YAP öz fəaliyyətində Azərbaycan xalqının dəstəyinə arxalanır
14.11.2012 [01:45]
Siyavuş Novruzov: İqtisadi siyasətimizin uğurları dövlət büdcəsində özünü bariz şəkildə göstərir
“Azərbaycanın iqtisadi nailiyyətləri daim artır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin uğurları dövlət büdcəsində özünü bariz şəkildə göstərir”. Bu fikirləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin dünən keçirilən iclasında çıxışı zamanı deyib. S.Novuzovun fikrincə, büdcə vəsaitlərinin böyük hissəsi nəticəsi olan sahələrə sərf olunmalıdır. O qeyd edib ki, həm elm, həm təhsil, həm də digər sahələrə ayrılan vəsaitlər ciddi nəticələr verməlidir.
“Mən də o fikirlə razıyam ki, elmə böyük diqqət göstərmək lazımdır. Amma elmin tətbiqi olmalıdır. Məsələn, kimsə, Füzulinin bir qəzəli əsasında elmi iş müdafiə edib, elmlər namizədi olursa, amma onun müdafiə etdiyi elmi işin tətbiqi yoxdursa, cəmiyyətə xeyir vermirsə, belə məsələlərə böyük vəsait ayırmaq lazım deyil. Hesab edirəm ki, bu məsələlər dəqiqləşdirilməlidir. Fikrimcə, elmi institutlarla aparıcı universitetlər birləşməlidir. Bunun nəticəsində həm elmi işlə məşğul olmaq olar, həm də tədris prosesində iştirak etmək mümkündür” - deyə, millət vəkili vurğulayıb. S.Novruzov deyib ki, cəmiyyətə xeyir verməyən sahələrə büdcədən vəsaitin artırılmasına ehtiyac yoxdur. Onun fikrincə, ilk növbədə bu sahələrdə struktur islahatları aparılmalıdır. Millət vəkili bildirib ki, bəzi dövlət strukturlarında da islahatlara ehtiyac var: “Paralel şöbələr, paralel komitələr və s. Bu da ona gətirib çıxarır ki, bəzən biri-birilərinin səlahiyyətlərinə müdaxilə edirlər. Ona görə də, bu məsələlər tənzimlənməlidir”.
Çıxışında müdafiə xərclərinə kifayət qədər vəsaitin artırıldığını deyən S.Novruzov hərbçilərin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil şəraitinin daha da yaxşılaşdırılmasına diqqətin artırılmasını vacib hesab edib. Millət vəkili həmçinin, kənd təsərrüfatının inkişafı üçün də vəsaitin artırılmasını təklif edib. Onun sözlərinə görə, bu ərzaq təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli təsir göstərəcək. Millət vəkili uşaq baxçalarına da maliyyənin kifayət qədər artırılmasını təklif edib: “Bu uşaqlar Azərbaycanın gələcəyidir və onları təhlükəsiz, keyfiyyətli qida ilə təmin etməliyik”.
Siyasi partiyaların maliyyələşməsinə gəlincə, YAP İcra katibinin müavini bu məqsədlə ayrılan vəsaitin iki dəfə artırılmasının mümkünlüyünü deyib: “Hakimiyyətin mənbəyi xalqdır və YAP öz fəaliyyətində Azərbaycan xalqının dəstəyinə arxalanır. Xalq həmişə partiyamıza dəstək verib və bundan sonra da dəstəyini əsirgəməyəcək. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi siyasi sistemin təkmilləşməsinə və onların şəffaf fəaliyyət göstərməsinə xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

