Ziyafət Əsgərov: NATO PA Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməlidir
07.06.2010 [09:58]
- Ziyafət müəllim, NATO PA-nın sessiyası çərçivəsində təşkilatın prezidenti ilə görüşmüsünüz. Görüşdə hansı məsələlər müzakirə olundu?
- NATO PA-nın prezidenti Con Tanerlə görüş zamanı əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Görüş zamanı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti barədə bütün faktları qurumun rəhbərinə təqdim etdik. Hesab edirik ki, NATO PA da Ermənistanın işğalçılıq siyasətinə münasibətini bildirməlidir. Bilirsiniz ki, bu yaxınlarda Avropa Parlamenti Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul edib. Həmin qətnamədə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq tələb olunur. Fikrimcə, NATO PA-da da bu məsələyə baxılmalıdır. Doğrudur, təşkilatın təhlükəsizlik komitəsində biz buna nail olmuşuq. Amma istəyirik ki, bütün beynəlxalq təşkilatların qərar və qətnamələri olduğu kimi, NATO PA da bu məsələyə öz münasibətini bildirsin. Məlumdur ki, NATO hərbi-siyasi təşkilatdır və bu münaqişəyə siyasi qiymət də verə bilər. NATO avroatlantik məkanda təhlükəsizlik arxitekturasına nəzarət edən yeganə təşkilatdır. Cənab Con Tanerin ABŞ konqresmeni olduğunu nəzərə alaraq istərdik ki, ABŞ da bu məsələdə fəal olsun. Onunla görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığımızı da bildirdik. 20 ilə yaxındır ki, yaransa da bu qrupun fəaliyyətinin konkret nəticəsi ortada yoxdur. Onların həmişə də tövsiyələri bu olur ki, özünüz dil tapın, biz də sizə yardımçı olaq. Ermənistan işğalçı dövlətdir, biz isə işğala məruz qalan. Belə olan təqdirdə necə dil tapmaq olar? Burada yeganə vasitə sözsüz ki, beynəlxalq hüquqdur. Görüşdə vurğuladıq ki, ABŞ da, Rusiya da, NATO-ya daxil olan digər ölkələr də Ermənistana təzyiqi gücləndirməlidirlər. çünki əks halda beynəlxalq hüquq öz mənasını itirir. Necə ola bilər ki, Avropa Şurasına daxil olan dövlətin biri o birinin ərazisini işğal edir, amma beynəlxalq hüquq çərçivəsində tələb olunan öhdəliklər yerinə yetirilmir. NATO buna göz yumur. Ayrı-ayrılıqda hər biri etiraf edir ki, Azərbaycanın torpaqları işğal olunub, ərazi bütövlüyü pozulub, amma konkret qərarların icrasına gələndə çox təəssüf ki, biz bunun nəticəsini görmürük. Cənab Tanerlə söhbətimiz həm çox ciddi, həm də səmimi oldu. Söhbət zamanı mən dedim ki, əgər BMT kağız istehsal edən bir fabrikdirsə, biz də öz işimizi bilək. Yaxşı, nə qədər kağız üzərində qərarlar qəbul edib onları anbara göndərmək olar? Axı bu qəbul olunub və qətnamə halını alıb. Qətnamə qəbul olunubsa yerinə də yetirilməlidir. 1993-cü ildə Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş qətnamələrin icrası ilə maraqlanan yoxdur. Orada da biz fikrimizi bildirdik ki, əgər belə davam etsə Azərbaycan müharibə hüququnu özündə saxlayır. Baxmayaraq ki, həm təşkilatın rəhbəri, həm də vitse-prezidenti çox təkidlə belə bir məsələ qoydular ki, müharibə fayda gətirməz, çalışın bu yoldan çəkinin. Biz də bilirik müharibənin nə olduğunu. İnsan itkisini, dağıntıların acılarını bizdən çox yaşayan varmı? Amma nə etməliyik? Ermənistan sülh danışıqlarından qaçır, müharibəni də siz istəmirsiniz? Yaxşı, onda Azərbaycan nə etməlidir? Hətta mən Con Tanerə dedim ki, ABŞ dünyanın dörd okeanında hərbi hakimiyyətə malikdir. Bütün okeanlarda sizin hərbi bazanız var, demək olar ki, dünyanın super dövlətisiniz. Doğurdanmı, sizin üçün Ermənistanı beynəlxalq hüquq çərçivəsində hərəkətə etməyə məcbur etmək çətindir? Ermənistan prezidenti Amerikaya, Rusiyaya gedib gələn kimi başqa bəyanatlar verməyə başlayır. Problemlə bağlı konkret vəziyyət belədir.
- Sizin bu fikirlərinizə, məlumatlarınıza onun münasibəti necə oldu?
- Onu deyim ki, Con Taner səbirli adamdır. Görüşümüz üçün 15 dəqiqə vaxt ayrılsa da, 1 saat çəkdi. O çox təmkinlə bizi dinlədi, münaqişə ilə bağlı biz xəritələri, faktları hər bir şeyi ona təqdim etdik. Fürsətdən istifadə edib NATO PA-nın baş katibi Devid Hopsa təşəkkür etmək istəyirəm. O, cənab Tanerə dedi ki, mən Bakıda üç dəfə olmuşam, təldbirlərdə iştirak etmişəm, qaçqınlarla görüşmüşəm, həqiqətən Azərbaycanın ərazisi işğal olunub. Onun sözlərinə görə, Ermənistanda olanda deyiblər ki, Azərbaycanın 20 faizi yox, 18 faizi torpağı işğal edilib. Bunun nə fərqi var ki? Hər ikisi işğal faktını təsdiqləyir. Ermənistanda həyasızlığın dərəcəsinə baxın ki, işğalçı olduqlarını təsdiqləyirlər, amma işğaldan əl çəkmirlər. Hesab edirəm ki, görüşümüzdə təşkilatın vitse-prezidentlərinin, baş katibin olması əhəmiyyətlidir. çünki onlar Daimi Komitənin rəhbərliyinə daxil olan şəxsləridir, büronun üzvləridir. Eyni zamanda, onlar müxtəlif komitələrin sədrləridir. Biz çox təkid etdik ki, bu məsələ prosedur etibarı ilə komitələrdən birinin gündəliyinə salınsın, assambleyanın müzakirəsinə çıxarılsın və nəticədə assambleya qətnamə qəbul etsin.
- Qeyd etdiniz ki, NATO PA da Dağlıq Qarabağ problemi ilə bağlı münasibətini bildirməlidir. Nəzərə alsaq ki, BMT TŞ-nın qətnamələri icra olunmur, belə olan halda NATO PA-nın qəbul etdiyi sənədin əhəmiyyəti nədən ibarət olacaq?
- Bəli, BMT və digər təşkilatlar müxtəlif sənədlər qəbul edib. Əgər NATO PA belə bir sənəd qəbul etsə, həmin sənəddə Ermənistanın işğalçılıq siyasətini təsdiq edəcək. Və tələb edəcək ki, qoşunlar işğal olunmuş ərazilərdən çıxarılsın. Ermənistan öz qoşunlarını çıxaracaq, ya da çıxarmayacaq bu artıq bizim işimizdir. Bizə dəstək lazımdır, özü də NATO-nun dəstəyi lazımdır. Biz bu sənədləri əldə etdikdən sonra hesab edirəm ki, artıq konkret qərarlar qəbul edə bilərik. Bu halda artıq biz müharibə yolu ilə torpaqları azad etməyə başlayanda heç kimin haqqı olmayacaq ki, bizə söz desin.
Deyəcəyik ki, siz Ermənistanın işğalçı siyasəti, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul etmisiniz. Ermənistan sizin də sözünüzə baxmadı. BMT-nin nizamnaməsinə müraciət etməliyik. Ona görə də, biz beynəlxalq sənədlərin işləməsini kəskin şəkildə ortaya qoyuruq. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri beynəlxalq hüquqa əməl etməyəndə, beynəlxalq hüquq mezanizminin işləməsinə kömək etməyəndə başqa dövlətlər ümumiyyətlə onu saya salmayacaqlar. Adi kiçik Ermənistan bu normaları saya salmır. çünki beynalxalq normaları saya salan yoxdur, beynalxalq hüquqa nəzarət edən təşkilat artıq özü də bilmir nə işlə məşğuldur. Məsələnin həll olunması üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dəstək verməlidirlər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

