Avropa Parlamentinin Ramil Səfərovun məsələsinə dair qətnaməsi faktları təhrif edir
20.09.2012 [16:16]
- Bir neçə gün əvvəl Avropa Parlamenti Ramil Səfərovun təhvil verilməsi və azad edilməsi məsələsi ilə bağlı qətnamə qəbul etmişdir. Qətnaməyə görə, Avropa Parlamenti Ramil Səfərovun əfv edilməsini onun yalnız cəzasının 25 ilini çəkəndən sonra azad edilə biləcəyi barədə Macarıstanın hakimiyyət orqanlarına diplomatik təminatın pozulması kimi qiymətləndirir. Qətnamədə ədliyyə nazirinin müavininin məktubuna istinad edilir. Həmin təminatın Macarıstan tərəfinə bu məktub vasitəsi ilə verildiyi iddia olunur. Bu yetərincə ciddi ittihamı necə şərh edərdiniz?
- Əvvəlcə deməliyəm ki, qətnamədə adı çəkilən məktub Avropa Parlamentində səsvermə ərəfəsində yayılmışdır. Lakin Macarıstan tərəfinin sorğusu açıqlanmamışdır, halbuki həmin məktub bu sorğuya cavab olaraq yazılmışdı. Deməli, Azərbaycan tərəfinin cavabı, sadəcə, kontekstdən çıxarılıb təqdim edilmişdir. Bununla əlaqədar, məhkum olunmuş şəxslərin təhvil verilməsi haqqında Konvensiyanın bəzi tələbləri barədə ətraflı danışmaq lazımdır. Azərbaycanın və Macarıstanın müvafiq dövlət orqanlarının yazışması, o cümlədən adı çəkilən məktub da məhz bu tələblərlə əlaqədardır.
Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinə görə, məhkum olunmuş şəxsin təhvil verildiyi dövlət hökmün icrasını iki yolla həyata keçirə bilər: o, ya xarici dövlətin məhkəməsinin qərarının yerinə yetirilməsini davam etdirə, ya da bu qərarı məhkəmə proseduru vasitəsilə dəyişə bilər. Başqa sözlə, məhkum olunmuş təhvil verildiyi dövlət xarici dövlətin məhkəməsinin sübut etdiyi faktları və onun qərarında müəyyən edilmiş cəza növünü nəzərə almaqla, yeni məhkəmə hökmü çıxara bilər.
Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndinə əsasən, hökmü çıxaran dövlət müvafiq sorğu göndərdiyi halda məhkum edilmiş şəxsin təhvil verildiyi dövlət göstərilən prosedurlardan hansını seçdiyi barədə məlumat verməlidir. Avropa Parlamentinin qətnaməsində sözügedən məktub da məhz belə sorğuya cavab olaraq göndərilmişdi. Macarıstan tərəfi öz sorğusunda Ramil Səfərovun Azərbaycana təhvil verilməsi ilə əlaqədar iki prosedurdan hansının seçiləcəyi barədə məlumat verilməsini xahiş edirdi. Sorğuda hökmün dəyişdirilməsi ilə əlaqədar prosedurun tətbiq ediləcəyi təqdirdə, Azərbaycan qanunvericiliyinin ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair maddələri barədə Macarıstan tərəfinə məlumat vermək xahiş olunurdu. Çünki Macarıstan məhkəməsinin hökmündə deyilirdi ki, Ramil Səfərovun şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə yalnız o, cəzasının 30 ilini çəkəndən sonra məhkəmədə baxıla bilər.
Ədliyyə Nazirliyinin cavab məktubunda Macarıstan tərəfinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57.3-cü maddəsinin tələbləri barədə məlumat verilmişdir. Həmin maddəyə əsasən, ömürlük həbs cəzasına məhkum edilmiş şəxs məhkəmənin qərarı ilə yalnız cəzasının 25 ilini çəkəndən sonra şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Eyni zamanda, cavab məktubunda deyilirdi ki, Azərbaycan tərəfi hökmün dəyişdirilməsini nəzərdə tutan proseduru tətbiq etmək niyyətində deyil.
Beləliklə, görünür ki, Azərbaycan tərəfinin cavab məktubunda Ramil Səfərovun yalnız cəzasının 25 ilini çəkəndən sonra azad ediləcəyi barədə heç bir “diplomatik təminat” yoxdur. Söhbət yalnız milli qanunvericilik normalarının izahından gedir. Özü də o normaların ki, Azərbaycanın seçdiyi prosedur çərçivəsində tətbiq edilməsi nəzərdə tutulmamışdır.
Eyni zamanda, qeyd etməliyik ki, Ramil Səfərov Azərbaycan Respublikasının Prezidentinin əfv haqqında Sərəncamı əsasında azad edilmişdir. Əfv və şərti olaraq vaxtından əvvəl azad edilmə müxtəlif hüquq mexanizmləridir. Macarıstan məhkəməsinin Ramil Səfərovun cəzasının 30 ilini çəkməyincə şərti olaraq vaxtından əvvəl azad edilməsinə qoyduğu qadağa onun əfv edilməsinin mümkünlüyünə əsla təsir göstərmir. Buna görə də bir daha təkrar etmək istəyirəm ki, Ramil Səfərovun təhvil verilməsi və əfv olunması qüsursuz həyata keçirilmişdir.
- Qətnamənin mətnində “diplomatik təminatların pozulması” barədə tamamilə əsassız ittihamların yer alması nə ilə bağlı ola bilər?
- Qətnamədə təhrif olunmuş faktların yer almasının səbəblərindən biri, güman ki, Avropa Parlamentinin deputatlarının məsələnin hüquqi və digər məqamlarından xəbərsiz olmalarıdır. Yaxud da faktlar müəyyən siyasi məqsədlərə çatmaq üçün təhrif edilə bilərdi. Hər iki halda bu cür vəziyyət Avropa Parlamentinin nüfuzunun artmasına heç də kömək etmir. Axı o, faktiki olaraq, rəsmi sənəd vasitəsilə beynəlxalq ictimaiyyətdə yanlış fikir yaradır. Buna görə də Avropa Parlamentinin bir sıra siyasi qruplarının obyektivlikdən uzaq olan bu cür sənədi dəstəkləməkdən imtina etmələri heç də təəccüblü deyil.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

