/ / Mübariz Qurbanlı: Bizim indiki məhkəmə-hüquq sistemimizdə andlılar institutunun olması məqbul deyil
Mübariz Qurbanlı: Bizim indiki məhkəmə-hüquq sistemimizdə andlılar institutunun olması məqbul deyil
04.06.2014 [09:15]
“Andlıların qərarlarında bir sıra hallarda emosiya üstünlük təşkil edir”
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının Gün.Az-a müsahibəsi:
- Mübariz müəllim, məlum olduğu kimi, “Məhkəmələr və hakimlər haqqında” qanundan andlılar iclasçıları ilə bağlı müddəanın çıxarılması gözlənilir. Siz bu məsələ ilə bağlı nə deyərdiniz?
- Mən özüm də andlılar iclasçıları ilə bağlı müddəanın qanunvericilikdən çıxarılmasının tərəfdarıyam. Bununla belə, müzakirələr zamanı da qeyd etdiyim kimi, həqiqətən anqlo-sakson hüquq sistemində andlılar iclasçıları institutu özünə geniş yer tapıb. Xüsusilə də, Amerika Birləşmiş Ştatlarında bu institut daha geniş yayılıb. Bunun da dərin səbəbi var.
Vaxtı ilə ABŞ-da məskunlaşan əhali arasında hüquqi təhsili olmayanlar var idi və buna görə də, bir cinayət hadisəsi baş verəndə dərhal cinayət hadisəsini araşdırmaq üçün ilk növbədə, əhalinin içərisindən adamlar toplayırdılar.
Ancaq bununla belə, ABŞ-ın özündə də bu sistemin əleyhdarları var. Çünki andlıların çıxardığı qərarlar heç də həmişə ədalətli olmur. Bir sıra hallarda emosiya üstünlük təşkil edir. Vəkilin həmin prosesdə gətirdiyi dəlillər, yaxud da, həmin dəlillərin emosional vəziyyətdə təqdim olunması halları bəzən səhvlərə gətirib çıxarır. Məsələn, ABŞ-ın özündə andlılar iclasçıları tərəfindən çıxarılan hökm əsasında vaxtı ilə bir qrup insana ölüm hökmü vermişdilər, ancaq sonradan bəlli olmuşdu ki, həmin adamlar günahsızdılar.
Yəni, belə hadisələr ABŞ-da dəfələrlə olub. Eyni zamanda, o da bəllidir ki, andlıları daha tez satın almaq olar. Onlara qarşı psixi, yaxud psixoloji təsir hadisələri də kifayət qədər çoxdur və bu təsirləri daha tez etmək mümkündür.
Əlbəttə, bu, heç də o demək deyil ki, biz zamanında andlılar iclasçıları ilə bağlı müddəanı qəbul edəndə bunun tələblərini bilmirdik. Bilirdik, sadəcə, ötən dövrdə bunu yoxlamışıq, praktikada bunun ayrı-ayrı tərəflərinə baxmışıq. İndi də belə hesab edir və bunu da açıqca deyə bilərik ki, bizim indiki hüquq-məhkəmə sistemimizdə andlılar institutunun olması məqbul deyil...
- Andlılar iclasçıları ilə bağlı müddəanın qanunvericilikdən çıxarılması insan hüquqları və azadlıqlarına, vətəndaşların dövlət idarəçiliyində iştirakına və sair məsələlərə öz mənfi təsirini göstərməyəcək ki? Komitənizdə aparılan müzakirələr zamanı bununla da bağlı narahatçılıq ifadə olundu...
- Şəxsən mən belə düşünmürəm və bu yöndə narahatçılığa da elə bir əsas görmürəm. Andlılar oldu-olmadı, məhkəmə çəkişməsində ədalətin əsas ünsürü mənim düşüncəmə görə, burada tərəflərə tam qanun çərçivəsində imkanların yaradılmasıdır.
Yəni, tərəflərin açıq çəkişmə formasında öz fikirlərini ifadə etməsidir. Söhbət müttəhim, ittiham olunan və müdafiə olunan tərəflərdən gedir. Ona görə bu məsələ üzərindən çıxış edərkən demirik ki, biz bunu istəmirik. Çünki biz desək ki, bu tamamilə pis idi, onda sual oluna bilər ki, bəs niyə bunu vaxtilə qəbul etmişdiniz? O, pis deyil.
Sadəcə, məhkəmə sisteminin apardığı islahatlar nəticəsində bu qənaətə gəlirik ki, indiki şəraitdə bu, bizim üçün məqbul deyil və bununla bağlı müddəa qanunvericilikdən çıxarılmalıdır. Beynəlxalq aləmdə, beynəlxalq məhkəmə sistemində çəkişmələr, dartışmalar var. Ölkələr var ki, bundan uzaqlaşır, ölkələr var ki, bunu tətbiq etmək istəyir. Məsələn, Amerika Birləşmiş Ştatlarında andlılar məhkəməsində konsensus var. Andlılardan biri əleyhinə səs versə, qərar qəbul etmək, hökm çıxarmaq mümkün olmur. Rusiyanın özündə isə əksəriyyətin səsverməsi nəzərdə tutulur.
Ona görə də, indiki şəraitdə obyektiv vəziyyət budur ki, bu sistem, bu institut bizim hüquq-məhkəmə sistemimizdə özünün, demək olar ki, tətbiqini tam tapa bilməyib və biz bundan imtina etməli oluruq...
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

