Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Afrika üçün qabaqcıl inkişaf Fondu”nun təsisçisi və prezidenti ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Afrika üçün qabaqcıl inkişaf Fondu”nun təsisçisi və prezidenti ilə görüşüb

15.01.2013 [02:26]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yanvarın 14-də “Afrika üçün qabaqcıl inkişaf Fondu”nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb.
Qonağı ölkəmizdə salamlayan Mehriban xanım Əliyeva bu səfərin uğurlu olacağından əminliyini ifadə edib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, Fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil və mədəniyyət sahələri üzrə layihələri reallaşdırır. “Bu baxımdan Fondlarımızın fəaliyyəti oxşardır”, - deyən Mehriban xanım Əliyeva gələcəkdə uğurlu əməkdaşlığın qurulmasından məmnunluq duyulacağını diqqətə çatdırıb, Heydər Əliyev Fondunun müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində böyük təcrübəsi olduğunu vurğulayıb.
Xanım Kumba Ture dəvət üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qonaq Fondun fəaliyyətindən xəbərdar olduğunu deyib, həyata keçirilən layihələrin uğurları münasibətilə Azərbaycanın birinci xanımını təbrik edib. Xanım Kumba Ture həm Heydər Əliyev Fondunun, həm də rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin üst-üstə düşdüyü üçün məmnunluq ifadə edib, birgə əməkdaşlıqdan qürur duyacaqlarını bildirib.

Paylaş:
Baxılıb: 1305 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30