İslahatlar dövrün tələbi və reallığıdır
06.12.2019 [09:44]
Milli Məclisin deputatı Kamaləddin Qafarov www.yap.org.az saytına müsahibə verib:
- Kamaləddin müəllim, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsü və bunun əsasında Milli Məclisdə çoxluq təşkil edən YAP deputatlarının müraciəti hansı zərurətdən yaranmışdır?
- Bəri başdan qeyd edim ki, istər politoloji, istərsə də dünya parlamentarizm təcrübəsində yeni olacaq fövqəladə heç nə baş verməyib. Sizin bəhs etdiyiniz və bizim hamımızın, eləcə də cəmiyyətin əksər üzvlərinin normal qarşıladığı məsələ adi bir prosedurdur. Bu tipli qərarlara dünyanın bütün parlamentli ölkələrində rast gəlmək mümkündür.
Bu məsələ ölkəmizin ali qanunvericilik aktlarında da öz əksini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsində Prezidentin Milli Məclisi buraxa bilməsinin forma və qaydaları aydın və birmənalı şəkildə göstərilmişdir. Bu, Prezidentin müstəsna səlahiyyətidir.
Milli Məclisdə YAP-ı təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı müraciət qəbul etməsinə gəlincə isə, qeyd etməliyik ki, bu addım islahatlara dəstək vermək məqsədi və xalqın etimadını yenidən qazanmaq istəyindən qaynaqlanmışdır.
Milli Məclis də Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsinə əsaslanaraq qərar qəbul etmişdir. Əgər çoxluq belə bir müraciət edibsə, demək ki, bu, zəruri və aktualdır. Bir daha vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimiz Konstitusiyanın 109-cu və 98-ci maddəsinə, o cümlədən Seçki Məcəlləsinin 145-ci maddəsinə əsasən seçkiləri təyin etmək səlahiyyətinə malikdir.
Partiyamızın islahatlara üz tutması, islahatların memarı olan Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm İlham Əliyevə dəstək verməsi təbii bir prosesdir. Bu parlament islahatlarının əsas məqsədi ölkədə gedən geniş islahatlar dalğasına sanballı bir dinamika və töhfə verməkdir. Şübhə etmirik ki, YAP-ın irəli sürəcəyi yeni namizədləri - peşəkar siyasi xadimləri, hüquqşünasları və iqtisadçıları - öz işi və davranışı ilə ölkədə hörmət qazanmış bütün kadrları xalqımız dəstəkləyəcəkdir.
- Bu prosesi ictimai, siyasi və sosial həyatın bütün sahələrində geniş vüsət alan islahatların tərkib hissəsi kimi dəyərləndirmək olarmı?
- Əlbəttə, şübhəsiz ki, bu, belədir. İndi genişmiqyaslı struktur, kadr və sosial islahatların reallaşdırılması məqamında parlamentin də islahatların hərəkətverici mexanizmlərindən birinə çevrilməməsi məntiqdən uzaq olardı. Əgər xatırlayırsınızsa, bu ilin aprel ayında geniş miqyaslı ədliyyə-hüquq islahatları keçirildi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalandı. Məhkəmə sistemində islahatlar həyata keçirmədən iqtisadi islahatlara dəstək olmaq qeyri-mümkündür.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədlərindən biri də yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdən ibarətdir. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev gənclər haqqında fəxarətli fikirlər söylədi, onlara çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin nitqinin əsas leytmotivi ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməlidir və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır. “... Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”, - deyə dövlət başçımız vurğulayıb.
Sovetlər dönəmindən qalma bir fikir var: hər şeyi kadrlar həll edir. Müəyyən qeyd-şərtlərlə bu fikirlə razılaşmaq olar. Çünki hansı islahat olursa-olsun, o prosesdə kadrlar yerində deyilsə, uğur gözləməyə dəyməz. Prezidentimiz tərəfindən uğurla reallaşdırılan islahatlardan biri də kadr islahatıdır. Yeni kadrların irəli çəkilməsi, gənclərə etimad göstərilməsi və onların ən yüksək dövlət vəzifələrinə təyin edilməsi kadr islahatının əsas istiqamətlərindən biridir. Lakin bizim daxildən və xaricdən olan bədxahlarımız bu islahata ləkə yaxmağa, ölkəmizin, xalqımızın gələcəyi naminə reallaşdırılan bu islahata kölgə salmağa çalışdılar. Lakin dövlət başçısı neqativ meyillərə qarşı dərhal münasibətini bildirdi və bu siyasətin davamlı və dönməz olduğunu bir daha təsdiqlədi: “Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var, getməlidir - qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq”.
Gördüyünüz kimi, Azərbaycan konstruktiv, səmərəli islahatlar yoluna qədəm qoymuşdur və ölkəmizi bu yoldan heç bir qüvvə döndərə bilməz!
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

