Təhsilin inteqrasiyası vacib məsələlərdəndir
14.05.2009 [12:11]
- Şahlar müəllim, bu yaxınlarda Rusiyanın paytaxtı Moskva şəhərində beynəlxalq elmi konfransda iştirak etmisiniz. Bu barədə məlumat vermənizi istərdik. ümumiyyətlə, konfransın əhəmiyyəti nədər ibarətdir?
- Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyası və Rusiya Təhsil Akademiyasının təşkilatçılığı ilə keçirilən konfransda iştirak etmək üçün aprelin 23-dən 28-nə qədər Moskvada oldum. Konfransın leytmotivi təhsilin dirçəldilməsi idi. Rusiya prezidenti Dmitri Medvedevin bu sözü (vozrojdenie) konfransın şüarı kimi götürülmüşdü. Konfransda 21 ölkənin nümayəndəsi iştirak edirdi. Aprelin 24-də Pedaqoji və Sosial Elmlər Akademiyasının yığıncağı Moskva Alimlər Evində keçirildi. Hansı ki, bu bina çox tarixi yerdir və tarixi hadisələrlə zəngindir. Saxarovun akademiyadan uzaqlaşdırılmasından tutmuş, Xruşşovun akademiyaya üzv seçilməməsi bu binada baş verib. Yığıncağı Pedaqoji və Sosial Elmlər Akademiyasının prezidenti Valeri Tişkov giriş sözü ilə açdı və bundan sonra çox maraqlı məruzələr dinlənildi. Akademik David Feldşteyn “Təhsil prosesinin nəzəri və metodoloji təminatlı məsələləri və müasir uşaqlığın məğzi” mövzusunda çıxış etdi. Bu mövzunun məcmusu insan faktoru ilə bağlı idi. O, insanların keçdiyi mərhələlərdən olan uşaqlıq mərhələsinə toxundu. Dedi ki, indiki uşaqlıq informasiya-kommunikasiya vasitələrinin əhatəsindədir. Ona görə yüz illər ərzində toplanmış pedaqoji praktika indiki proseslərə təsir edə bilmir. Yəni, uşaqları düzgün tərbiyə etmək üçün mürəkkəb mühit yaranıb. Daha sonra isə təhsilə baxış məsələləri ortaya qoyuldu.
- Alimlərin bu məsələyə dair baxışları necə idi? Müasir təhsil sistemi və təhsil sahəsində inteqrasiya məsələləri müzakirə mövzusu oldumu?
- Bu haqda çıxış edən akademik Mixail Kabatçenko təklif etdi ki, orta məktəblərdə dərsliklərdən tarix fənni çıxarılsın. Pedaqoqların Sülh və Qarşılıqlı Anlaşma Beynəlxalq Hərəkatının Koordinasiya Şurasının prezidenti olan Kabatçenko fikrini belə əsaslandırdı ki, bütün tarix kitabları müharibələrin tarixidir. O, bunun əvəzində dünyanın və ya millətlərin mədəniyyət tarixinin öyrənilməsini təklif etdi.
Növbəti gün isə konfrans Moskva Psixoloji Sosial İnstitutunun binasında keçirildi. İclaslar beş bölmədə davam etdi. Dördüncü bölmədə iştirak və çıxış etdim. Bu bölmə təhsil və sosial-mədəni mühit adlanırdı. Mənim çıxışımın adı “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi və metodologiyası” idi.
- Bu mövzunu seçməkdə zərurət nədən yaranmışdı?
- Təxminən beş-altı il öncə ölkəmizin bəzi rayonlarının məktəblərində 9 ballıq qiymətləndirmə sistemi tətbiq edilməyə başladı. O zaman mən bu sistemi öyrəndim və onun səhv sistem olduğunu gördüm. Eyni zamanda bu məsələni təhsil sahəsinin rəhbərliyinə də çatdırdım. Amma gördüm ki, məsələni elmi və fəlsəfi cəhətdən əsaslandırmasaq, çətin olacaq. çünki artıq mexanizm işə düşmüşdü. Onda mən “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” adlı məqalə ilə çıxış etdim və onu Rusiyada təhsil portallarının birində yerləşdirdim. Göstərdim ki, beş ballıq, on ballıq və ya yüz ballıq qiymətləndirmə şkalaları mümkündür. Amma mümkün olmayanların biri 9 ballıq sistemdir ki, o da bizdə tətbiq olunur.
- Bu sistemin müsbət və mənfi cəhətləri nədən ibarətdir?
- Bilik asan və dəqiq qiymətləndirilməlidir. Şagird biliyi düzgün qiymətləndirilməyəndə, o, özünə qarşı ədalətsizliklə qarşılaşır. Bu gün şagirdin biliyini düzgün qiymətləndirilməyəndə, sabah o, işləyəndə ədalətsiz adama çevriləcək. Bütün bunlar cəmiyyətə təsir edir. Ona görə də biliyin qiymətləndirilməsi pedaqogikanın vacib problemlərindən biridir. Bu məqalə hələ 2004-cü ildə nüfuzlu nəşrlərdən olan “Narodnaya obrazovaniya” jurnalında çap olundu. Bundan bir il keçməmiş isə indiki Rusiya Xalqlar Dostuğu Universitetinin hüquq fakültəsinin 40 illiyi münasibətilə buraxılmış jurnala da həmin məqalə daxil edildi. Beləliklə, bu məqalə Rusiya təhsil ictimaiyyəti arasında geniş yayıldı. Məhz bu səbəbdən də mən həmin konfransa dəvət olunmuşdum. Həm də, o zaman həmin akademiyanın üzvü də seçildim. Ancaq qeyd etmək istəyirəm ki, məqalə pedaqoqlar qarşısında müzakirə olunmamışdı. Təxminən min nəfər alimin iştirakı ilə bu məqalənin təqdimatına ehtiyac duyurdum və bunu da etdim. Eyni zamanda çıxışım zamanı bir məsələ haqqında da fikrimi bildirdim ki, konfrans iştirakçıları üçün gözlənilməz oldu.
- Bu məsələ nə ilə bağlı idi?
- Mən Allahın varlığının riyazi isbatını konfrans iştirakçılarına təqdim etdim. Bu, nə deməkdir? Qısaca bunu belə demək olar:
Yüz suallı bir proqramın 60-nı bilən və 40-nı bilməyən bir öyrənci təssəvür edək. Bilinən hissənin bilinməyən hissəyə nisbətini bir “K” əmsalı ilə işarə edək. Aydındır ki, “K” əmsalı artdıqca, biliklər də artır. “K” sonsuzluğa yaxınlaşdıqca biliyin həcmi də çox böyüyür. Onda biliyi sonsuz olan məxluq kimdir? -sualıma konfrans iştirakçıları yerdən dedilər ki, Allah. Yəni, mütləq biliyə Allah malikdir. “K” sonsuzluğa yaxınlaşanda, bilik mütləq biliyə yaxınlaşır. Biz yalnız bir sahənin mütəxəssisləri ola biliriksə, Allah bütün elmləri bilir. Yer məxluqları ilə səma məxluqları arasında hökmən qadağan olunmuş böyük bilik zolağı var ki, biz heç vaxt bu zolağı keçə bilməyəcəyik.
Xəbər lenti
Hamısına baxİdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23

