Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir

YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir

15.04.2021 [08:55]

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdur
- Bəxtiyar müəllim, ilk növbədə, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin yeni heyətinə fəaliyyətində uğurlar arzulayırıq. YAP Gənclər Birliyinin gələcək fəaliyyətində qarşıya qoyduğu əsas hədəflər nədən ibarətdir?
- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayında mühüm qərarlar qəbul edilib. YAP Gənclər Birliyinin yeni heyəti formalaşıb. Yeni heyət partiyamızın Sədri cənab İlham Əliyevin təqdimatı əsasında YAP İdarə Heyəti tərəfindən təsdiqlənib. YAP-ın VII qurultayında partiyamızın Sədri, cənab Prezident İlham Əliyev gənclərin fəaliyyəti ilə bağlı bir çox vacib məqamlara toxundu, Öz tövsiyə və tapşırıqlarını verdi. Bizim qarşımızda dayanan ən mühüm vəzifələr məhz cənab Prezidentin qarşımıza qoyduğu hədəf və tapşırıqlarla bağlıdır. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirək və bizə göstərilən etimadı layiqincə doğruldaq.
Qeyd etmək istəyirəm ki, YAP Gənclər Birliyinin yeni formalaşan heyəti müasir dövrün çağırışlarına, yeniliklərə, innovasiyaya açıq, kifayət qədər bilik və təcrübəyə, potensiala malik olan gənclərdən ibarətdir. Eyni zamanda, onlar öz tarixi köklərinə, milli adət-ənənələrinə bağlı olan gənclərdir. Ona görə də biz fəaliyyətimizdə yenilikçi ənənələrin, müasir dövrün çağırışlarının, texnologiyaların və innovasiyaların verdiyi imkanlardan istifadə edərkən milli adət-ənənələrimizə, tarixi köklərimizə də hər zaman istinad edəcəyik. YAP Gənclər Birliyi milli maraqlarımızı, dövlətçilik ənənələrimizi, azərbaycançılıq məfkurəsini, eyni zamanda, ölkəmizdə aparılan gənclər siyasətini əhatə edəcək bir fəaliyyət həyata keçirəcək.
Həmçinin YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir. Bu istiqamətdə YAP Gənclər Birliyinin yeni strategiyası üzərində işləyirik. Bu strategiya fəaliyyətimizin konkret hədəflərini özündə ehtiva edəcək. Strategiya özündə gənclərlə bağlı bütün sahələri nəzərdə tutur. Azərbaycan gəncliyi milli-tarixi ənənələrinə bağlı, müstəqilliyimizin daim qorunmasını əsas amal kimi hədəfləyir. Eyni zamanda, məqsədimiz yüksəkintellektli gənclərimizin yetişməsinə töhfə verməkdir. Bundan başqa, qalib ordumuzun əsgər və zabitlərinin, şəhidlərimizin, qazilərimizin cəmiyyətdə tanıdılması, onların qəhrəmanlığının təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli maraqlarımızın beynəlxalq arenada qorunması fəaliyyətimizin əsas istiqamətlərindəndir.
- Azərbaycanda gəncliyin inkişafı ilə bağlı müvafiq Dövlət proqramları həyata keçirilir. Bu proqramların əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi, 2 Fevral - Gənclər Gününün təsis olunması, qəbul edilmiş Dövlət proqramları və s. faktlar onu göstərir ki, dövlətimizin siyasətində Azərbaycan gəncliyinin inkişafı prioritet istiqamətlərdən biridir.
Qəbul olunmuş və həyata keçirilən Dövlət proqramlarına nəzər salsaq görərik ki, bu proqramlar gənclərin ən yüksək səviyyədə yetişməsi, milli maraqlarımızı qoruya bilməsi, o cümlədən savadlı, müasir dünyagörüşlü, öz yaşadığı dövrün tələblərinə, yeniliklərinə bələd olan gənclər ordusunun formalaşmasını hədəfləyir. Çünki Azərbaycan gəncliyinin qarşısında mühüm vəzifələr dayanır.
Bu vəzifələrin ən başlıcası müstəqilliyimizi, dövlətçilik maraqlarını qorumaq və təbliğ etməkdir. Proqramlar gənclər üçün vacib olan bütün məqamları əhatə edir. Bu gün cənab Prezident tərəfindən gənclərin qarşısına qoyulan vəzifələr, gənclər üçün yaradılan şərait, gənclərlə bağlı fəaliyyət göstərən dövlət qurumlarının işi gənclərin inkişafını şərtləndirən amillər sırasındadır.
- YAP-ın VII qurultayında partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin partiya üzvlərinin qarşısına qoyduğu vacib vəzifələrdən biri Böyük Qayıdış proqramında, işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak etməklə bağlıdır. Bu baxımdan, YAP Gənclər Birliyi hansı işlərin görülməsini nəzərdə tutur?
- Bəli, dövlətimizin başçısı Böyük Qayıdış proqramı ilə bağlı sistemli tədbirlər həyata keçirir. Təbii ki, bu prosesdə cəmiyyətimiz də fəal iştirak etməlidir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin partiya üzvlərinin qarşısına qoyduğu vəzifələr böyük əhəmiyyət kəsb edir.
YAP Gənclər Birliyinin bu məsələ ilə bağlı layihələri üzərində işlər gedir. Bir sıra dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq şəraitində layihələr həyata keçirməyi planlaşdırırıq. Yəqin ki, yaxın zamanlarda keçirmək istədiyimiz layihələrlə bağlı daha geniş məlumat verəcəyik.
- YAP Gənclər Birliyinin ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə yeni əməkdaşlıq planları da varmı?
- Qeyd etmək istəyirəm ki, YAP Gənclər Birliyinin yeni heyətinin üzvlərinin ölkəmizdə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarında nümunəvi təmsilçilikləri var. YAP Gənclər Birliyinin üzvü olan 30 nəfərin mütləq əksəriyyəti gənclər təşkilatlarından çıxmış şəxslərdir. Bu onun göstəricisidir ki, YAP Gənclər Birliyi Azərbaycanda fəal gənclər təşkilatlarının bir çoxunun rəhbərlərini öz sıralarında birləşdirir. Bu amil bizim fəaliyyətimizdə vacib məqamlardan biridir.
Mən “YAP Gənclər Birliyi öz fəaliyyəti ilə təkcə partiya üzvlərinin deyil, bütün ölkə gənclərinin birliyinə çevrilməyi hədəfləyir” deyərkən nəzərdə tutduğum məqamlardan biri də bu idi. YAP Gənclər Birliyi ölkədəki gənclər təşkilatları və müvafiq dövlət qurumları ilə sıx şəkildə əməkdaşlıq edir. Və bu əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 915 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31