/ / Büdcə layihəsi Azərbaycanın iqtisadiyyatının həm bugünkü, həm də gələcək inkişaf perspektivlərini müəyyənləşdirir
Büdcə layihəsi Azərbaycanın iqtisadiyyatının həm bugünkü, həm də gələcək inkişaf perspektivlərini müəyyənləşdirir
14.11.2012 [01:45]
Əli Əhmədov: Bu sənəddə əks olunan rəqəmlər Azərbaycanın iqtisadi inkişafının çox səmərəli iqtisadi model üzərində qərar tutduğundan xəbər verir
“Azərbaycan illərdir ki, sürətlə inkişaf edir və parlamentdə müzakirəyə çıxarılan 2013-cü ilin dövlət büdcəsi layihəsi də ölkəmizin dinamik inkişafının davam etməsinin göstəricisidir. Büdcə layihəsi Azərbaycanın iqtisadiyyatının həm bugünki durumunu, həm də gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu sənəddə əks olunan rəqəmlər bütövlükdə Azərbaycanın iqtisadi inkişafının çox səmərəli iqtisadi model üzərində qərar tutduğundan xəbər verir. Bu sadəcə, rəqəmlər deyil, bu rəqəmlərin arxasında müdrik bir siyasət və həmin siyasətin həyata keçirilməsi naminə fədakarlıqlar əks olunub”. Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin dünən keçirilən iclasında çıxışı zamanı deyib.
Müzakirələrdə bəzi tənqidi çıxışlara münasibət bildirən Əli Əhmədov deyib ki, nə büdcəni, nə də iqtisadiyyatı arzularla inkişaf etdirmək mümkün deyil. Onun sözlərinə görə, 2008-ci ildən bu yana böhranla üzləşmiş ölkələrin rəhbərləri bu böhranın aradan qalxmasını arzu edir: “Amma aradan qaldıra bilməyiblər. Buna görə də, hesab edirəm ki, böyük inkişafı, insanların rifahının yaxşılaşdırılması üçün böyük səyləri özündə əks etdirən büdcəmizin layihəsindəki rəqəmlərin nə qədər əhəmiyyətli olduğunu nəzərə almalıyıq. Ataların bir məsəli var: ağıllı insanlar düşdükləri çətin vəziyyətdən çıxış yolunu tapırlar, müdrik insanlar isə bütövlükdə çətin vəziyyətə düşmürlər. Əgər Azərbaycan 2008-2009-cu illərdə dünyanı bürüyən iqtisadi böhrana düşmədisə, bu böhran ölkəmizə ciddi təsir göstərə bilmədisə hesab edirəm ki, bu, Azərbaycanın iqtisadi idarəçiliyində müdrikliyin bariz nümunəsidir. İnanırıq ki, bu müdriklik bundan sonra da Azərbaycanın idarəçiliyində özünün əksini tapacaq. Bunun bir ifadəsini də büdcə layihəsində görürəm”.
Qeyri-neft sektorunun inkişafı daha da dəstəklənməlidir
YAP Sədrinin müavini eyni zamanda, bir sıra təkliflərlə çıxış edib. Onun fikrincə, görülən işlərlə yanaşı təkmilləşmək, kamilləşmək, görüləcək işləri daha yaxşı yerinə yetirmək potensialı həmişə qalır. Əli Əhmədov qeyd edib ki, neft resursları və ondan səmərəli istifadə edilməsi Azərbaycanın indiki həyatının çox önəmli cəhətidir. “Bu, böyük bir stimul, şansdır ki, ölkəmiz bundan faydalanır. Amma sabaha baxaraq gələcəkdə neft amilinin Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətinin azalacağı dövrlərdə iqtisadi inkişaf templərini saxlamaq üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Qeyri-neft sektorunun inkişafı, özəl sahənin inkişafının daha da dəstəklənməsi və bu sahənin təkcə ÜDM-in deyil, həm də büdcənin formalaşmasında çəkisinin artması yaxşı olardı. Çox müsbət haldır ki, ÜDM-də özəl sektor 83 faiz təşkil edir. Büdcəmizin formalaşmasında isə özəl sektor təxminən 20 faizə bərabərdir. Burada böyük fərq var və bu fərqin aradan qaldırılması məqsədilə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var” - deyə, millət vəkili vurğulayıb.
Bölgələrin dotasiyalarla fəaliyyəti ələbaxımlıq psixologiyası yaradır
Bölgələrə dotasiyaların verilməsinə münasibət bildirən Əli Əhmədov deyib ki, Abşeron rayonu, Bakı, Sumqayıt və Şirvan şəhərlərindən savayı Azərbaycanın bütün regionları dotasiya əsasında fəaliyyət göstərir. “Ola bilsin ki, bəzi rayonlara hələ dotasiya lazımdır, amma bütün bölgələrin onun əsasında fəaliyyət göstərməsi, yerli xərclərin yalnız mərkəzi büdcədən verilən dotasiyalarla qarşılanması regionlarda bir tərəfdən ələbaxımlıq psixologiyası yaradır, ikinci tərəfdən isə rayon rəhbərliklərinin fəaliyyətinin dəyərləndirilməsində çətinliklər yaradır. Biz kimin yaxşı işlədiyini düşünməliyik: daha çox pul xərcləyənin, yoxsa daha çox pul qazananın? Ən yaxşı variant bu olar ki, daha çox pul qazansın və bu pulu da halallıqla xərcləsin” - deyə, o qeyd edib.
Əməkhaqlarının artırılması və sosial evlərin tikilməsi vacibdir
Təhsil işçilərinin əməkhaqlarının artırılması təkliflərinə qoşulan millət vəkilinin fikrincə, büdcə təşkilatlarında çalışan və az maaşı olan insanların da əməkhaqları artırılmalıdır. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda hər müəllimə 7 şagird düşür: “Amma ÜDM-də adambaşına düşən gəlirin 30 min dollardan yuxarı olan dövlətlərdə bir müəllimə düşən şagirdlərin sayı 10-12 nəfərdən yuxarıdır. Hesab edirəm ki, bu sahələrdə islahatlar aparmaqla ölkəmiz həmin normaya çata bilər və büdcədəki indiki vəsaitlə müəllimlərin əməkhaqlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Yəni daha təkmil mexanizmlər tətbiq etməklə büdcə təşkilatlarında maaşları artırmaq olar”.
Sosial evlərin tikilməsi zərurətinə toxunan Əli Əhmədovun sözlərinə görə, ilk növbədə, uşaq evlərində böyüyən oğlan və qızların müəyyən yaşdan sonra taleyin ümidinə buraxılmaması üçün sosial evlərin tikilməsi vacibdir. “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu istiqamətdə müəyyən layihələr həyata keçirilib, amma hökumət də bu layihələrdən kənarda qalmamalıdır. Eyni zamanda, yaşayış səviyyəsi elə də yüksək olmayan insanların mənzillərlə təmin olunması üçün ev tikintisinə diqqət artmalıdır. Hər 10 ildən bir əhali 1 milyon artır, hər il minlərlə gənc ailə qurur. Sosial evlər tikilməlidir ki, insanların mənzil şəraiti yaxşılaşmağa doğru getsin”, - deyən YAP Sədrinin müavini dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin həcminin artırılması təklifini də dəstəkləyib.
Əli Əhmədov çıxışında həmçinin, Milli Məclisin dövlətin baş maliyyə sənədinin müzakirə olunduğu iclasında nazirlərin çoxunun iştirak etməməsindən təəssüfləndiyni deyib. Onun fikrincə, bu, həm parlamentn işinə hörmətsizlikdir, həm də dövlət büdcəsinin özünə hörmətsizlikdir: “Bu müzakirələrdə iştirak etmək və millət vəkillərinin fikirləri, təkliflərini dinləmək onların birbaşa vəzifə borclarıdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

