Ölkə iqtisadiyyatı bu il üçün qarşıya qoyulmuş məqsədlərə nail olmaq əzmindədir
08.12.2018 [10:07]
Milli Məclisin deputatı Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, bildiyimiz kimi, noyabrın 30-da Milli Məclis tərəfindən 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər qəbul olundu. İlk olaraq, gələn ilin dövlət büdcəsinin üstün cəhətləri haqqında fikirlərinizi bilmək istərdik...
- Başa çatmaqda olan 2018-ci ilin sosial-iqtisadi nəticələri onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu il üçün qarşıya qoyulmuş məqsədlərə nail olmaq əzmindədir. Aparılmış iqtisadi və idarəetmə islahatları nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub möhkəmlənmiş, manatın kursu sabit olmuş və kursa olan təhlükələrin böyük əksəriyyəti aradan qaldırılmış, qeyri-neft sektoru inkişaf etmiş, ixracın həcmi və strateji valyuta ehtiyatları artmış, yeni iş yerləri yaradılmışdır.
2018-ci ilin 9 ayının nəticələrinə görə büdcə gəlirlərinin yığılmasının proqnozlarına artıqlaması ilə əməl olunması iqtisadi artımın öz əksini büdcədə də tapmasının bir göstəricisidir. Bütün beynəlxalq təşkilatlar (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, AYİB) 2019-cu ildə Azərbaycanda ÜDM-in artmasını proqnozlaşdırırlar. Azərbaycan hökuməti də 2019-cu il üçün ÜDM-in 3,6% artmasını planlaşdırır. Belə bir şəraitdə 2019-cu il dövlət büdcəsinin də bu iqtisadi reallığa əsaslanması qanunauyğundur.
Manat ifadəsində 2019-cu ilin dövlət büdcəsi Azərbaycanın ən böyük büdcəsidir. Büdcənin həm gəlir, həm də xərc hissəsində artım planlaşdırılır. 2019-cu ildə aparılacaq əhatəli vergi islahatlarının nəticələri də büdcədə əks olunmuşdur.
- 2019-cu ilin dövlət büdcəsi həmçinin sosialyönümlü və investisiyayönümlü büdcə kimi səciyyələndirilir. Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin güclü sosial siyasəti hər zaman dövlət büdcəsində də əksini tapıb. 2019-cu il büdcə xərclərinin hər 100 manatından 32 manatının sosial xərclərə, 27 manatının isə investisiya xərcləri olması büdcənin bir tərəfdən sosial təminatı, digər tərəfdən isə iqtisadi aktivliyi dəstəkləyəcəyini deməyə imkan verir.
İnflyasiyanın səviyyəsinin 3,8%, əhalinin real gəlirlərinin artımının isə 5,9% proqnozlaşdırılması əhalinin maddi rifah halına müsbət təsirin olacağını deməyə imkan verir. Təqaüd və sosial müavinətlərin, qaçqın və məcburi köçkünlərə sosial dəstəyin artırılması, sosial mənzillərin tikintisi üçün əlavə vəsaitin nəzərdə tutulması da ciddi məqamlardır.
- Gələn ilin büdcə zərfinə daxil olan digər sənədlərin əhəmiyyəti nədən ibarətdir. Əvvəlki illərlə müqayisədə növbəti il üçün nə kimi müsbət yeniliklər var?
- 2019-cu ilin büdcəsi ilk dəfə olaraq ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş yeni büdcə qaydalarına uyğun hazırlanıb. Bu isə büdcənin icrasının 2019-cu ildə xarici konyunkturada baş verən dəyişikliklərdən, xüsusən də neft qiymətlərinin dəyişməsindən az asılı olacağını deməyə imkan verir ki, bu, çox mühüm yenilikdir.
- Ümumiyyətlə, dövlət büdcəsində qeyri-neft sektorunun çəkisi barədə də fikirlərinizi bilmək istərdik...
- 2019-cu il üçün dövlət büdcəsi gəlirlərinin 40,2%-i qeyri-neft sektoru hesabına formalaşacaq. Ümumilikdə, 2019-cu ildə ÜDM-in 61,6%-i qeyri-neft sektoruna aid olacaq. Növbəti ildən vergi islahatlarının aparılması ölkədə şəffaflığı artıracaq, qeyri-neft sektorunun daha da inkişafına səbəb olacaqdır. Və nəticə olaraq, dövlət büdcəsinin də qeyri-neft sektoru gəlirlərinin gələcəkdə daha da artması hədəflənir.
- Yeri gəlmişkən, hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artım perspektivlərini necə dəyərləndirirsiniz?
- Qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə genişmiqyaslı işlər görülür. Həm sənaye sahəsində, həm aqrar sektorda, həm də xidmət sektorunda görülən işlər bütövlükdə qeyri-neft sektorunda artımın daha da sürətlənməsini şərtləndirəcək.
Qeyri-neft sektorunun 2019-cu ildə 3,9% artım ilə proqnozlaşdırılması görülən işlərin nəticəsi olaraq proqnozlaşdırılıb. Ölkəmizdə qeyri-neft sektoru potensialı çox böyükdür. Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb. Sahibkarların bu imkanlardan daha çox yararlanması və ixracın həcminin daha da artırılması üçün dövlət tərəfindən intensiv tədbirlər görülür. Əminəm ki, növbəti ildə biz Azərbaycan iqtisadiyyatının daha dinamik inkişafının şahidi olacağıq.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

