İlham Əliyev rəhbərinə və dövlətinə güvənən xalqın səsidir
06.04.2018 [10:29]
Milli Məclisin deputatı Rəşad Mahmudov www.yap.org.az saytına müsahibə verib:
- Rəşad müəllim, Azərbaycan xalqı aprelin 11-də keçiriləcək prezident seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Düşüncələriniz nədən ibarətdir?
- İyirminci yüzilliyin 69-cu ilindən bəri dövlətimizin bütün parlaq xatirələrinə, siyasi-tarixi fədakarlıq səhifələrinə, ən işıqlı, barlı-bəhrəli ideya və düşüncələrinə görə Azərbaycan xalqı məhz Ulu öndərimiz Heydər Əliyev epoxasına borcludur. O, müstəqil Azərbaycan dövlətinin təməlini ölkəyə rəhbərliyinin məhz ilk dövründə qoymuşdu. Bircə faktı qeyd edim: hələ sovet dönəmində respublikada milli hərbi kadrların hazırlığı məqsədilə hərbi məktəblərin açılması, ölkəmizə vacib olan sahələr üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün keçmiş İttifaqın ali məktəblərinə gənclərin göndərilməsi, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması... məhz Ulu öndərimizin o dövrdəki müdrik siyasəti və rəhbərliyi dövründə mümkün oldu. Bu gün böyük iftixar hissiylə bunu yada salırıq və mən hesab edirəm ki, indiki müasir, güclü, müstəqil Azərbaycan, onun beynəlxalq nüfuz qazanması, ölkələr sırasında öncül yerlərdən birini tutması, regionda söz sahibi olması da Ulu öndərimizin uzaqgörən siyasətinin uğurlu davamıdır.
Heydər Əliyev məktəbindən dərs alan möhtərəm İlham Əliyevin son 15 ildəki fəaliyyəti, Onun Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq sahəsində atdığı addımlar da bunu təsdiq edir. Xoşbəxtəm ki, mən də belə bir şəxsiyyətin və rəhbərin siyasi komandasındayam, Onun lideri olduğu partiyanın - Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Mən Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvlərindən biri kimi, millət vəkili kimi, həm də bir həkim kimi tez-tez insanlarla təmasda oluram, xüsusilə xarici ölkələrdə olanda Azərbaycanda gedən quruculuq işləri, inkişaf barədə müxtəlif səviyyələrdə xoş sözlər eşidəndə həm də bu ölkənin vətəndaşı olduğuma görə qürur duyuram. Doğrudan da, Azərbaycan inkişafın dinamikasına görə dünyada lider ölkələrdən sayılır, regionun güc mərkəzi və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsizliyi siyasətinin başlıca təminatçılarındandır. Bu gün Azərbaycan öz rəhbərinə və dövlətinə güvənən xalqın vətənidir!
Bütün bu faktlar cənab İlham Əliyevin on beş illik Prezidentlik fəaliyyətinin yalnız bir hissəsidir. Milli maraqlarımızı qorumaq yolunda, bəzən əsassız təzyiqlərlə üzləşməyinizə baxmayaraq, O, dönmədən ardıcıl, qətiyyətli və dürüst addımlar atır, bu günümüz və gələcəyimizin daha işıqlı olması naminə məqsədyönlü siyasət yeridir. Bu, hər bir Azərbaycan vətəndaşının birmənalı olaraq qəbul etdiyi dinamik inkişafın nümunəsidir.
- Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədləri yerinə yetirərək insanların rifah halını yaxşılaşdıran, ölkəmizi tərəqqi yoluna çıxaran inkişaf siyasətini uğurla davam etdirib. Bununla bağlı nə deyə bilərsiniz?
- Bir mühüm məsələni də qeyd etməyi vacib sayıram: 2003-cü ildən bu yana Ümummilli liderin siyasi varisi kimi məsuliyyətli bir missiyanı öhdəsinə götürən cənab İlham Əliyev fəaliyyətinin həm birinci, həm də ikinci dövründə verdiyi bütün vədləri yerinə yetirib və bununla da O, ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə nail olmaqla Ulu öndərin siyasi kursunu layiqincə davam etdirdiyini təsdiqləmişdir. Onun məhz Ulu öndərin iqtisadi konsepsiyasını uğurla həyata keçirməsi Azərbaycanda müşahidə edilən dinamik yüksəlişə nail oldu; biz indi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq, yeni dövrün sosial-iqtisadi inkişaf strategiyası çevik və işlək mexanizmlər üzərində həyata keçirilir. Həyatımızın bütün sahələrində, o cümlədən səhiyyəmizdə də müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, həmçinin sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi ilə cənab Prezidentin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qısa zaman kəsiyində Azərbaycan iqtisadiyyatının tam hərəkətə gətirilməsi üçün münbit zəmin yaradır. Bir sözlə, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanın təmin edilməsinin və çoxşaxəli islahatların real nəticəsi olaraq nəzərdə tutulmuş bütün proqnozlar gerçəklikdə öz əksini tapdı və tapmaqdadır. Bu isə sözün əsl mənasında davamlı inkişaf deməkdir.
“2007-2015-ci illərdə Xaricdə Təhsil Dövlət Proqramı” çərçivəsində minlərlə gəncimiz xarici ölkələrin ali məktəblərində təhsil almış və hazırda elmin, mədəniyyətin, iqtisadi və siyasi həyatımızın müxtəlif sahələrində uğurla çalışmaqdadır. Bu da insan kapitalına verilən dəyərin ən gözəl nümunələrindən biridir! Bu, əsl dövlət xadiminin strateji düşüncə məhsuludur.
- Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən biri də bütün bölgələrin inkişaf etməsi, əhalinin həyat şəraitinin yaxşılaşmasıdır. Deputatı olduğunuz Astara rayonunun timsalında bu reallıqları necə ifadə edə bilərsiniz?
- Deputatı olduğum Astara rayonunun bir çox ucqar dağ kəndlərinə elektrik enerjisinin və qazın verilməsi, insanların xəyalını qura bilmədikləri uzaq dağ kəndlərinə asfalt örtüklü yolların çəkilməsi, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, idman komplekslərinin tikilməsi, yeni-yeni emal müəssisələrinin, iş yerlərinin açılması - bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi dövründə mümkün olub və bu misal ölkəmizin bütün rayon və şəhərlərinə də xasdır. Xüsusilə qeyd edim ki, cənub regionunun turizm potensialının genişləndirilməsi üçün dəmiryol xəttinin yerinin dəyişdirilməsi barədə verilən tapşırıqlar, 2018-ci ildə Bakı-Astara magistral yolunun istifayə verilməsi hər bir vətəndaşın ürəyincədir və regionun gələcək inkişafında yeni perspektivlərin başlanğıcıdır.
- Rəşad müəllim, bütün bu müsbət gerçəkliklər Azərbaycanın inkişafı, tərəqqisi və yüksəlişini təmin edib. Bu, özünü seçkilərin nəticələrində necə göstərəcək?
- Qarşıdan xalqımızın və dövlətimizin siyasi həyatında ən vacib bir hadisə - prezident seçkiləri gəlir. Hər bir xalq öz azad və mənən təmiz siyasi həyatını qoruyub saxlamaq üçün ilk növbədə öz ləyaqətli rəhbərini seçməlidir. Seçmək və seçilmək hüququ hər bir millətin, hər bir xalqın inkişafının əsasıdır. Prezident seçkiləri isə, ümumiyyətlə, hər bir ölkənin, xalqın siyasi həyatının başlıca, mən deyərdim ki, taleyüklü məsələsidir. Və mən inanıram ki, həmişə olduğu kimi, bu dəfə də böyük Azərbaycan xalqı demokratik və azad prezident seçkisində hamılıqla iştirak edəcək, öz layiqli rəhbərini seçəcək. Bunun üçün dövlətimiz bütün lazımi şəraiti yaradıb. Mən isə öz adımdan qürurla bildirirəm ki, Azərbaycanın gələcəyi naminə səs verəcəyəm. Üzvü olduğum Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm İlham Heydər oğlu Əliyevə səs verəcəyəm! Əminəm ki, bu seçim milyonların ürəyincədir, xalqımız tərəfindən müdafiə olunacaq. Çünki İlham Əliyev rəhbərinə və dövlətinə güvənən xalqın səsidir!
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

