Breyvik 77 adam öldürdü, ona 21 il həbs cəzası verildi
04.09.2012 [01:00]
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “newtimes.az” saytına eksklüziv müsahibəsi:
- Novruz müəllim, Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik...
- Macarıstan hökumətinin bu addımı əsl dostluq, əməkdaşlıq, ədalətli, humanist addımıdır və mövcud beynəlxalq hüquq normalarına uyğundur. Macarıstan hökuməti də dünyada və Avropada gedən prosesləri görür, təhlil edir və nəticə çıxarır.
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Strasburq Konvensiyasına uyğun olaraq Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu konvensiyaya əsasən tərəflərin birinin ərazisində məhkum olunmuş şəxs konvensiyanın müddəalarına uyğun olaraq digər dövlətə verilə bilər. Yenə də Konvensiyaya uyğun olaraq hökmün icrası qəbul edən dövlətin qanunvericiliyi ilə tənzimlənir və bu dövlət bütün zəruri qərarları qəbul etməkdə səlahiyyətlidir.
Ramil Səfərov kimdir - əraziləri işğal olunmuş bir ölkənin vətəndaşı və zabiti - zabitin isə əsas vəzifəsi torpaqları qorumaqdır. Hadisələr zamanı ermənilər uşaq vaxtı onun gözləri qarşısında 2 ən yaxın qohumunu öldürüblər, sonra isə digər yaxınlarını qətlə yetiriblər. Ramil Səfərov yeniyetmə ikən qaçqın düşüb, evini, ocağını, ata yurdunu-hər nəyi vardı, tərk etməli olub. Nəhayət, həbsdə olan zaman anası da bu dərdə dözə bilməyib, dünyasını dəyişib.
Macarıstanda NATO çərçivəsində keçirilən təlimlər zamanı 2 ay yarım ərzində bunları yaxşı bilən erməni onu özündən çıxarıb affekt vəziyyətinə gətirmək üçün hər şeyi etmişdi. Sanki bu vaxta qədər ermənilərin etdikləri azmış, üstəlik o, Ramil Səfərovun üzünə xalqını, torpağını, bayrağını təhqir etməkdən belə çəkinməmişdir, ona qarşı psixoloji təxribat metodundan istifadə etmişdir.
Ramil Səfərov 8 il həbsdə qaldı, az vaxt deyil. Ramil Səfərov sağlam düşüncəli, istedadlı bir azərbaycanlıdır. Savadlı, vicdanlı, şərəfini, namusunu qorumağı bacaran bir gəncdir. Ermənistanın Azərbaycana təcavüzü, ərazilərimizin işğalı 25 yaşını təzəcə adlamış bu gənci hər şeydən məhrum etmişdi. Buna dözmək çox çətindir. Buna heç kim dözə bilmir.
Bununla belə, Ramil Səfərov həbsdə olan zaman özünün nümunəvi davranışı ilə seçildi. Bir neçə kitab yazdı, macar dilini və ədəbiyyatını öyrəndi, bir neçə kitabı ana dilinə tərcümə etdi. İki ölkənin əlaqələrinin inkişafına töhfə verdi.
O, Breyvik kimi Hitlerin ideologiyasının əsaslandırılmasına 2000 səhifəlik manifest yazmadı. Breyvik 77 adam öldürdü, ona 21 il həbs cəzası verildi. Qətlə yetirilənlərin hər biri üçün cəmi 3 ay həbs cəzası verildi. Amma Breyviklə bağlı heç bir ölkədən narazılıq bəyanatı gəlmədi.
Dro, Qaregin Njde, Misaq Torlakyan kimilərin rəhbərliyi altında Vermaxt tərkibində erməni legionlarının 11 batalyonda konslagerlərdə xidmətləri indi də qəhrəmanlıq hesab edilir.
Azərbaycanın Xocalı şəhərində 700-ə yaxın uşaq, qadın, qocanı qətlə yetirərək soyqırım törədənlər və bunu etiraf edənlərlə bağlı bu gün də heç bir mövqe bildirilməmişdir. Bütün bunlar beynəlxalq birliyi, dünya ictimaiyyətini düşündürməli, narahat etməlidir. Nə üçün belədir? Təəssüf ki, bu suala hələlik qaneedici cavab almaq mümkün deyil.
- Novruz müəllim, Ramil Səfərovun əfv edilməsi ilə bağlı beynəlxalq aləmdə səslənən reaksiyalarla bağlı nə dəyə bilərsiniz?
- Macarıstan hökuməti bu addımı, məhz, Avropa dəyərlərini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq atmışdır. Bizə qarşı indiyədək mövcud qərəzli mövqe, təəssüf ki, yenə davam edir. Bu başa düşülən deyil. Azərbaycan Prezidenti də, məhz, Avropa dəyərləri əsasında, ədalət və humanizm prinsiplərinə sadiq qalaraq bu addımı atmışdır.
Təəssüflər olsun ki, Ermənistanla Azərbaycan arasında baş verən bütün məsələlərdə Qərb heç bir şeyi nəzərə almadan həmişə Ermənistanın tərəfində mövqe tutur. Artıq bu mövqe o dərəcədə qərəzli formada müşahidə olunur ki, hətta, Qərbin bir çox nümayəndələri, rəsmiləri, deputatları, jurnalistlər, QHT nümayəndələri, strateji araşdırma mərkəzlərinin nümayəndələri və digərləri qeyri-rəsmi söhbətlərdə bunu bizə açıq etiraf edir, təəccübləndiklərini və təəssüfləndiklərini qeyd edirlər.
Regional gərginliyin azalmasına və barışığa gəldikdə, bunları Azərbaycanın 20 ildən artıq işğal altında qalan torpaqlarının azad olunması, erməni silahlı qüvvələrinin hərbi təcavüzünə son qoyulması təmin edə bilər. Zabit Ramil Səfərovu ağır təhqirlər və psixoloji təxribat nəticəsində cinayətə sürükləmək isə regionda gərginliyi artıran faktordur. Bir məsələni də xüsusi qeyd etməyi vacib hesab edirəm. Bu hadisə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin predmetidir və bütün beynəlxalq hüquq normaları çərçivəsində həll edilmişdir. Ona görə də Azərbaycanın heç bir dövlətə bununla bağlı izahat vermək fikri olmamışdır və olmayacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35

