/ / Sumqayıt Dövlət Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsinin müzakirəsi keçirilib
Sumqayıt Dövlət Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsinin müzakirəsi keçirilib
26.01.2013 [14:19]
Yanvarın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsinin müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan SDU-nun rektoru, professor Nadir Qəhrəmanov “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin günümüz üçün əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, müəllif məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək qüdrətindən, onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi cəhətlərindən söz açaraq ətraflı araşdırmaları əsasında gerçək həqiqətlərin üzə çıxarılmasına nail olub.
Səfəvilər dövləti dövründə Azərbaycanın geosiyasi vəziyyəti, bu dövrdə əldə edilmiş nailiyyətlərdən bəhs edən rektor məqalədə bütün bu məqamlara aydınlıq gətirildiyini bildirib.
Universitetin tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev deyib ki, Azərbaycan müstəqillik qazanana qədər tariximizin Səfəvilər dövrünə doğru yanaşılmayıb. Sovet ideologiyası bu dövrə, eləcə də Şah İsmayıl Xətai şəxsiyyətinə yanaşmada da özünü göstərib. Yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri araşdırılaraq üzə çıxarılıb. Bu mənada akademik Ramiz Mehdiyevin araşdırması xüsusi əhəmiyyət daşıyır.
Ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov qeyd edib ki, bu məqalə tariximizin böyük bir dövrünə yeni bir yanaşmanı özündə ehtiva edir. Məqalədə əsaslandırılır ki, Səfəvi dövləti həm milli atributları etibarilə, həm coğrafi, həm də idarəetmə baxımdan türk dövlətidir. Bu baxımdan məqalə Azərbaycana, onun tarixinə qarşı böhtan atanlara tutarlı bir cavabdır.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev də vurğulayıb ki, sözügedən məqalə tariximizin mühüm bir səhifəsinə verilən qiymət, yeni təfəkkürlü yanaşmadır.
Universitetin prorektoru, professor Yadigar Hüseynov isə qeyd edib ki, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi yeni Səfəviçilik ideyasının əsasını qoyub. Beləliklə, yazıda yer alan tezislər tarixçilərimizin yeni vəzifələrini müəyyənləşdirmək baxımından da çox qiymətlidir.
SDU-nun fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov məqalənin tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bundan sonra uzun bir tarixi dövr ərzində tarixçilərimiz məqalədə qoyulmuş problemlərin araşdırılması və təhlili ilə məşğul olmalıdırlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

