Kim siyasi müstəvidə inkişaf edən müsbət proseslərdə iştirak edirsə, deməli, düzgün qərar verib
25.04.2020 [11:31]
Razi Nurullayev: Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini islahatların konkret nəticəsi kimi dəyərləndirirəm
Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.
Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədova və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verilməsi də ekspertlər tərəfindən hüquqi və siyasi islahatların nümunəsi kimi dəyərləndilir.
Milli Məclisin deputatı Razi Nurullayevlə söhbətimiz bu haqdadır.
-Razi müəllim, bildiyimiz kimi, Ali Məhkəmənin Plenumunun qərarı ilə Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu hadisəni necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, eləcə də onlara təzminat ödənilməsini müsbət qarşılayıram. Bu hadisəni ölkəmizdə aparılan islahatların konkret nəticəsi kimi də dəyərləndirirəm. Düşünürəm ki, bu fakt nəticəsində aparılan siyasi islahatlara, islahatlar barədə verilən anonslara inanmayanlar, ona “dodaq büzənlər” artıq dərslərini almış oldular. Çünki biz bu müsbət başlanğıca inanırdıq, deyirdik və bu gün buna şahidlik edirik.
İqtidar və müxalifət mövqeyindən asılı olmayaraq, hər kəs dövlətçiliyin yanında olmalıdır, siyasətini düzgün ölçüb-biçməlidir ki, düzgün zamanda düzgün yerdə olsun və düzgün qərarların verilməsində iştirak etsin.
Mən şadam ki, bu gün müxalifətçi kimi parlamentdə təmsil olunuruq, qərarların qəbul olunmasında iştirakçıyıq və yaranmış imkandan istifadə edərək məqbul bildiyimiz məsələləri parlamentin tribunasından ictimailəşdiririk.
Kim siyasi müstəvidə inkişaf edən müsbət proseslərdə iştirak edirsə, deməli, düzgün qərar verib. Amma kimlərsə özünü proseslərdən kənar tutmağa çalışırsa, onlar zəif siyasətçilərdir. Çünki hökumətlə əməkdaşlıq və dialoq şəraitində problemlərin həllinə daha tez nail olmaq mümkündür.
-Ali Məhkəmənin Plenumunun qərarı ölkəmizin hüquq sistemində aparılan islahatların nəticəsi olaraq nə kimi əhəmiyyət kəsb edir?
-Təbii ki, ölkəmizdə geniş islahatlar aparılır, bu yöndə anonslar verilib və nəticələr də ortadadır. Bizim daha çox gözləntilərimiz var və ümid edirik ki, islahatlar dərinləşə-dərinləşə gedəcək. Düşünürəm ki, bu islahatlar müəyyən nöqtədə dayanmayacaq. İnanıram ki, verilən anonslar, cənab Prezidentin də bu məsələnin üzərində dayanması ona dəlalət edir ki, ölkəmizdə islahatlar dayanmayacaq, siyasi və hüquqi islahatlar daha da dərinləşəcək. Bundan sonra da hüquq sahəsində cinayətlərin dekriminallaşması, iqtidar-müxalifət münasibətləri inkişaf edəcək. Hesab edirəm ki, islahatların davamı olaraq gələcəkdə “Siyasi partiyalar haqqında” qanunda da bəzi dəyişikliklər edilə bilər.
-Müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Əhməd Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunur. Buna münasibətiniz necədir?
-Azadlıq Partiyasının sədri Əhməd Orucun xəstə olmasına üzülürəm və ona cansağlığı arzulayıram. Cənab Prezidentin onun ailəsinə dəstək olması, müalicəsini öz üzərinə götürməsi alqışalayiq hadisədir. Bu, məhz fərqli düşüncəli insanlarla hakimiyyət arasında çox ciddi körpü yaradılması anlamına gəlir. Həqiqətən də, çox yüksək dəyərə layiq addımdır.
Bu günə qədər də ayrı-ayrı müxalif mövqedə olan şəxslərin müalicəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm addımlar atılıb. Cəmiyyətimizdə də bu kimi xeyirxah addımlar yüksək qiymətləndirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

