/ / "Prezidentlərin növbəti görüşü zamanı münaqişənin həllində müəyyən addımların atılması mümkün ola bilər"
"Prezidentlərin növbəti görüşü zamanı münaqişənin həllində müəyyən addımların atılması mümkün ola bilər"
11.06.2009 [11:14]
- Novruz müəllim, Fransa Milli Şurasının deputatı Fransua Roşbuyo qondarma “Dağlıq Qarabağ Respublikası”na səfər edib və orada görüşü zamanı bəyan edib ki, xalqların öz müqəddəratını təyinetmə hüququ əsasdır. Bu məsələyə münasibətiniz necədir?
- Belə məsələlərdə Azərbaycana Fransa dövlətinin özünün rəsmi mövqeyi daha vacibdir. Eyni zamanda, həmsədr ölkələrdən biri olan Fransanın parlament üzvünün bu səfəri və açıqlaması normal deyil. Bu məsələ ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini Milli Məclisin növbədənkənar sessiyasında da bildirib. Şübhəsiz ki, belə hadisələr həmin dövlətlərdə münaqişəyə yanaşmanın ədalətli olmadığını bir daha ortaya qoyur. Hesab edirəm ki, bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə qarşı mənfi mövqe nümayiş etdirilməsi, Fransanın nüfuzunu zəiflədir.
- Prezidentlərin növbəti görüşü nə vaxt olacaq?
- Prezidentlərin növbəti görüşü gələn ay baş tuta bilər. Növbəti görüş zamanı müəyyən bir addımın atılması mümkün ola bilər və buna çox böyük ehtiyac var.
-ATƏT-in Minsk qrupu həmsədrlərinin formatının dəyişdirilməsi gündəmə gələ bilərmi?
- Həmsədrlərin fəaliyyəti ilə bağlı Azərbaycan tərəfi dəfələrlə narazılığını bildirib. Həmsədrlər eyni zamanda beynəlxalq hüquq çərçivəsində çıxış edən vasitəçi olmalıdırlar. Bundan əlavə, həmsədr dövlətlərinin mövqeyi bir olmalıdır. Dünyada beynəlxalq hüquq mövcuddur və bu hüququ həmin dövlətlər formalaşdırıblar. Eyni zamanda münaqişənin həllində həmsədr dövlətlərin prezidentləri, xarici işlər nazirləri və digər nüfuzlu şəxsləri iştirak edə bilərlər. Lakin, belə təzyiq olmadığı üçün münaqişənin həllində danışıqlar zamanı irəliləyişlər çox azdır. Düşünürəm ki, həm Rusiya, həm ABŞ, həm də Fransa bu istiqamətdə daha qəti addımlar atmalıdır.
- Novruz müəllim, bu yaxınlarda Bakıya səfər edəcək İsrail prezidenti Şimon Peresin səfər proqramını mümkünsə açıqlayardınız?
- İsrail prezidenti Şimon Peresin Bakıya səfəri zamanı ikitərəfli münasibətlər, indiki durum və gələcək prespektivləri haqqında məsələlər müzakirə olunacaq. Səfər zamanı Şimon Peres Prezident İlham Əliyevlə bir sıra görüşlər keçirəcək.
- Şimon Peresin Azərbaycana səfəri İran hərbi dairələrində radikal qarşılanır. Bu nə dərəcədə düzgündür?
- Bu ay İsrail prezidenti Şimon Peres Bakıya rəsmi səfərə gələcək və bunula əlaqədar İranın bəzi dairələrində etirazlar olması ilə əlaqədar mətbuatda məlumatlar dərc olunur. Əlbəttə ki, İran da Azərbaycanla qonşu dövlətdir, pis-yaxşı əlaqələr saxlayırıq və bunu daha da inkişaf etdirmək əzmindəyik. Lakin, İranda da müxtəlif siyasi dairələr mövcuddur. Son deyilən fikirlər İranın rəsmi mövqeyi deyil. Bunu İranın güc strukturu rəhbərlərindən biri bəyan edib. İranın rəsmi mövqeyini bu ölkənin prezidenti və Xarici İşlər Nazirliyi bildirə bilər. Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət kursu həyata keçirir və öz maraqlarını təmin etmək üçün bu kursu irəliyə aparır. Bizim həyata keçirdiyimiz maraqlar heç bir dövlətin xarici siyasət kursuna zidd deyil. Yəqin ki, bunu İran tərəfi də bilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38

