6 ay ömür sürən jurnal!
19.05.2023 [11:24]
116 yaşlı “Bəhlul”...
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan satirik jurnalistikasının ən yaxşı nümunələrindən sayılan “Bəhlul” jurnalının 116 yaşı tamam olur. Adını Şərqin folklor qəhrəmanı Bəhlul Danəndədən götürən jurnal 1907-ci ildə mayın 19-da nəşrə başlayıb. Cəmi 6 ay ömür sürən və 9 nömrəsi işıq üzü görən bu jurnalın əsas hədəfi Çar Rusiyasının özbaşınalıqlarını, müsəlman əhalinin çətin həyat şəraitini işıqlandırmaq idi.
Həftəlik satirik jurnal Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə “Kaspi” mətbəəsində nəşr edilirdi. Jurnalın səhifələrində zəhmətkeş kütlənin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılırdı. Dövrün ziyalıları, həmçinin “Dərdmənd”, “Bəhlul”, “İpləmə”, “Düdük” imzaları ilə yazdıqları felyeton və məqalələrdə Çarizmin müsəlman əhaliyə qarşı ayrı-seçkilik siyasətini qınayır, xalqın savadlanmasına çalışırdılar.
“Bəhlul” forma etibarı ilə “Molla Nəsrəddin”ə bənzəyirdi. Jurnalda şəkillər, felyetonlar, satirik şeir, teleqraf xəbərləri, lüğət, tapmaca və başqa yazılar dərc olunurdu. Jurnalın nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilmişdir. Hər iki jurnalın əməkdaşları arasında sıx əlaqə də yaranmışdı.
“Bəhlul”un nəşri də dəfələrlə dayandırılmışdı. Lakin irticanın təqibi “Bəhlul”u öz yolundan döndərə bilmirdi. Onun “Camaata” adlı müraciətində “Molla Nəsrəddin”in bütün islam aləmində ən qabaqcıl ideyaları təbliğ etdiyi və məhz bu səbəbdən mürtəce qüvvələrin onu dağıtmaq, məhv etmək istədiklərini bildirirdi. Jurnal “Oyanın! Oyanın!” - deyə xalqa xitabında “Molla Nəsrəddini qorumağa çağırırdı.
1907-ci ilin noyabr ayınadək cəmi 9 nömrəsi nəşr edilən jurnal “zərərli məsləkinə görə” nəşrini dayandırdı. “Kəlmiyyət”, “Şeypur”, “Zənbur”, “Rəhbər” satirik jurnalları kimi “Bəhlul” da az yaşadı... Lakin bu jurnalın qısa ömrü olsa da, Azərbaycan xalqının millət kimi formalaşmasında mühüm rol oynadı, milli özünüdərk prosesini hədəf tutaraq işıqlandırdı.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan mətbuatının 145 illiyi münasibətilə “Bəhlul” jurnalı kitab formatında çap olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilib. 146 səhifədən ibarət kitab “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

