Ankarada “Heydər Əliyev dünyasında mədəniyyət və sənət” mövzusunda konfrans keçirilib
14.12.2012 [00:50]
Ankaradakı Bilkənt otelində Azərbaycanın Türkiyədəki səfirliyi, Bilkənt Universitetinin Rəyasət Heyəti və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə “Heydər Əliyev dünyasında mədəniyyət və sənət” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Ənvər Həsənoğlu Azərbaycandan gəlmiş mötəbər tərkibli nümayəndə heyətini, Türkiyə hökumətinin üzvlərini, millət vəkillərini salamlayaraq, konfransın işinə uğurlar diləyiblər.
Türkiyə Baş nazirinin müavini Bəşir Atalay türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin vəfatı günü Bakıda olduqlarını, bu kədəri Azərbaycan xalqı ilə paylaşdıqlarını xatırladıb. Ulu öndərin türk dünyasının və Türkiyə-Azərbaycan əlaqələrinin rəmzi olduğunu vurğulayan Baş nazirin müavini demişdir ki, Türkiyə xalqı və siyasi elitası onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi zamanda siyasi uğurlarını yaxşı bilirlər. Türkiyə-Azərbaycan birliyi dahi şəxsiyyətin siyasətinin prioritetlərindən biri idi. Heydər Əliyevin dil siyasəti, mədəni irsin qorunması və təbliğinə diqqəti xüsusilə təqdirəlayiqdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünyada tanıdılması, Məhəmməd Füzulinin 500 illik yubileyinin dünya miqyasında keçirilməsi, Molla Pənah Vaqifin məqbərəsinin tikilməsi, Hüseyn Cavidin nəşinin Sibirdən gətirilib doğma diyarı olan Naxçıvanda dəfn edilməsi, nəhayət, Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi məhz onun xidmətləridir. Ankarada keçirilən Füzulinin 500 illik yubiley tədbirində Heydər Əliyev deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Türkiyənin dəstəyi ilə quruldu, lakin bu dövlət süqut etdikdən sonra da qardaş ölkə hər zaman bizim qəlbimizdə olub.
B.Atalay əlavə edib ki, Heydər Əliyev bir tərəfdən qardaş Türkiyə ilə ortaq iqtisadi, enerji layihələri həyata keçirir, digər tərəfdən isə mədəniyyət, təhsil əlaqələrini gücləndirirdi. İqtidarda olan Ədalət və İnkişaf Partiyası hökuməti onun “bir millət, iki dövlət” kəlamına uyğun fəaliyyət göstərməyə çalışır, son on il müddətində qardaş Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı gücləndirir.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay 1992-ci ildə Naxçıvana səfər etdiyini və o zaman Ali Məclisin sədri olan Heydər Əliyev ilə görüşdən sonra onun Azərbaycana rəhbər gəlməsi üçün dua etdiklərini söyləyib. Hökumət üzvü kimi 2007-ci ildə ilk səfərini Bakıya etdiyini, burada dahi şəxsiyyətin siyasətinin bəhrələrini gördüyünü diqqətə çatdıran nazir, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, güclü iqtisadiyyata malik olduğunu vurğulayıb.
Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev çıxışında bildirib ki, Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı atalar məsəlinə çevrilib. Ulu öndər son dərəcə sadə sözlərlə böyük həqiqəti ifadə edib. Cəmi 46 yaşında Azərbaycanda hakimiyyətə gələn Ümummilli liderimiz sənətə bağlı bir insan idi və sənəti qiymətləndirirdi. Milli şüurumuzun təşəkkül tapmasında misilsiz xidmətləri olan Heydər Əliyevin görkəmli siyasət və ədəbiyyat xadimi Nəriman Nərimanovun Bakıda Lenin və Kirovdan da əzəmətli heykəlini ucaltdırması, siyasi repressiyaya məruz qalmış filosof şairimiz Hüseyn Cavidin nəşinin Sibirdən gətirilib doğma vətəni Naxçıvanda dəfn olunması üçün 1982-ci ilin oktyabrında xüsusi dövlət komissiyası yaratması və bunun kimi bir çox addımları xalqımızın yaddaşından silinməyəcək.
Azərbaycan Prezidenti Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Ulu öndərin mərhum İhsan Doğramacı ilə dostluğunun təhsilimizin inkişafı təməlində möhkəmləndiyini diqqətə çatdıraraq, hər iki dahi insanın ruhunun şad olduğunu söyləyib. Heydər Əliyev azərbaycançılıq məfkurəsinin formalaşmasında həlledici rol oynayıb. O, Azərbaycan xalqına öz milli mənsubiyyəti, dili və Vətəni ilə fəxr etmək ruhu aşıladı. Biz, dahi şəxsiyyətlə eyni dövrdə yaşadığımız və onun rəhbərliyi altında işlədiyimiz üçün xoşbəxtik.
Azərbaycanın təhsil naziri Misir Mərdanov və Türkiyə təhsil nazirinin müavini Orhan Erdem Ulu öndər Heydər Əliyevin təhsilə qayğısından bəhs ediblər. Bu gün Türkiyədə 4 mindən çox azərbaycanlı gəncin təhsil alması, 10 mindən çox gəncin dünyanın müxtəlif ölkələrindəki nüfuzlu ali təhsil ocaqlarında oxuması məhz Heydər Əliyevin müdrik siyasətinin bəhrələridir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti yüksək səviyyədədir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Prezidenti Aparatının rəhbəri Mustafa İsen, Bilkənt Universitetinin professoru, keçmiş dövlət naziri Mehmet Aydın, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər natiqlər Heydər Əliyevin mədəniyyət, elm və təhsilin inkişafına diqqət və qayğısından bəhs ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

