Qərar icra olunur...
16.05.2024 [09:50]
Sülhməramlılar ərazilərimizi tərk edir
Bu addım iki ölkə rəhbərinin qərarına əsasən həyata keçirilir
2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının müvafiq olaraq 3 və 4-cü bəndlərinə əsasən Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti yekunlaşmaq üzrədir. Razılaşmaya əsasən nəzərdə tutulan müddət, yəni, 5 il bitməsə də tərəflər arasında bununla bağlı razılıq əldə edilib. Artıq bir sıra ərazilərdə xidmət aparan Rusiya sülhməramlıları geri qayıdır. Yaxın zamanda isə prosesin tam şəkildə yekunlaşacağı gözlənilir. Yeri gəlmişkən, Xocalıda Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov açıqlamasında bildirib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq. “Azərbaycan və Rusiya dövlət başçıları arasında əldə olunmuş razılığa əsasən, sülhməramlı kontingentin missiyasının vaxtından əvvəl başa çatmasına və Azərbaycan ərazini tərk etməsinə qərar verilib. Qərar veriləndən dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq, kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib. Bugünkü tədbir də sülhməramlı kontingentin missiyasının başa çatması ilə əlaqədardır. Sülhməramlı kontingentin bazasında keçirilən bu tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir”, - MN rəsmisi qeyd edib. Anar Eyvazov vurğulayıb ki, sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq: “Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək”.
Yüksək siyasi dialoq, əməkdaşlıq imkanları
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərinin ardından ölkəmiz regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bir sözlə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, eyni zamanda əməkdaşlıqların mahiyyəti və xarakteri dəyişir, keyfiyyət etibarı ilə yenilənir. Bu mənada, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. İki ölkə arasındakı yüksək siyasi dialoq bir çox məsələlərin həllində əsaslı rol oynayıb - qonşu dövlətlər xüsusilə müdafiə və təhlükəsizlik sahəsində yaxın tərəfdaşlıq həyata keçirir. Dövlətlər arasında çox geniş müqavilə-hüquq bazası formalaşdırılıb - Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və digərləri bu baxımdan xüsusi önəm kəsb edir. 2022-ci ilin fevralında imzalanan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Azərbaycan - Rusiya münasibətlərini keyfiyyətcə yeni mərhələ formalaşdırdı. Bəyannamənin səciyyəvi xüsusiyyətlərindən biri yeni geosiyasi situasiyanı, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqları - postmüharibə dövrünü əks etdirməsidir. Bu, Azərbaycanın milli maraqlarına tam uyğundur, postmünaqişə mərhələsində regional sülh və təhlükəsizliyin təmin olunmasına hədəflənən aydın mövqedir.
Sülhməramlıların qayıtması münasibətləri gücləndirən amil kimi çıxış edir
2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatla Azərbaycana gələn sülhməramlıların ölkəsinə qaytıması da məhz yeni reallıqların nəticəsidir - bölgədə sülhün və sabitliyin formalaşması artıq yeni bir mənzərə ortaya qoymaqdadır. Azərbaycanın nümayiş etdirdiyi mövqe isə bu sabitliyin əbədi olaraq qorunmasına hədəflənib. Yeni dövrdə bölgədəki sabitlik amilinin yüksəldilməsi, təhlükəsizlik seqmentinin artması iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə çatmasını şərtləndirəcək. Azərbaycanın həm Rusiya, həm də Cənubi Qafqaz üçün oynadığı rol bütün mənalarda əhəmiyyətini artırmaqdadır. Bu baxımdan, sülhməramlıların fəaliyyətlərini yekunlaşdıraraq öz dövlətinə qayıtması Azərbaycan - Rusiya münasibətlərinə mənfi təsir etmir, əksinə, münasibətləri daha da gücləndirən amil kimi çıxış edir.
Vurğulanmalıdır ki, kontingentin fəaliyyəti iki dövlətin başçısının qərarına əsasən həyata keçirilib - ötən ilin payızında baş tutan Valday Beynəlxalq Disskusiya Klubunda sülhməramlılarla bağlı məsələyə münasibət bildirən Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, sülhməramlıların hüquqi statusu istisnasız olaraq üçtərəfli Bəyanatına əsaslanır. Vurğulanmışdı ki, sülhməramlıların heç bir statusu müəyyən edilməyib. Beləliklə, üçtərəfli bəyanata əsasən bölgəyə gələn sülhməramlılar öz missiyalarını həyata keçirərək yeni xidmət ərazilərinə qayıdırlar. Onların Azərbaycan torpaqlarını tərk etməsində heç bir hərbi komponent yoxdur.
Xəyanətkarların siyasi manipulyasiya cəhdi iflasa uğradı
Qeyd edilməlidir ki, Rusiya sülhməramlı kontingenti mövzusunun zaman-zaman anti-Azərbaycan dairələrin maliyyələşdirdiyi xəyanətkar media və digər maraqlı qüvvələr tərəfindən manipulyasiyaya uğradılma cəhdləri ilə üzləşmişik. Ötən 4 ildə bu mövzunu istismar etməklə öz marağına uyğun “istiqamətləndirən” xain qruplar reallığı görməzdən gəliblər - hətta ayrı-ayrı vaxtlarda buna fərqli don geyindirməyə də çalışıblar. Halbuki Azərbaycan hər zaman bildirib ki, sülhməramlı kontingent məhz üçtərəfli bəyanata əsasən bölgəyə gəlib. Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarının heç vaxt çıxmayacağı barədə iddiaları iflasa uğrayanlar isə növbəti dəfə fərqli siyasi oyunların komponentləri olduqlarını sübuta yetirirlər. İstər adını media qoymuş xəyanətkar dəstə, istərsə də “müxalifət” adlanan azlıq bu kimi manevrlərlə ölkəmizin yürütdüyü xarici siyasət kursuna kölgə salmaq, dövlətlərarası münasibətlərə zərər vermək istəyiblər. Amma nəticə ortadadır - bu gün Azərbaycan ilə Rusiya arasındakı əlaqələr bütün müstəvilər üzrə real inkişaf trayektoriyasına malikdir. Qonşu dövlətlər milli maraqları çərçivəsində tərəfdaşlıqlarını daha da inkişaf etdirmək əzmini nümayiş etdirirlər...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41

