Azərbaycanda məcburi köçkünlərin şəraiti ilə bağlı mühüm irəliləyişlər əldə olunub
03.03.2010 [10:28]
Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammarberqin Trend News-a eksklüziv müsahibəsi:
- Azərbaycana səfərinizin məqsədi nədir və hansı məsələlər müzakirə ediləcək?
- Bir neçə il bundan qabaq Azərbaycana səfər etmişəm və bunun nəticəsində dəyərləndirmə hesabatı hazırlanmışdı. İnternet səhifəmizdə yerləşdirilən hesabatda insan hüquqları baxımından vacib hesab etdiyimiz bütün mühüm sahələr üzrə dəyərləndirmə məlumatı öz əksini tapmışdı. Bu səfərin məqsədi konkret bir neçə sahə ilə bağlı hansı tərəqqinin, dəyişikliklərin baş verdiyini dəyərləndirməkdən ibarətdir. Bu məsələlərdən biri KİV azadlığı və fəaliyyəti, o cümlədən KİV-də plüralizmin, fərqli səslərin eşidilməsinə imkanların yaradılmasıdır. İkinci məsələ məhkəmə sisteminin fəaliyyəti ilə bağlıdır. Bu sistemin fəaliyyəti dedikdə, həmçinin polisin, hüquq-mühafizə orqanlarının fəaliyyətini də əhatə edirik. ümumiyyətlə, bu sistemə üç mərhələli yanaşmamız var. Birinci mərhələyə, hüquq-mühafizə orqanlarının, ikinci mərhələyə isə məhkəmələrin, o cümlədən, hakimlərin və prokurorların fəaliyyəti daxildir. üçüncü mərhələyə isə məhkəməyədək və məhkəmədən sonra saxlanılan, təqsirləndirilən və mühakimə olunan şəxslərin saxlandığı penitensiar sistemin fəaliyyətidir. Biz bu sistemin monitorinqi dedikdə, sadaladığımız üç mərhələnin fəaliyyətini nəzərdə tuturuq.
- Azərbaycanda insan haqlarına dair Fəaliyyət Planının yerinə yetirilməsini necə qiymətləndirirsiniz? Son səfərinizdən sonra bu sahədə hansı irəliləyişlər əldə olunub?
- Sözügedən fəaliyyət planı yaxşı bir sənəddir. İlk növbədə, planın dəyəri onun hansı səviyyədə icrasından asılıdır. Buna görə adıçəkilən planda əks olunan və insan haqlarının mühüm sahələrini əhatə edən məsələlər yerinə yetirilməlidir. İnsan haqları mühüm məsələdir. Buna xüsusi diqqət yetirmək lazımdır. İnsan haqları, o cümlədən, sosial-iqtisadi haqlar təmin olunarsa, bu, cəmiyyətin inkişafı deməkdir. Ona görə Fəaliyyət Planının qəbulunu alqışlayıram və onun həyata keçirilməsi vacibdir. Bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazıram.
- Dağlıq Qarabağ münaqişəsi nəticəsində dörd mindən çox azərbaycanlı itkin düşüb. Bu məsələ sizin Bakıya son səfəriniz zamanı qaldırılıb. Bu məsələyə dair AŞ hansı təsirli tədbirlər görə bilər?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər səfərimiz zamanı qaldırılır. Qeyd olunan məsələni Ermənistana səfər zamanı da müzakirə edirik. Biz təbii ki, münaqişənin həlli prosesinə qarışmırıq. Bununla ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədr ölkələr bu münaqişənin siyasi həll yolunu tapmaqla məşğuldur. Orada baş verənlərə, o cümlədən həlak olmuş və itkin düşmüş şəxslərin məsələsinə gəldikdə, bunu hər iki tərəflə, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə müzakirə edirik. Təəssüf ki, bu məsələyə dair yeni dəqiq məlumatlara malik deyilik.
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. AŞ çərçivəsində onların tapdanmış hüquqlarının bərpa edilməsi üçün hansı mexanizmlər işə salına bilər?
- Bu məsələnin iki aspektinə diqqət yetiririk. Birincisi, bu sahədəki hazırkı vəziyyət, yəni məcburi köçkünlərin hansı şəraitdə yaşaması vəziyyətidir. Bilirik ki, məcburi köçkünlərin şəraiti ilə bağlı mühüm irəliləyişlər əldə olunub. Azərbaycan hökuməti tərəfindən onların yaşadıqları çadır şəhərcikləri ləğv olunub və sosial vəziyyətləri xeyli yaxşılaşdırılıb. Məsələnin digər tərəfi məcburi köçkünlərin öz yurdlarına - Dağlıq Qarabağ və digər ərazilərə qayıtmaq hüququnun reallaşmasıdır. Lakin bu hüququn həlli reallaşmayıb. Deməli, bu hüququn pozuntusu davam edir. Hər kəs başa düşməlidir ki, bu hüququn reallaşması üçün məsələnin siyasi həlli tələb olunur. Bu isə öz növbəsində vəziyyətin normallaşmasına gətirib çıxaracaq. Məhz, buna görə danışıqlar məsələnin tək siyasi deyil, eləcə də, münaqişənin humanitar aspektlərini ehtiva edir. Qeyd etmək lazımdır ki, həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya tərəfindən Avropa Şurası olaraq münaqişənin həlli prosesindən kənarda qalmağımız xahiş olunur. Onlar bu məsələni həll etməyi öz üzərlərinə götürüblər.
- Ermənistanda 2008-ci il martın 1-də baş verən hadisələrə dair aparılan təhqiqatı necə qiymətləndirirsiniz? Yaxın zamanlarda Ermənistana səfər etmək niyyətiniz varmı?
- Ermənistana bir neçə dəfə səfər etmişəm. Bu məsələni hakimiyyət rəsmiləri ilə müzakirə etmişəm. 1 mart hadisələri zamanı həlak olanların məsələsinə gəldikdə, aparılan təhqiqat buna aydınlıq gətirməyib və bu narahatlıq doğurur. Bu məsələni yaxından izləyirəm. AŞ-nin digər strukturları da bu məsələni nəzarətdə saxlayır. Cari il ərzində Ermənistana səfər etmək niyyətim var, amma dəqiq tarix deyə bilmərəm.
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04

