YAP bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar bütün məsələləri həll edib
21.07.2009 [10:04]
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlığı qənaətbəxş səviyyədədir. Bu barədə jurnalistlərin suallarını cavablandıran YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, hakim partiya hər dəfə olduğu kimi, bu dəfə də seçkilərə hazırlıqla əlaqədar bütün məsələləri həll edib:
- Biz bələdiyyə seçkilərinə hazırlıqla bağlı YAP-ın rayon-şəhər təşkilatlarında böyük tədbirlər, zonalarda müşavirələr keçirmişik və bu müşavirələrdə partiyamızın yerli strukturlarının sözügedən seçkilərlə əlaqədar qarşıda duran vəzifələri müəyyənləşdirmişik, fikir mübadiləsi aparmışıq. Təbii ki, indiki şəraitdə namizədlərin irəli sürülməsindən söhbət getmir. Sadəcə, partiyanın bələdiyyə seçkilərinə hazırlığının əsasları müəyyənləşdirilib. Bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçiriləcək və indiki şəraitdə YAP-ın İcra Katibliyinin müəyyən etdiyi xətt ondan ibarətdir ki, hər bir təşkilat gələcək seçkilərdə müəyyən olunacaq namizədlər üzərində iş aparsın, namizədlərin rayon-şəhər təşkilatları çərçivəsində müəyyənləşdirilməsini müzakirələr nəticəsində dəqiqləşdirsin. Eyni zamanda, gələcəkdə YAP-ın namizədləri hər bir bələdiyyə üzrə bir namizəd olmaq etibarilə irəli sürülsün. Bununla yanaşı, biz ümumiləşdirilmiş şəkildə şüarlarımızı və seçki proqramımızı işləməkdəyik.
- Bələdiyyələrin birləşməsi prosesi başlayandan sonra ölkədə yerli özünüidarəetmə orqanlarının sayı 2757-dən təxminən 1500-1600-ə enib. Bu baxımdan, ilkin olaraq, bələdiyyə üzvlüyünə namizədlərinizin sayı təxminən nə qədər olacaq?
- Bələdiyyələr nə qədər olacaqsa, biz o sayda da namizəd irəli sürəcəyik. çalışacağıq ki, bələdiyyələrdə maksimum üstünlüyü əldə edək və namizədlərimizin daha çox bələdiyyələrdə yer almasına nail olaq. Amma, hər halda, son söz seçicilərindir və seçicilərin qəbul etdiyi qərardan asılı olacaq. ümidvarıq ki, apardığımız təşviqat işləri, digər görülən işlər, o cümlədən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətə səs verəcək insanlar YAP-ın timsalında partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcək.
- Mübariz müəllim, fərdi və müstəqil qaydada namizədliyini irəli sürən və yaxud sürmək istəyən YAP-çıların taleyi necə olacaq? Daha doğrusu, YAP onlara da dəstək verəcəkmi?
- Biz nəzərdə tuturuq ki, YAP-ın namizədləri partiya tərəfindən irəli sürülsün və partiyadan kənarda namizədliyini irəli sürən üzvlərimizə tövsiyə edəcəyik ki, onlar bu prosesdə iştirak etməsin. çünki partiya öz namizədlərini irəli sürübsə, o zaman YAP-ın bir dairədə, bir məntəqədə iki namizədlə iştirak etməsi bir az anlaşılmazlıq yarada bilər. Hər halda, partiya üzvləri sərbəstdirlər, amma mən belə düşünürəm ki, partiya üzvü təşkilatın rəsmi namizədinin üzərindən öz namizədliyini irəli sürməyi məqsədəuyğun saymamalıdır. Bir sözlə, biz üzvlərimizə bunu tövsiyə edəcəyik.
- Bəs, müxalifətin bu seçkilərə qatılmaqla bağlı tərəddüdlü mövqe nümayiş etdirməsinə necə yanaşırsınız?
- Seçki Məcəlləsinə görə, siyasi partiyalar bələdiyyə seçkilərinə namizədlərini partiya şəklində irəli sürə bilərlər və sürürlər də. Eyni zamanda, partiya şəklində namizədlərin irəli sürülməsi üçün gərək həmin təşkilatın yerlərdə güclü strukturları və tərəfdarları olsun. İndi Azərbaycanda fəaliyyətdə olan müxalifət partiyalarının zəifliyi və onların yerli təşkilatlarının məhdudluğu həmin qurumların seçkilərə qatılmasını çətinləşdirir, yaxud mümkünsüz edir. Görünür, məhz bu baxımdan, onlar seçkilərə qatılmaqla bağlı bu cür tərəddüdlü mövqe nümayiş etdirirlər. Yenə də qeyd edirəm, əgər onların imkanları olsa, seçkilərdə partiya şəklində iştirak edə bilərlər və öz namizədlərini irəli sürərlər. Mən belə hesab edirəm ki, məhz sosial dayaqların zəifliyi və məhdudluğu nəticəsindədir ki, həmin partiyalar tərəddüd edirlər. çünki, yuxarıda qeyd etdiyim kimi, bu cür iştirak üçün mütləq partiyanın yerli təşkilatları və tərəfdarları olmalıdır. Biz yaxşı bilirik ki, bir çox partiyaların yerlərdə dayaqları və tərəfdarları yoxdur. Mən belə düşünürəm ki, tərəddüdlər məhz bundan irəli gəlir. Bununla yanaşı, həmin təşkilatların partiya kimi seçkilərdə iştirak etmək imkanları olmasa da, hər halda, onların yerlərdə olan nümayəndələri fərdi qaydada seçkilərə qatılacaqlar. Bilirsiniz, seçkilərdə partiya kimi iştirak etmək həm xeyli iş, fəaliyyət, yalnız danışmaq yox, fiziki əmək tələb edir. Amma ölkədəki müxalifət partiyaları fiziki əməkdən daha çox dilə, danışmağa üstünlük verirlər. Onlar əziyyət çəkmək istəmirlər... Bu prosesi həyata keçirmək və onu formalaşdırmaq, rəsmiləşdirmək, irəli aparmaq böyük əziyyət tələb edən bir prosesdir. YAP isə böyük təşkilatdır, çoxsaylı üzvlərə malikdir və özünün potensialından istifadə edərək, bu prosesi həmişə uğurla həyata keçirə bilir. Biz inanırıq ki, bu prosesi də uğurla həyata keçirməyə nail ola biləcəyik.
- Sizcə, seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkədə tam demokratik şərait, ab-hava varmı?
- Hesab edirəm ki, Azərbaycan cəmiyyətində tam demokratik ab-hava var və bu baxımdan, növbəti seçkilər də azad, ədalətli, şəffaf şəkildə keçiriləcək. Buna qanunlar da, Prezidentimiz də, Azərbaycanın ictimai-siyasi həyatı, reallığı da tam təminat verir. Bizim mövcud seçki qanunu təkmil sənəddir. Həmin qanunla azad, ədalətli, demokratik, şəffaf seçkilər keçirmək mümkündür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

