/ / Azərbaycanın Almaniyadakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlində tədbir təşkil edib
Azərbaycanın Almaniyadakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlində tədbir təşkil edib
27.09.2024 [15:31]
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xarici diplomatlar, elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək bu günün xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu vurğulayıb. Səfir qeyd edib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı ilə heç vaxt barışmayan Azərbaycan bu müddət ərzində daim qələbəni yaxınlaşdırmaq üçün bütün gücünü səfərbər etdi. Ölkəmizdə ordu quruculuğu uğurla aparıldı, müasir dövrün tələblərinə cavab verən güclü Silahlı Qüvvələr yaradıldı, iqtisadiyyatımız inkişaf etdi, Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzu gündən-günə artdı. Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanaraq, 30 illik işğala son qoydu. Azərbaycan bu şanlı Qələbə sayəsində beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Bu Zəfər Azərbaycan xalqının iradəsini, qələbə əzmini və vətənpərvərliyi ilə yanaşı, əzəli torpaqlarının bir qarışını da güzəştə getməyəcəyini bütün dünyaya göstərdi.
Diplomat Azərbaycanın bu haqq işində qardaş Türkiyə və Pakistanın ölkəmizə siyasi və mənəvi dəstəyinin önəmini xüsusi vurğulayıb. Səfir qeyd edib ki, Vətən müharibəsi dövründə xalqımızın hər bir nümayəndəsi kimi, xaricdə yaşayan soydaşlarımız, o cümlədən Almaniyadakı Azərbaycan icmasının üzvləri də ölkəmizin haqlı mübarizəsinə fəal dəstək göstərir, erməni lobbisinin və ermənipərəst qüvvələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasına layiqli cavablar verirdilər.
Həmçinin bildirilib ki, ötən il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Qarabağda separatçılığa son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi.
Nəsimi Ağayev işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə hazırda genişmiqyaslı quruculuq işlərinin uğurla həyata keçirildiyini xatırladaraq, 2020-ci ildən etibarən bu işlərə 10 milyard dollardan çox sərmayə yatırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, dörd il ərzində bir neçə kənd və qəsəbə yenidən qurulub, iki müasir beynəlxalq aeroport, 3 min kilometr uzunluğunda avtomobil yolu, eləcə də dəmir yolu xətləri, elektrik stansiyaları, məktəb və xəstəxanalar inşa olunub. İndiyədək 8 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb.
Diplomat Azərbaycanın Cənubi Qafqaz regionunda əməkdaşlıq üçün yeni reallıqlar yaratdığını qeyd edərək, Ermənistan ilə əldə olunacaq sülhün təkcə hər iki ölkənin deyil, bütövlükdə bölgənin sabitliyinə və firavanlığına imkan yaradacağını vurğulayıb.
Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer çıxışında Azərbaycan ərazilərinin 20 faizinin beynəlxalq hüquqa zidd olaraq otuz ilə yaxın müddətdə işğal altında saxlandığını qeyd edib. Bildirib ki, məhz 2020-ci ildə baş vermiş müharibə nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan və Ermənistan sülhün əldə edilməsi istiqamətində addımlar atır. Bütün bu proseslər Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın təmin olunması, eləcə də hər iki ölkənin iqtisadi və sosial inkişafına müsbət töhfə verəcək.
Çıxışlardan sonra Bakı Media Mərkəzi tərəfindən çəkilən və Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şəhidlərimizin əziz xatirəsinə həsr olunan "Biz" filmi nümayiş etdirilib.
Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

