Bakı Kitab Mərkəzində məşhur rusiyalı sənətşünas Zelfira Trequlova ilə görüş keçirilib
13.02.2024 [09:40]
Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Kitab Mərkəzində tanınmış rusiyalı sənətşünas, Rusiya Dövlət Tretyakov Qalereyasının keçmiş baş direktoru Zelfira Trequlova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Görüş çərçivəsində Zelfira Trequlovanın “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabının təqdimatı olub.
Tədbir başlamazdan əvvəl müəllif AZƏRTAC-a müsahibəsində bu kitabın ərsəyə gəlməsində nədən ilham aldığından danışıb: “Tretyakov Qalereyasında saxlanılan rus və sovet rəssamlarının əsərləri bu kitabın yazılmasına ilham verib. Əslində, qəribə də olsa, pandemiya və çox məşhur simalar - aktyor Konstantin Xabenski və müğənni Sergey Şnurovla birlikdə çəkdiyimiz iki filmin çəkilişi buna təkan oldu. Bu filmlərə Tretyakov Qalereyasının XX əsrin ən sevimli sənətkarları haqqında danışdığım “Arzamas” təhsil resursunda çox ciddi podkastlar silsiləsi əlavə edildi. Bu sənətkarlar arasında mənim üçün çox böyük əhəmiyyət kəsb edən dahi sənətkar Tahir Salahov var. Buna görə də kitab onun yaratdığı Qara Qarayevin portreti və digər görkəmli rəssam Erik Bulatovun əsəri haqqında hekayə ilə başa çatır”.
Z.Trequlovanın sözlərinə görə, o, dərin şəxsi baxışını bölüşmək istəyib. “Mən, əlbəttə ki, sənətşünas və peşəkaram. Lakin mən bunu ən geniş auditoriyaya, əlbəttə ki, çox düşündüyüm bəzi sadə, aydın və əsas, lakin əlçatan şeyləri çatdırmaq istəyirdim. Bu kitab, mənə elə gəlir ki, insanı böyük sənətlə dialoq qurmaqdan çəkinməməyə və bu barədə düşünməyə başlamaqdan qorxmamağa sövq etməlidir”, - deyə o fikrini yekunlaşdırıb.
Əməkdar incəsənət xadimi Emin Məmmədov tədbiri açaraq, bir çox layihənin təşkilatçısı olan sənətşünas Zelfira Trequlovanın fəaliyyəti haqqında danışıb. “2015-ci ildə Zelfira xanım Venesiya Biennaledəki Azərbaycan Milli Pavilyonunda olub, burada Heydər Əliyev Fondu, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyinin kolleksiyasından 1960-1980-ci illərin rəssamlarının əsərləri təqdim edilib. Həmin an sərgimizi görən Zelfira xanım bildirib: “Mən bu sərgini Tretyakov Qalereyasında keçirməliyəm”. 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi “Abşeronun bürcü” adlı sərginin qalereyada açılışı olub. Bu sərgidən sonra “Abşeronun bürcü” Sankt-Peterburqda nümayiş olunub”.
Sonra söz kitabın müəllifi Zelfira Trequlovaya verildi. O, Rusiyadan kənarda ilk dəfə kitabının təqdimatının məhz Azərbaycanda, sevdiyi və məmnuniyyətlə gəldiyi Bakıda keçirilməsindən şad və xoşbəxt olduğunu xüsusi vurğulayıb. “Bu gün də istisna deyil. Bizi burada gözəl hava qarşılayıb. Moskva şaxtalarından sonra bu, taleyin hədiyyəsi idi. Sahil boyunca gəzinti, canlı və işıqlı şəhər, sadəcə, heyrətamizdir”, - deyə sənətşünas təəssüratlarını bölüşüb.
O, Leyla Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Daha sonra Zelfira Trequlova gecənin qonaqlarına “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabının yaradılması ideyasından danışıb.
Tədbirin sonunda kitabın müəllifi görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabında XIX və XX əsr Rusiya rəssamları İlya Repin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının məşhur rəsmləri təsvir olunub. Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhəmiyyətli göründüyü barədə bəhs edir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

