İnformasiya təxribatları Azərbaycanın artan beynəlxalq nüfuzuna kölgə salmaq gücündə deyil
31.12.2012 [16:16]
“Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumat ölkəmizin müsbət beynəlxalq imicinə xələl gətirməyə yönəlib
Məlum olduğu kimi, bu günlərdə “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, Azərbaycan Əfqanıstan, Liviya, Sudan kimi dövlətlərlə birlikdə riskli ölkələr qrupuna aid edilib. Təbii ki, ölkəmizin bu cür qrupa aid edilməsi tamamilə yanlışdır və respublikamıza qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür. Çünki Azərbaycandakı inkişaf və sabitlik mühiti belə bir informasiyanın tamamilə əsassız olduğunu, həmçinin, bu cür təxribat xarakterli informasiyaların müəyyən maraqlara xidmət etdiyini deməyə əsas verir. Xüsusən də belə informasiyaların Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində yayılmasının şahidi oluruq. Bu baxımdan, qeyd etmək olar ki, Avropa Olimpiya Komitəsi tərəfindən ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinə dair qərarın verilməsi Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələrin narahatlığını daha da artırıb. Ümumiyyətlə, ölkəmizin hərətərəfli inkişafı, dünyada daha çox nüfuz və söz sahibi olması anti-azərbaycançı mərkəzlərin informasiya təxribatını genişləndirməsinə səbəb olur. Və onlar respublikamızın uğurlarına kölgə salmaq üçün müxtəlif vasitələrə əl atırlar. Lakin Azərbaycandakı gerçək təhlükəsizlik durumunun qərəzli dairələrin yaydığı informasiyalardan tamamilə fərqli olması və informasiya blokadasından uzaq olan ölkəmizin getdikcə səsini dünyaya daha aydın eşitdirməsi sayəsində bu cür təxribatlar heç bir nəticə verməyəcək.
Elə ölkə ictimaiyyəti və vətəndaş cəmiyyətinin nümayəndələri də məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirirlər.
Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin sözlərinə əsasən, bütün dünya, o cümlədən, ABŞ Azərbaycanın bölgənin ən sabit, təhlükəsiz, rahat, inkişaf etmiş ölkəsi olduğunu yaxşı bilir: “Respublikamıza il ərzində milyonlarla turist gəlir, burada böyük beynəlxalq tədbirlər, idman və musiqi yarışları keçirilir. 2012-ci ildə ümumilikdə, bəlkə də, 200-dək ölkənin iştirakı ilə onlarla beynəlxalq tədbir keçirilib. Bu müddət ərzində hər hansı qonağın təhlükəsizliyinə bir dəfə də olsun təhdid müşahidə olunmayıb”.
A.Quliyev Azərbaycan haqqında belə məlumatların yayılmasının ölkəmizə qarşı qərəzli münasibətdən irəli gəldiyini vurğulayıb: “ABŞ Dövlət Departamentinin bu informasiyanı məlumatsızlıqdan yaydığına inanmıram. Çünki Dövlət Departamentinin vəziyyəti yerindəcə araşdırmaq üçün kifayət qədər imkanları və resursları var. Departamentdə gerçək vəziyyəti gözəl bilirlər. Deməli, burada yeganə variant qərəzli mövqedir. Azərbaycanın daxildə və beynəlxalq aləmdə əldə etdiyi uğurlara kölgə salmaq, inkişafına mane olmaq, yalan məlumatlar yaymaq kimi təxribatların nə məqsədə xidmət etməsi bir qədər müəmmalıdır. Çünki belə informasiyaları yaymaq ABŞ-ın maraqlarına uyğun deyil. ABŞ-da bir şeyi yaxşı bilməlidirlər ki, Azərbaycan bu gün regionda yeganə ölkədir ki, onun ərazisində hansısa xarici dövlətin hərbi qüvvəsi yerləşdirilməyib, ölkəmiz Avropa və Qərb istiqamətində öz stabil xarici siyasətini həyata keçirir, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində ABŞ və Avropanın əsas partnyorudur, antiterror koalisiyasında bəzi ölkələr kimi mənasız və məzmunsuz bəyanatlar verməklə kifayətlənmir, əksinə koalisiyada çox ciddi rol oynayır. Əlbəttə, bu siyahını artırmaq olar. Lakin təəssüflər olsun ki, görünür, bu cür hadisələr xüsusi qurumlar tərəfindən idarə olunur və məqsədyönlü şəkildə həyata keçirilir”.
Millət vəkili Azərbaycana qarşı dezinformasiyaların nəticə verməyəcəyini də söyləyib: “Artıq hansısa bir məlumatla hər hansı ölkə haqqında rəy yaradılması dövrü başa çatıb. İndi qloballaşma dövrüdür, informasiya əsridir. İnformasiya texnologiyalarının yüksək inkişaf etdiyi bir dövrdə hansı ölkədə nəyin baş verdiyini öyrənmək üçün bəzən bir neçə saniyə vaxt lazım olur. Ona görə də, istər xaricdəki insanlar, istərsə də Azərbaycana gələn istənilən turist respublikamızdakı təhlükəsizlik şəraiti, mövcud vəziyyət haqqında çox qısa zamanda məlumat əldə edə bilir. İnanıram ki, 2013-cü ildə Azərbaycana xarici ölkələrdən çoxlu sayda qonaqlar, turistlər gələcək və “Reuters” agentliyinin Dövlət Departamentinə istinadən yaydığı bu məzmunsuz və əsassız məlumata əhəmiyyət verilməyəcək”.
Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud da belə bir informasiyanın yayılmasını ölkəmizə qarşı ədalətsizlik adlandırıb: “Reuters” agentliyinin Azərbaycanı dünyanın iqtisadi göstəricilərinə və insan hüquqlarının durumuna görə ən aşağı səviyyədə olan ölkələrlə bir sıraya qoyması və bunun dünyada tərəfdaş olduğumuz ölkələrdən biri ABŞ Dövlət Departamentinə istinadən yayması böyük təəssüf hissi doğurur. Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, bu tip dezinformasiyalar Azərbaycanın beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi ilə bağlı növbəti qərarın meydana çıxdığı vaxta təsadüf edir. Bu ilin may ayında “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məlum olanda “Reuters” agentliyi başda olmaqla dünyadakı bir sıra agentliklər Azərbaycana qarşı ciddi şəkildə antitəbliğata başladılar. Bütün bunlara rəğmən Avropanın müxtəlif guşələrindən insanlar ölkəmizə gəldilər və öz gözləri ilə gördülər ki, həm abadlıq, həm də təhlükəsizlik baxımından Azərbaycan modern dövlətdir. Bütün bunlar xarici agentliklərin təbliğatına ağır zərbədir. Hesab edirəm ki, bundan sonra keçiriləcək beynəlxalq tədbirlərin iştirakçıları bir daha bu yazılanların saxta olduğunu anlayacaqlar”.
E.Behbudun fikrincə, bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, o cümlədən, ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar bəzi qərəzli dairələrin respublikamıza qarşı informasiya təxribatlarınının artmasına təkan verir. O, qeyd edib ki, ümumiyyətlə, dövlətlərin hansı meyarlar əsasında riskli ölkələr qrupuna aid edilməsi açıqlanmalıdır. Çünki təhlükəsizlik və sabitlik baxımından Azərbaycan Əfqanıstan, Sudan, Liviya kimi ölkələrdən tamamilə fərqlənir: “Bu ölkələrin Azərbaycanla müqayisə olunması düzgün deyil. Yaxşı olardı ki, ABŞ Dövlət Departamentinin təmsilçiləri Azərbaycanda il ərzində təhlükəsizliklə bağlı özlərinin açıqladıqları rəqəmlərə baxardılar və heç olmazsa özləri özlərini təkzib etməyəydilər. Hesab edirəm ki, bu cür yanaşma bəzi dairələrin Azərbaycana qarşı sərgilədikləri qərəzli münasibətin göstəricisidir. Doğrusu, bu qərəzin olması da təəccüblü deyil. Çünki Azərbaycan ilk dəfə deyil ki, belə hallarla qarşılaşır. Ancaq bunu kobud və bəsit şəkildə hazırlamaları onları düşündürməlidir. Çünki onların qarşısında 20 il ərzində müstəqil siyasət yeridən, insan hüquq və azadlıqları və demokratikləşmə istiqamətində mühüm addımlar atan Azərbaycan dövləti var. Ölkəmiz getdikcə beynəlxalq münasibətlərdə daha fəal və həlledici rola malik dövlətlərdən birinə çevrilir. Onların istəyindən asılı olmayaraq, proseslərin inkişafı Azərbaycanın xeyrinədir”.
Birliyin sədrinin sözlərinə görə, terrorizm təhlükəsinə gəlincə, Azərbaycana belə bir təhlükə yalnız - Ermənistandan ola bilər, lakin bir çox Qərb dövlətləri ilə müqayisədə, Azərbaycan kifayət qədər sabit ölkədir: “Bu yaxınlarda ABŞ-da gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. Bundan əlavə, Norveçdə Breyvik adlı şəxs 77 günahsız insanı qətlə yetirdi. Bundan sonra, məhkəmə proseslərində baş verən hadisələr həmin ölkələrin hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin nə qədər “ədalətli” olduğunu, eyni zamanda, bu ölkələrdə təhlükəsizliyin nə qədər dayanıqlı olduğunun göstəricisidir. Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə böyük risk yaradır. Hətta Ermənistanda bir neçə il bundan öncə qanunverici palataya daxil oldular və bir sıra vəzifəli şəxslər qətlə yetirildilər. Ancaq heç bir beynəlxalq təşkilat bununla bağlı həyəcan təbili çalmadı. Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə fəal iştirak etdiyi halda ölkəmizə qarşı qərəzin nümayiş etdirilməsi münasibətlərin inkişafına mənfi təsir göstərir. Ümumiyyətlə, bu, qəbul ediləcək məsələ deyil. Düşünmürəm ki, zaman ötdükcə onlar birmənalı olaraq bu hərəkətlərindən imtina edəcəklər. Çünki müsəlman-türk dövlətlərinin artan uğuru onlara bir növ təzyiq deməkdir. Bu qüvvələrin məqsədi Şərqlə Qərbin qovşağında ən yüksək səviyyədə modern inkişaf edən ölkənin inkişafının qarşısını almaqdır. Bunun üçün də əllərində olan media resurslarından istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Hesab edirəm ki, onların bu cür adekvat olmayan əməllərinə qarşı Azərbaycan adekvat addımları ilə layiqli cavab verəcək”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

