Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin alternativsiz lideridir

Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin alternativsiz lideridir

26.01.2013 [14:23]

Əli Əhmədov: YAP-ın namizədi, eyni zamanda, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin qəbul etdiyi namizəddir. Bu mənada hesab edirəm ki, qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının böyük hissəsi İlham Əliyevi seçəcək
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü ümummilli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirlər.
APA-ya müsahibəsində bu məsələyə toxunan Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, YAP-ın namizədi, eyni zamanda, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin qəbul etdiyi namizəddir: “Bu mənada hesab edirəm ki, qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının böyük hissəsi İlham Əliyevi seçəcək”.
Əlbəttə, bütün bunları sübut etmək üçün, qeyd etdiyimiz kimi, sadəcə, ölkəmizdə mövcud olan iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitlik amilinə diqqət yetirmək lazımdır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran başlıca komponentlərdən biri qismində dinamik iqtisadi inkişaf çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional iqtisadi strategiya özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
YAP-ın Sədr müavini Əli Əhmədovunda qeyd etdiyi kimi, Azərbaycanda son prezident seçkilərindən sonra İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən müsbət qiymətləndirilir: “Belə bir dəyərləndirmənin çox ciddi əsasları var. Çünki son seçkilərdən keçən müddət ərzində Azərbaycan iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə inkişaf edib. İqtisadi inkişafın bazası əsasında Azərbaycanda sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılıb. Bura həm pensiyaların, maaşların artırılması, digər sosial xarakterli tədbirlərin keçirilməsi, həm də Azərbaycanın infrastrukturunun təkmilləşdirilməsi sahəsində böyük layihələrin gerçəkləşdirilməsi daxildir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi də bu baza əsasında formalaşıb. Hesab edirəm Azərbaycanın beynəlxalq aləmdə güclənməsi hər bir azərbaycanlının milli qurur hissi və arzusudur. Bir sözlə son beş ildə azərbaycanlıların həyatı əhəmiyyətli dərəcədə dəyişib”.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir.
Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, “sabitlik adası” kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir.
Bunlarla yanaşı, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da, Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Bunu sübut edən bariz dəlillərdən biri budur ki, ölkəmizdə həyata keçirilən ümummilli və lokal səciyyəli seçkilər Azərbaycanın demokratik inkişafına mühüm töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçirilən siyasi-hüquqi islahatlar birmənalı şəkildə sabitlik mənbəyi qismində çıxış edir.
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
Nəticə etibarilə, qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin adı iqtisadi inkişaf və sabitliklə assosiasiya olunur və dövlətimizin başçısı alternativsiz lider kimi çıxış edir. YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədovun dediyi kimi: “Sabah Azərbaycanda əmin-amanlığı təmin edəcək başqa kim var? Kim sabah hər bir Azərbaycan vətəndaşının təhlükəsiz həyat sürməsi üçün ağıllı siyasət yeridə biləcək? Kim sabah Azərbaycanı təlatümlərdən, dağıntılardan, faciələrdən və şəxsi fəlakətlərdən qoruya biləcək? Hansı qüvvə var?.. İndi seçki yaxınlaşdıqca, nə baş versə də, vətəndaş düşünməlidir ki ona sakit və firavan həyatı kim verə bilər? İlham Əliyev bunu edib və 10 il ərzində bunu sübut etdi. Mən bunu YAP sədrinin müavini kimi demirəm, bir vətəndaş kimi deyirəm ki, bunun üçün yeganə namizəd İlham Əliyevdir. Başqa kim var, kim bu işin altına girə bilər?”.
NURLAN

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31