/ / Dünyanın siyasi səhnəsində söz sahibi olan təşkilatlarla əməkdaşlıq Azərbaycan üçün çox faydalıdır
Dünyanın siyasi səhnəsində söz sahibi olan təşkilatlarla əməkdaşlıq Azərbaycan üçün çox faydalıdır
12.07.2014 [11:18]
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 12 ili tamam oldu. Sizcə, Dövlət Komitəsi bu illər ərzində qarşıya qoyulmuş əsas məqsədlərinə nə dərəcədə nail ola bilib?
- Diasporla İş üzrə Dövlət Komitəsi dünyaya səpələnmiş azərbaycanlıların təşkilatlanması zərurətindən meydana gəldi. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Hesab edirəm ki, bu illər ərzində əsas məqsədlərdən birinə - azərbaycanlıların təşkilatlanmasına nail olundu. Dünya Azərbaycanlılarının qurultayları keçirildi, onların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən Həmrəylik Xartiyası qəbul olundu, türkdilli ölkələrin diaspor təşkilatları ilə də əlaqələrin qurulmasına və birgə fəaliyyət strategiyasının qəbul olunmasına müvəffəq olduq. Bütün bunları nəzərə alsaq, görərik ki, cəmi bir neçə illik tarixi olan diasporumuz bundan qat-qat artıq yaşı olan bəzi xalqların diasporundan sürətlə inkişaf edib, irəliləyib. Az bir vaxtda biz dünyadakı azərbaycanlıların birliyini təmin edə bilmişik və qarşımıza qoyulan ilkin məqsədlərə çatmışıq. Azərbaycan diasporunun təşkilatlanması işini başa vurmaqla bərabər, türk xalqlarının diasporu ilə birgə fəaliyyətə nail ola bilmişik.
Artıq Azərbaycan diaspor təşkilatları fəaliyyətində yeni mərhələyə keçib. Təşkilatlanma mərhələsini arxada qoymuş diasporumuz daha yüksək, akademik fəaliyyət dönəminə qədəm qoyur. Ötən bu illər ərzində diasporun keyfiyyət tərkibi də dəyişib. Əvvəllər Avropaya yenicə köçüb getmiş, hələ özlərinin yaşayış problemlərini həll etməyə cəhd göstərən azərbaycanlıların yeni nəsli artıq həmin ölkələrin tamhüquqlu vətəndaşlarıdır ki, onlar da öz fəaliyyətlərində Azərbaycanın tanıdılması üçün böyük rol oynayırlar.
- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri necə qiymətləndirərdiniz?
- Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi, əlbəttə ki, ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də, digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da gücləndirir. Bunun nəticəsi olaraq, Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı da artır. Artıq ABŞ-ın 12 ştatı Xocalıda baş verənləri soyqırım kimi qəbul edir. Ötən il Ağ Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar.
- Azərbaycan diasporunun türkdilli diaspor təşkilatları ilə əməkdaşlığı hansı səviyyədədir və bu işbirliyinin gücləndirilməsi üçün daha hansı addımların atılması nəzərdə tutulub?
- Ümumiyyətlə, türkdilli ölkələrlə münasibətlərin inkişafı hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Məhz bu siyasətin nəticəsidir ki, Bakı indiyəcən türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərini bir araya gətirən bir neçə toplantıya ev sahibliyi edib. Bakıda ötən il iki böyük tədbir - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor qurumlarının rəhbərlərinin toplantısı və diaspor təşkilatları rəhbərlərinin Forumu keçirildi. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub. Təbii ki, bizim ən ağrılı məsələmiz olan Qarabağ probleminin həllində, o cümlədən, ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də Xocalıda törətdiyi qətllərin, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsində bu cür birliyin böyük əhəmiyyəti var. Xocalı soyqırımının tanıdılması məqsədilə Avropa ölkələrində, Amerikada keçirdiyimiz tədbirlərin bir çoxunda türk diasporunun dəstəyini görürük. Artıq azərbaycanlıların, demək olar, bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda, türkdilli ölkələrin bayraqları görünür. Hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq arenada mövqeyini daha da gücləndirmək və yaşadıqları ölkələrdə təsir dairəsini artırmaq üçün koordinasiya mərkəzlərinin qurulması prosesinə başlanılıb. İlk mərkəzlərin Berlin, Paris və Vaşinqtonda açılması planlaşdırılıb, sonra isə daha səkkiz ölkədə belə mərkəzin qurulması gözlənilir.
- Az öncə qeyd etdiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi artıq yeni mərhələyə qədəm qoyub. Maraqlıdır, yeni mərhələdə qurumun qarşısında duran əsas hədəflər hansılardır?
- Əlbəttə, Azərbaycan diasporu artıq yeni bir mərhələdədir. Amma 2008-ci ildə qəbul olunmuş Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında əsas fəaliyyət istiqamətləri ilə bağlı bir çox müddəa var ki, hələ də bizim üçün aktualdır. Məsələn, Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdəki azərbaycanlıların inteqrasiyasının sürətləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi, lobbi quruculuğu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayındakı çıxışında xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, Azərbaycan diasporunun iqtisadi və maliyyə gücünün artırılması kimi bir sıra tövsiyələr verib. Bu prioritetlərin reallaşması üçün Dövlət Komitəsi lazımi tədbirləri həyata keçirir, diaspor təşkilatlarının artıq mümkün olduğu qədər akademik fəaliyyət istiqaməti götürməsi, lobbiçiliyin qurulmasında aktiv iştirakı məsələlərinə xüsusi diqqət ayırır. Azərbaycanlı ziyalıların diaspor quruculuğu işinə aktiv cəlb olunması məsələsi də gündəmimizdədir. Elə bu məqsədlə qarşıdakı aylarda Dünya Azərbaycanlı Ziyalılarının Forumunu keçirməyi planlaşdırırıq.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

