdim ediləcək: “Bir daha biz dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”.
Mehriban Əliyevanın rəhərliyi ilə təşkil edilən tədbirlər həmişə yüksək təşkilati səviyyəsi ilə seçilib
Azərbaycan bu fürsətdən də layiqincə istifadə etmək üçün artıq olimpiya oyunlarına hazırlığa start verib. Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 17-də I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim edəcək. Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll edəcək. Təşkilat Komitəsinin bu işin öhdəsindən layiqincə gələcəyinə isə heç bir şübhə yoxdur.
Belə ki, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında indiyə qədər görülən işlər, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən saysız-hesabsız tədbirlər bu inamı daha da artırır. Məlum olduğu kimi, Heydər Əliyev Fondu bu vaxta qədər istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxsaylı genişmiqyaslı tədbirlərə imza atıb. Bura UNESCO kimi dünya səviyyəli təşkilatda keçirilən yüksək səviyyəli tədbirləri, Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində Avropanın məşhur paytaxt şəhərlərində keçirilən müxtəlif sərgiləri və s. aid etmək olar. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkil edilən tədbirlərin hər biri yüksək təşkilati səviyyəsi ilə seçilib. Belə ki, Azərbaycanda gimnastika üzrə keçirilən dünya və Avropa çempionatları, Dünya Kubokları həmişə təşkilatçılıq baxımından fərqlənib və Beynəlxalq Gimnastika Federasiyası hər zaman yarışdan sonra bu məsələni xüsusi şəkildə qabardıb. Dünyanın müxtəlif ölkələrindən gimnastların, nümayəndə heyətlərinin, hakimlərin Bakıya gəlməsi, onların yerləşdirilməsi, yarışların yüksək səviyyədə keçirilməsi, bütün işlərin koordinasiyalı şəkildə təşkili, yarışların dünyanın nüfuzlu kanalları vasitəsilə yayımlanması və bütün bu prosesdə xırdaca səhvlərin belə olmaması yüksək təşkilatçılıq bacarığına dəlalət edir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin ötən il “Eurovision” kimi nüfuzlu yarışın keçirilməsini ən yüksək səviyyədə təşkil etməsi də bu sahədə böyük təcrübənin qazanılmasına işarədir. Bir ildən də qısa müddət ərzində bu qədər nəhəng işlərin həyata keçirilməsi, ağır qış şərtlərinə rəğmən “Bakı Kristall Zalı”nın vaxtında tikilərək istifadəyə verilməsi, çoxsaylı qonaqların qarşılanması, yerləşdirilməsi, təhlükəsizliyin ən yüksək səviyyədə təşkil edilməsi, qonaqların lazımi nəqliyyat vasitələri ilə təminatı, xarici və yerli mətbuat nümayəndələri üçün mümkün olan bütün şəraitin yaradılması, onlar üçün internetə çıxışı olan müasir kompüter avadanlığı ilə təmin edilmiş mərkəzin təşkili, ən nəhayət qitənin bir nömrəli musiqi yarışmasının yüksək səviyyədə təşkili “Eurovision” tarixinə qızıl hərflərlə yazıldı. Unutmaq lazım deyildi ki, bu müstəqillik taximizdə keçirilən ilk belə böyük səviyyəli beynəlxalq tədbir idi və Azərbaycan Mehriban xanım Əliyevanın yüksək peşəkarlığı və təşkilatçılıq bacarığı sayəsində bu çətin işin öhdəsindən layiqincə gəldi. Həmin musiqi yarışmasında iştirak edən nümayəndələr, qonaqlar, media təmsilçiləri hazırlıq səviyyəsinin və yarışın keçirilməsini yüksək dəyərləndirdilər. Təkcə elə bu fakt Avropa Olimpiya Oyunlarının da ən yüksək səviyyədə təşkil ediləcəyini deməyə əsas verir. Bir sözlə, xalqımız, qitənin tarixində keçiriləcək ilk Olimpiya Oyunlarının da Mehriban xanım Əliyevanın rəhbərliyi altında ən yüksək səviyyədə təşkil ediləcəyinə və ölkəmizin adının qitənin idman tarixinə qızıl hərflərlə yazılacağına əmindir.
Yeni idman qurğuları inşa edilir
Artıq bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Belə ki, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakının müxtəlif yerlərində yeni idman qurğuları quraşdırılacaq: “Bəzi qurğular, məsələn, çimərlik voleybolu üçün qurğular müvəqqəti olaraq tikiləcək və Olimpiya Oyunlarından sonra həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək. Olimpiya şəhərciyi məsələsi də öz həllini tapacaq. Bu məqsədlə Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən binaların Olimpiya Oyunları üçün təmir olunaraq idmançıların ixtiyarına verilməsini nəzərdə tuturuq. Orada müxtəlif lazımi qurğular, yeməkxanalar, istirahət mərkəzləri və s. də quraşdırılacaq”.
Avropa Olimpiya Oyunlarının açılışı 2015-ci ildə istifadəyə veriləcək Bakı Olimpiya Stadionunda olacaq. Stadion FİFA və UEFA standartlarına tam cavab verəcək. Bakı Olimpiya Stadionu Qafqazda ən böyük stadion olacaq. Stadion 64 min tamaşaçı tutumuna malik olacaq. Tamaşaçı tutumunun sayının artırılması da istisna deyil.
Gimnastika Mərkəzinin inşası sürətlə davam etdirilir
Paytaxtda hazırda inşası sürətlə davam edən digər arena isə Gimnastika Mərkəzidir. Gimnastika Mərkəzi Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyasının yaxınlığında inşa edilir və təxminən 6000 tamaşaçı yerindən ibarət olacaq. Yarışların bu arenada keçirilməsi də nəzərdə tutulub. Arena əsasən müsabiqə səviyyəsində ritmik və bədii gimnastikaya ev sahibliyi etmək üçün layihələşdirilir. Arena xüsusi olaraq, müxtəlif funksiyaları icra etmək və ya tələb olunduğu təqdirdə idman tədbirləri keçirmək məqsədilə əsas arenaya uyğunlaşdırılmaq üçün layihələşdirilir. Gimnastika Mərkəzi beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri məqsədilə də nəzərdə tutulur. Gimnastların təlim keçmələri üçün yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları olacaq. Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq. Arena beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək. Eyni zamanda, hazırda Bakıda Boks Mərkəzi, Cüdo Mərkəzi, Su İdmanı Sarayının da inşası davam etdirilir. Bir sözlə bütün bu işlərin həyata keçirilməsi Azərbaycanın Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyinə böyük təminat yaradır.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

