Azərbaycanda gəncliyin inkişafı üçün bütün imkanlar yaradılmışdır
02.02.2012 [13:01]
-Seymur müəllim, məlum olduğu kimi bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasətin əhəmiyyətini necə səciyyələndirərdiniz?
- Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda 2 Fevral - Gənclər Günü 1997-ci ildən qeyd edilir. Həmin gün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Gənclər ili” elan edildi. Azərbaycan gənclər siyasətində normativ hüquqi aktların hazırlanması, gənclərin cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində MDB məkanından xüsusilə fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib. Təbii ki, əhalisinin böyük əksəriyyəti gənclər olan, demoqrafik problemi olmayan bir ölkədə gənclərə belə bir münasibətin göstərilməsi biz gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu gün Azərbaycanda gənclik dövrü bütün dünyada qəbul olunduğu kimi 14-29 yaş arasıdır. Azərbaycanda gənclər siyasəti ilə bağlı Prezident İlham Əliyev tərəfindən xeyli sayda Sərəncam imzalanıb. Gənclər və İdman Nazirliyi müxtəlif gənclər təşkilatları və digər müvafiq qurumlarla birgə bu siyasətin həyata keçirilməsi üçün səylə çalışır. Bu baxımdan Azərbaycan gəncliyi yetərincə peşəkar, öz üzərində çalışan və əvvəlki dövrlərdən xeyli fərqlidir. Məlum olduğu kimi ötən ilin iyul ayında Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənədin təsdiq olunması bir daha Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirildiyini əyani şəkildə sübut edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.
- Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz? Partiyanın bu yöndəki siyasətinin əsasını hansı amillər təşkil edir?
- Yeni Azərbaycan Partiyasının gənclər siyasətində bir sıra prioritet istiqamətlər mövcuddur. Bununla bağlı üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunma. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını da ildən-ilə artırır. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış gənc millət vəkillərimiz var. 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində də xeyli sayda gənc qələbə qazandı. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər internet forumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə gənclərin fəallığından irəli gəlir. Elə dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orda gənclər təmsil olunmasın. Bu gün 560 min nəfərlik partiyamızın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Bu kifayət qədər böyük bir qüvvədir. Hesab edirəm ki, Azərbaycan gənclərinin YAP-ın sıralarına qoşulmasının çox ciddi əsasları var. Bu ilk növbədə, onların Heydər Əliyev ideyalarına sadiqliyi və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır. Eyni zamanda, burada YAP-ın gənclər üçün böyük imkanlar yaratması da xüsusi rol oynayır. Yəni partiyamız gənclərə öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün bütün imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, partiyamızın sıralarında yüksək intellektli gənclər birləşib.
- Seymur müəllim, YAP Gənclər Birliyinin ötən dövrdəki fəaliyyətini qısa şəkildə necə xarakterizə edərdiniz? Digər siyasi təşkilatların gənclər qurumlarının fəaliyyəti ilə müqayisədə YAP Gənclər Birliyinin fəaliyyəti daha çox nə ilə fərqlənir?
- Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qarşıya qoyulan vəzifələri yerinə yetirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır. Eyni zamanda, beynəlxalq əlaqələrimizi də gücləndiririk. Yəni, istər ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi bizim gördüyümüz işlərin keyfiyyətindən xəbər verir. Bilirsiniz ki, artıq yeni ofislə təmin olunmuşuq ki, bu da iş şəraitimizi xeyli yaxşılaşdırıb. Təbii ki, yaxşı iş şəraiti məhsuldar işləməyi şərtləndirir. Bu mənada YAP Gənclər Birliyi olaraq üzərimizə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacağıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

