Azərbaycanda mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərilir
06.07.2018 [14:53]
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, Azərbaycanda həyata keçirilən dövlət mədəniyyət siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. Hazırda mədəniyyət sahəsində həyata keçrilən tədbirləri necə dəyərləndirirsiniz?
- Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən uğurlu siyasət mədəniyyət sahəsini də əhatə edir. Həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər mədəniyyət sahəsində mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirir. Paytaxtda və regionlarda yeni mədəniyyət obyektləri tikilib istifadəyə verilir və ya əsaslı təmir olunur. Mədəniyyət obyektlərinin, xüsusilə də kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması bu sahədə həyata keçirilən stimullaşdırıcı tədbirlər sırasında yer alır. Prezident İlham Əliyev bu sahənin inkişafını xüsusi olaraq diqqət mərkəzində saxlayır və ötən müddət ərzində dövlətimizin başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlar uğurla yerinə yetirilib. Diqqətə çatdırmaq istəyirəm ki, bu müddətdə kitabxana-informasiya sahəsi üzrə (2008-2013), kino (2008-2018) və teatr (2009-2019) sahələri, tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə (2014-2020) dövlət proqramları icra edilməkdədir. Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Davamlı olaraq mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması buna sübutdur. Bütün bunlar Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir. Digər tərəfdən, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür və mövcud reallıqlar, nəticələr olduqca yüksək qiymətləndirilir.
Qeyd etmək istəyirəm ki, mədəniyyət sahəsinin inkişafında, mədəni irsimizin qorunması və dünyada təbliğ olunmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər bütün ölkə ictimaiyyətinə yaxşı məlumdur və xalqımız tərəfindən yüksək qiymətləndirilir.
- Azərbaycanda mədəniyyət sahəsində qanunvericilik bazası hansı səviyyədədir? Bu istiqamətdə yeni qanunların hazırlanması nəzərdə tutulurmu?
- Hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də zəngin qanunvericilik bazası mövcuddur. Bilirsiniz ki, bir neçə il əvvəl ölkəmizdə Mədəniyyət haqqında yeni qanun qəbul edilib və ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl, sistemli və məqsədyönlü işlər görülür. Lakin təbii ki, gələcəkdə zərurət yarandığı halda yeni qanunların qəbul olunması da mümkündür. Çünki zamanın tələbinə müvafiq olaraq ortaya çıxacaq yeni çağırışlar bu sahədə müəyyən təkmilləşmələrin həyata keçirilməsinə zərurət yarada bilər.
- Bildiyimiz kimi, ölkəmiz mədəni-tarixi abidələrlə zəngindir. Bu abidələrin qorunması və gələcək nəsillərə ötürülməsinin önəmi haqda da fikirlərinizi bilmək istərdik.
- Əvvəla qeyd edim ki, tarixi-mədəniyyət abidələrinin qorunması məhz xalqın tarixinin qorunması deməkdir. Bu, hər bir xalq üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Məlumdur ki, ölkəmizdə tarixi-mədəni abidələr qorunur, bərpa edilir və gələcək nəsillərə ötürülür. Bu sahədə müvafiq qərarlar qəbul edilir, görülən işlər tarixi-mədəni abidələrin qorunmasına xidmət edir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Xüsusilə də, regionlardakı tarix və mədəniyyət qoruqlarının fəaliyyəti canlandırılır. Dövlət başçısının sərəncamları ilə Abşeron rayonunda “Yanardağ”, Ağstafa rayonunda “Keşikçidağ”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil edilib. Son illərdə yerlərdə 50-dək tarixi abidə təmir-bərpa olunub.
Ümumiyyətlə, tarixi abidələrin qorunması istiqamətində tədbirlər sistemli şəkildə həyata keçirilir. Buna paralel olaraq muzeylərimiz bərpa olunur, demək olar ki, bütün rayonlarda kifayət qədər zəngin olan tarix-mədəniyyət mərkəzləri var. Abidələr bərpa olunur, həmin abidələr olan yerlərdə festivallar keçirilir, müxtəlif dillərdə kitablar nəşr olunur, onlayn portallar yaradılıb, bir sıra maddi-mədəniyyət nümunələrimizə beynəlxalq status verilib. Abidələrimizin müəyyən hissəsi artıq beynəlxalq turizm şəbəkəsinə daxildir və turistlər həmin abidələri ziyarətə gəlirlər.
- Jalə xanım, yeri gəlmişkən, tarixi-mədəni abidələrin zənginliyi eyni zamanda, ölkəmizdə turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən faktordur. Sizcə, bu baxımdan, mədəni abidələrimizin xaricdə tanıtımı ölkəmizə turistlərin axınının təmin edilməsində nə dərəcədə rol oynayır?
- Müasir Azərbaycan dövlətinin davamlı inkişafını təmin edən çoxsaylı amillər mövcuddur. Həyata keçirilən davamlı islahatlarla yanaşı, xalqın və dövlətin maraqlarını müdafiə edən addımlar da milli tərəqqiyə müstəsna töhfələr verir. Xüsusilə də, ayrı-ayrı sahələrin inkişafını təmin edən islahat xarakterli tədbirlər mühüm əhəmiyyətə malikdir. Turizmin inkişafı da bu baxımdan strateji əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sənayesi qeyri-neft iqtisadiyyatının genişləndirilməsi istiqamətində aparıcı rol oynamağa başlayıb. Çünki qədim və zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda bu sahənin daha da inkişafı üçün böyük imkanlar var. Son illərdə həm mövcud imkanlardan geniş istifadə olunub, eyni zamanda, dövlət dəstəyi ilə turizmin inkişafı istiqamətində böyük layihələr həyata keçirilib, müasir infrastruktur yaradılıb.
Əlbəttə, Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılması turizmin inkişafını stimullaşdırır. Ümumiyyətlə, Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği istiqamətində həyata keçirilən davamlı tədbirlər təqdirəlayiqdir. Bu qəbildən olan tədbirlər respublikamıza maraq göstərən potensial turistlərdə Azərbaycan barədə dolğun təsəvvürlər formalaşdırmağa xidmət edir. Bütün bunlar ölkəmizin beynəlxalq miqyasda turizm reytinqinin yüksəlməsini təmin edir. Təsadüfi deyil ki, ölkəmizin yüksək səviyyəli turizm imkanları, maddi-mənəvi potensialı ayrı-ayrı ölkələrin mətbuatında da geniş şəkildə işıqlandırılır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

