/ / Azərbaycanda parlament seçkiləri qanunvericiliyə, beynəlxalq öhdəliklərə uyğun, ədalətli və şəffaf keçirilib
Azərbaycanda parlament seçkiləri qanunvericiliyə, beynəlxalq öhdəliklərə uyğun, ədalətli və şəffaf keçirilib
12.02.2020 [09:49]
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı www.yap.org.az saytına müsahibə verib:
- Məhərrəm müəllim, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləyib. Seçki kampaniyası dövründə təşkilat hansı tədbirlər həyata keçirib?
- Bildiyiniz kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) keçən il dekabrın 6-dan başlayaraq Milli Məclisə növbədənkənar seçkilərlə bağlı geniş fəaliyyət proqramı həyata keçirib. Assosiasiya seçkilərin ədalətli, şəffaf, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini təşkil edib.
Bununla əlaqədar 4 fevral 2020-ci il tarixində ictimaiyyətə Aralıq Hesabat (6 dekabr 2019 - 4 fevral 2020-ci il) təqdim olunub. Hesabatda namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası və AVCİYA-nın seçki və referendumlarda fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Assosiasiya 6 dekabr 2020-ci il tarixində təsdiq edilmiş qrafikə uyğun olaraq regionlarda parlament seçkiləri ilə bağlı maarifçilik tədbirləri, o cümlədən müşahidəçilər üçün seminarlar həyata keçirib. Bu məqsədlə “2020-ci il Milli Məclisə növbədənkənar seçkilərin monitorinqi. Yaddaş kitabçası. Bakı 2020” çap edilib. Bundan başqa, AVCİYA-nın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində regional ofisləri yenidən təşkil edilib.
Assosiasiya belə hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, namizədlər və müşahidəçilər üçün yaradılmış münbit şərait ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verib.
Seçki günü 5 dəfə məntəqələrdəki seçici fəallığının vəziyyəti, müşahidə olunan qanun pozuntuları və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib.
- Parlament seçkilərinin nəticələri ilə bağlı AVCİYA-nın rəyi necədir?
- AVCİYA-nın Milli Məclisə seçkilərin müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış məntəqələrdə seçiçi fəalliğı 48.56 % təşkil etmişdir. Bu da ölkə üzrə rəsmi elan olunmuş ümumi nəticələrə çox yaxındır. Seçki günü ölkə üzrə bəzi məntəqələrdə bir sıra çatışmazlıqlar, o cümlədən bəzi məntəqələrin ərazilərində, bəzi sosial şəbəkə və elektron KİV-lərdə təşviqat materiallarının seçkiyə 24 saat qalmış tam yığışdırılmaması, bəzi məntəqələrdə müşahidəçilərin qeydə alınmasına qeyri-peşəkar yanaşılması və s. hallar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdı. Bu faktlarla bağlı dərhal MSK və MnSK təmsilçiləri ilə əlaqə saxlanılmış, qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Qeydə alınmış bu cür az sayda çatışmazlıqlar seçkilərin ümumi nəticələrinə təsir etmək gücündə olmamışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasında 9 fevral tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkiləri baş tutmuş hesab edir. Assosiasiya bildirir ki, seçkilər qanunvericiliyə, beynəlxalq öhdəliklərə uyğun, ədalətli və şəffaf keçirilmişdir.
- Parlament seçkilərini bir çox beynəlxalq təşkilatların müşahidə missiyaları da izlədi. Beynəlxalq müşahidəçilərin seçki ilə bağlı mövqeyi haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər.
Beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti ölkəmizdə parlament seçkilərinin azad və demokratik keçirildiyini, beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər.
Yalnız Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyaları fərqli mövqe nümayiş etdiriblər.
AVCİYA olaraq bir müddət öncə “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ. MÜQAYİSƏLİ TƏHLİLİ. Bakı 2020” kitabını nəşr etdirmişdik. Kitabda həmin qurumların seçki prosesi ilə bağlı tövsiyələrinə münasibət bildirmişik.
Yəni əvvəldən bilirdik ki, onlar bu cür tövsiyələr irəli sürürsə, deməli qərəzli yanaşmalar olacaq. Bu da özünü doğrultdu. Onlar əvvəlcədən parlament seçkiləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməyə hazır idilər.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41

