Şou biznes tək Azərbaycan ərazisində deyil, dünyada olan bir bəladır
06.10.2009 [09:31]
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli SİA-ya müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
- Nuşirəvan müəllim, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi dərc olunub və həmin yazıda Azərbaycanın efir məkanı əsaslı şəkildə tənqid olunub. Bu məsələ ilə bağlı Siz nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi aktual, çox əhəmiyyətli bir yazıdır. Azərbaycanın teleradio məkanında baş verən mövcud vəziyyətin təhlil edilməsi, həlledici məsələlərin qaldırılması və həmin problemlərin həll olunması istiqamətində vəzifələrin müəyyən edilməsi baxımından çox əhəmiyyətli, istiqamətverici bir məqalədir. Bu məqalədə Azərbaycanın efir məkanının və problemlərinin yüksəldilməsi birinci dərəcəli məsələ kimi ortaya qoyulub. Yəni, Azərbaycanda tamaşaçının marağının artırılması məqsədilə işlər görülməsi üçün həm televiziya kanalları rəhbərlərinin, həm də bu sahə ilə bağlı olan insanların, ekspertlərin, mütəxəssislərin və xüsusilə, Milli Teleradio Şurasının üzərinə öz səlahiyyətləri çərçivəsində bir sıra vəzifələr qoyur. Biz bu cür məsələlərə göstərilən diqqətə görə, Ramiz müəllimə öz minnətdarlığımızı bildiririk. Milli Teleradio Şurası öz səlahiyyətləri çərçivəsində efir məkanımızın daha maraqlı, daha düşündürücü, daha maarifləndirici verlişlərin olması üçün müvafiq işlər görəcək. Milli Teleradio Şurasının televiziya kanallarının peşə fəaliyyətinə, yaradıcılıq işlərinə, maliyyə məsələlərinə, kadr siyasətinə qarışmaq ixtiyarı yoxdur. Bundan irəli gələrək də Azərbaycanın teleradio məkanında, o cümlədən özəl telekanallarında şou xarakterli verilişlərin payı daha çoxdur. Həmin verilişlərin həddindən artıq çox olması, onlarda şitlik, bayağılıq, sünilik insanların haqlı narazılığına səbəb olur. Bu verilişlərin əsas aparıcı missiyası, müğənni və aktyorların üzərinə qoyulur. Beləliklə, bütün bunlara ucuz yolla daha şox qazanc götürmək məsələsi kimi baxılır və həmin o müğənnilər cəmiyyətdə örnək rolunda göstərilir. Bu, çox acınacaqlı bir haldır.
- özəl telekanallarda yayımlanan proqramlarda “qaçan SMS”lər vasitəsilə ədəbsiz ifadələrə rast gəlinir. Milli Televiziya və Radio Şurası bu məsələ ilə bağlı hansı tədbirləri həyata keçirir?
- “Qaçan SMS”-lərlə bağlı, bizim böyük narazılığımız var. çünki, həmin SMS-lərdə xeyli ədəbsiz ifadələr işlənirdi, amma indi biz onun qarşısını müəyyən qədər almışıq. çünki, həmin SMS-lər yalnız tanışlıqdan başqa bir şey deyil, yəni tanışlığı efir vasitəsilə aparmaq düzgün deyil. Bizim bununla bağlı da narazılığımız var. Təbii ki, biz televiziya kanallarında keyfiyyət məsələsini birinci dərəcəli məsələ kimi ortaya qoymuşuq. Televiziya kanalları öz reytinqini keyfiyyət hesabına qaldırmalıdır. Hazırki dövrdə bu xidmət sahəsində çalışan insanların sayı artır, yəni məhsuldar fəaliyyətlə məşğul olan insanların sayı azalır. Onların sayı artdıqca həmin psixologiyaya uyğun olan verilişlərin sayı da artır. Ona görə də televiziya kanalları, xüsusən özəl televiziya kanalları çalışırlar ki, o kateqoriyaya uyğun verilişlər hazırlasınlar. Şou-biznes tək Azərbaycan ərazisində deyil, dünyada olan bir bəladır. Bəzi xarici ölkələrdə, hətta bu bəladan yaxa qurtarmaq üçün ictimai televiziyalar yaratdılar. Tamaşaçıların yerli telekanallara marağının azalmasının səbəblərindən biri, Azərbaycanda çanaq antenalarının inkişaf etməsidir. Amma, buna baxmayaraq yerli telekanallar bu rəqabəti görüb üzərində işləməlidirlər. Bütün işləri biznes üzərində qurmalı deyillər.
- Sizcə, Azərbaycanda “Şou-biznes haqqında” Qanun hazırlandıqdan sonra sadaladığınız bu problemlərə son qoyulacaqmı?
- Milli Teleradio Şurası yaradıcılıq işlərinə qarışmır və şou-biznes sahəsi ilə bağlı Qanun bəlkə də, olmalıdır. Ancaq bu cür yollarla şou-biznesi tənzimləmək çətin məsələdir. Ona görə də belə bir qanunun hazırlanması və onun qəbul olunması sonradan böyük problemlər də yarada bilər. Bu şou-biznesi həm dövlət, həm müvafiq qurumlar, həm də ki, televiziya kanalları ilə ictimaiyyət tənzimləsin. Təbii ki, bizim milli-mənəvi dəyərlərimiz var, həmin dəyərlər əsasında televiziya kanalları öz işlərini qursalar, bu qanuna da ehtiyac olmaz. Amma, çox təəssüf ki, narazılıq var deyə, insanlar da bu nöqsanları aradan qaldırmaq üçün hər hansı yollar axtarırlar. Onlar bəzən bunu inzibati metodlarla etmək istəyirlər. Bu haqlı istəkdir və praktiki baxımdan hesab edirəm ki, çox çətin məsələdir. Amma, Milli Teleradio Şurasının qanunvericiliyə uyğun olaraq televiziya kanallarını cərmə etmək və lisenziyaları geri almaq səlahiyyətləri var. Onların içərisində İnzibati Xətalar Məcəlləsində proqrama verilən tələblər və milli-mənəvi dəyərlər olan bənd var. O bəndi əlavə edib cərimə funksiyasını artırmaq olar və o da bir çəkindirici vasitə kimi telekanalların üzərinə daha böyük öhdəlik qoyula bilər. Yəni bu baxımdan biz o işə müəyyən qədər qarışa bilərik. Amma, milli-mənəvi dəyərlər çox geniş bir anlayışdır. Nəyin milli-mənəvi dəyərlər olmasını müəyyən etmək çox çətindir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

