TÖPA beynəlxalq müstəvidə nüfuzlu təşkilat kimi özünü təsdiq edəcək
03.10.2009 [12:08]
Türkdilli ölkələrin Parlament Assambleyasının Baş katibi, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Ramil müəllim, bu günlərdə Türkdilli ölkələrin Parlament Assambleyasının Bakı şəhərində ilk toplantısı keçirildi. ümumiyyətlə, TöPA-nın yaradılmasını necə dəyərləndirirsiniz?
- Uzun müddət idi ki, TöPA-nın yaradılması ideyası müzakirə olunurdu. Türkdilli ölkələrin dövlət başçıları, eləcə də, parlament rəhbərləri bu məsələ ilə bağlı öz mövqelərini dəfələrlə ortaya qoymuşdular. Yəni, çoxdan ideyası olan məsələyə hazırlıq prosesi gedirdi. Nəhayət, bu ilin 28-29 sentyabr tarixində Bakı toplantısında TöPA-nın yaradılması reallaşdı. Bilirsiniz ki, ötən il Türkiyənin Antalya şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrlərinin görüşündə TöPA-nın yaradılması haqqında qərar qəbul edilmişdi. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu təşkilatın yaradılmasına böyük önəm verib və türk dünyasının daha da yaxınlaşmasına xidmət edən qurumun ərsəyə gəlməsi üçün böyük təşəbbüslər göstərib. ümumiyyətlə, dövlətimizin başçısı genişmiqyaslı fəaliyyətilə türk dünyasının lider şəxsi kimi türk xalqları arasında böyük nüfuza malikdir. Bilirsiniz ki, ümummilli liderimiz Heydər Əliyev türk dünyasının birliyinə böyük önəm verirdi və bu istiqamətdə çox vacib addımlar atmışdı. Sevindirici haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimizin siyasətini uğurla davam etdirir.
Bildiyiniz kimi, TöPA-nın Bakı toplantısında qurumun gələcək fəaliyyəti yönümündə əhəmiyyətli qərarlar qəbul olunub. Təşkilatın Nizamnaməsi, Katibliyin Əsasnaməsi təsdiqlənib və təşkilati məsələlər həll edilib.
- TöPA-nın daimi katibliyi Bakı şəhərində yerləşəcək. Katibliyin strukturunun formalaşdırılması haqqında nə deyə bilərsiniz?
- Bütün qərarlar təşkilata üzv dövlətlərin konsensusu əsasında qəbul olunub. Nəzərdə tutulur ki, daimi katibliyə rəhbərlik 4 ildən bir əlifba sırası ilə üzv dövlətlərə keçsin. Qaydaya görə, Baş katib ilk olaraq Azərbaycandan seçilib. Həm ölkə rəhbərliyinin, həm də üzv dövlətlərin etimadı sayəsində mənim namizədliyim irəli sürüldü və dəstəkləndi. Namizədliyim əvvəlcə TöPA-nın Şurası tərəfindən təsdiq olundu, sonra isə plenar iclasda qəbul edildi.
Katibliyin Əsasnaməsinə görə, Baş katib Azərbaycandan olduğu üçün müavinlər Qazaxıstan, Qırğızıstan və Türkiyəni təmsil edirlər. Katiblikdə həmçinin, işçi qruplar da işləyəcək. Bizə göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağıq. Katiblik hüquqi cəhətdən 2010-cu il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Hazırda isə, bu tip strukturlarla görüşlərimiz keçirilir. TöPA-nın yaradılması ilə bağlı bütün beynəlxalq qurumlar məlumatlandırılacaq və gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq. QDİƏT PA, MDB PA kimi təşkilatların fəaliyyət təcrübəsi öyrəniləcək. Həmçinin, təşkilata beynəlxalq status verilməsi ilə bağlı proseslər həyata keçiriləcək.
- Necə hesab edirsiniz, TöPA digər təşkilatlar kimi özünü beynəlxalq aləmdə təsdiq edə biləcəkmi?
- Dörd qardaş və dost ölkə Parlament Assambleyasının yaradılmasında öz qətiyyətli mövqelərini ortaya qoydular. Bu mövqeyin nəticəsi olaraq, qurum fəaliyyət göstərəcək. Biz də bu qətiyyətli mövqe ilə işimizi davam etdirməliyik. Katibliyin fəaliyyət istiqamətlərindən biri də digər beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək və qurumu beynəlxalq müstəvidə layiqincə təmsil etməkdir. İnanırıq ki, TöPA beynəlxalq müstəvidə nüfuzlu təşkilat kimi özünü təsdiq edəcək.
Həmçinin, gələcəkdə TöPA-nın digər beynəlxalq qurumlarda əvvəlcə qonaq, müşahidəçi və sonra üzv statusunda qəbul olunması missiyasının həyata keçirilməsi də mümkündür. Bundan əlavə, 4 ölkənin qanunvericilik sahəsində təcrübə mübadiləsi, vacib məsələlərlə bağlı ortaq müzakirələrin aparılması, beynəlxalq müstəvidə birgə mövqe nümayiş etdirilməsi nəzərdə tutulur.
Gələcəkdə türkdilli muxtar qurumların da təşkilatın işinə cəlb olunması nəzərdə tutulur. Ortaq dil və mədəniyyət məsələləri, iqtisadi, ticarət əlaqələri yönündə də mühüm addımlar atılacaq. TöPA-nın fəaliyyətinin mətbuat vasitəsilə ictimaiyyətə çatdırılması da vacib məsələlərdəndir. Katiblik olaraq bu işləri həyata keçirmək üçün üzərimizə mühüm vəzifələr düşür.
- özbəkistanla Türkmənistanın təşkilata qoşulması istiqamətində iş aparılacaqmı?
- TöPA-nın Bakı toplantısında parlament sədrləri belə bir arzunu ifadə etdilər. Onlar özbəkistan və Türkmənistanın Parlament Assambleyasına üzv olmasını lazımlı hesab etdilər. Amma bu ölkələrin özləri müstəqil qərar verməlidirlər. Təbii ki, biz də bu dövlətlərin ortaq fəaliyyətimizin içərisində yer almasını istəyirik və bu istiqamətdə iş aparılacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22

