/ / Milli Prioritetlər növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir
Milli Prioritetlər növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir
09.02.2021 [09:30]
Milli Məclisin deputatı Anar Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Anar müəllim, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub. Bu sənədin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı Dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bunun sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma endirilmişdir. Məqsədyönlü islahatlar sayəsində ölkəmizdə son 17 ildə iqtisadiyyatın həcminin 3 dəfədən çox artması, güclü sosial-iqtisadi infrastrukturun yaradılması da sıradan faktlar deyil. Məhz bunların sayəsində Azərbaycan mövcud maliyyə imkanlarını tarixi maksimuma çatdırmış və yuxarı ortagəlirli dövlətlər qrupunda yerini möhkəmləndirmişdir.
Hazırda dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur və bu prioritetlərin müəyyən edilməsi günün tələbidir. Çünki dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbdən, sənəddə qeyd edildiyi kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Milli Prioritetlər proqramı dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodu, eyni zamanda, ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Cənab Prezidentin sözügedən Sərəncamında qeyd edilir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.
- Sizcə, Milli Prioritetlərin əsas hədəfləri nədən ibarətdir?
- Milli Prioritetlərin əsas məqsədi və hədəfləri məhz dövlətin qüdrətli olması və yüksək rifah cəmiyyətinin formalaşmasıdır. Bunun üçün güclü iqtisadiyyatın olması şərtdir. İndiyədək həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar buna real bünövrə yaratmışdır. Dövlət əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf modelini seçmişdir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, aparılan islahatların məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bunu artıq neçə ildir dövlət büdcəsində gəlirlərin xərclənməsindəki dinamikadan aydın görmək olur.
Bu baxımdan Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır və bu konsepsiyanın reallaşması bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur. Təsdiqlənən sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Sənəddə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bütün üzvlərinin sosial rifahı nəzərə alınır. Qarşıya qoyulan hədəfə çatmaq üçün əməkhaqlarının artırılaraq layiqli səviyyəyə çatdırılması, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, gəlirlərin ədalətli bölünməsinin təmin olunması, eləcə də əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının artırılması prioritet kimi göstərilib.
- Bütün bu amillər sahibkarlığın inkişafına nə dərəcədə təsir göstərəcək?
- Məlumdur ki, Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu səbəbdən, milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir. Çünki iqtisadiyyatı davamlı və yüksək templə artırmaqla adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxmasına da nail olmaq mümkündür. Bunun üçün isə ölkədə bazar iqtisadiyyatı ilə bərabər, sahibkarlıq da inkişaf etdirilməlidir. Dövlət bu günədək də sahibkarlığın inkişafına böyük dəstək verib. İndi də qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolunun artmasına əlavə dəstək göstərməyi qarşıya məqsəd qoyub.
Onu da qeyd edim ki, bu prioritetlər qarşıdakı on il ərzində sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması ilə iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

