Açıq qapı günü və ya ucuz ətin şorbası
29.03.2022 [11:19]
İlhamə HƏKİMOĞLU
Martın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Teatr Günü münasibətilə ölkə teatrlarında açıq qapı günü keçirildi.
Nazirlik elan etdi ki, “Teatrda bir gün” adlı layihə Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edəcək. Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olmalı, günün sonunda isə tamaşa izləməli idilər. Tamaşalardan, keyfiyyətdən danışmayacam. Hamısı yüksək səviyyədə hazırlanmışdı. Çatışmayan məqam təşkilatçılığın aşağı səviyyədə olmasıydı. Düzünü desəm, bu tədbirə çoxlu sayda insanın qatılacağını gözləmirdim. Çünki son 10 ildə Azərbaycan teatrlarında tamaşaçı zalları demək olar ki, dolmurdu. Gördüklərim isə yanıldığımı göstərdi.
Elan edildiyi kimi, 28 May metrosu qarşısında dayanmış avtobuslar tamaşaçıları teatrlara pulsuz daşımaq üçün düzülmüşdü. Son karvan deyildiyi kimi saat 6-da yox, 5-də yola düşdü. Avtobusda ön sıralarda oturmuş 4-5 könüllü gənc öz aralarında gülüb-danışır, ətrafda olanlara o qədər də əhəmiyyət vermirdilər. Verilən bütün suallara çiyinlərini çəkib “xəbərimiz yoxdur, biz könüllüyük” cavabını verirdilər. Sanki avtobusla şəhər turuna çıxmaq həvəsilə gəlmişdilər. Yalnız biri özünü daha məsuliyyətli hiss edərək, qısa məlumat verdi ki, kim hansı teatrda istəsə düşə bilər. Bir neçə buklet paylandı. Amma təəssüf ki, bukletlərdə göstəriləcək tamaşalar haqqında ətraflı məlumat yox idi. Sadəcə, tamaşanın adı və vaxtı qeyd edilmişdi. İlk duracaq Akademik Milli Dram Teatrı oldu, təxminən 20 nəfər bu teatrın qarşısında düşdü. Qalanları yola davam etdilər. Az sonra həmin könüllü gənc elan e??i ki, “Azdrama”da qapıları bağlayıblar, tamaşaçıları içəri buraxmayıblar ki, yer yoxdur. Hərçənd hələ tamaşanın başlanmasına 2 saat qalmışdı.
Kukla teatrının da qarşısı qələbəlik idi. Yer olmadığına görə hamını geri qaytarırdılar. Yer tapa bilməyənlər üz tuturdular qalan teatrlara. Gələnlərin sayı çox idi, böyük əksəriyyətini də uşaqlar təşkil edirdi.
Akademik Rus Dram Teatrının əməkdaşları açıq qapı günü olmasına baxmayaraq, heç kimi biletsiz içəri buraxmırdılar, bilet isə yox idi. Demək olar ki, bütün teatrlarda biletlər satılmış, çoxlu sayda dəvətnamə verilmişdi - teatr işçilərinin qohumlarına, tanışlarına. Akademik Musiqili Teatrı da qapıları bağlayıb “yerimiz yoxdur” deməklə canını qurtarmaq istəyirdi. Çünki tamaşaçıların sayı həddən artıq çox idi. Çoxusu ümidini üzüb tamaşa saatını gözləmədən çıxıb getdi. Tamaşa başlamağa bir neçə dəqiqə qalmış rəhbərlik qapıları açıb, hamını içəri dəvət etdi, tamaşaçıların bir çoxu yer tapmayıb pilləkənlərdə oturmalı oldu.
Ən maraqlı məqam isə, Akademik Opera və Balet Teatrında yaşandı. Başqa teatrlardan fərqli olaraq, bu teatr qapılarını səxavətlə insanların üzünə açmışdı. İtalyan bəstəkar Maskanyinin “Kənd namusu” tamaşası oynanılırdı. Təbii ki, italyan dilində. Klassik əsər olsa da, izləyicilərin çoxunun simasına baxınca heç də klassik musiqi həvəskarı kimi görünmürdülər. Yanında 3-4 uşaqla gələni görəsən, qayınanasını, qayınatasını, nənəsini, babasını gətirəni görəsən. Ola bilər ki, tamaşanın adı onları aldatmış, milli tamaşaya baxacaqlarını düşünmüşdülər. Çünki tamaşa başlayandan sonra çoxusunun göstərdiyi reaksiyalar təəssüratımda yanılmadığımı göstərdi. Baş rol ifaçısı İlahə Əfəndiyevanın möhtəşəm ifası, güclü səsi heyran etməyə bilməzi. Vasif Adıgözəlovun dirijorluğu altında orkestr də möhtəşəm ifa sərgiləyirdi. Ümumiyyətlə, canlı musiqi dinləmək üçün Opera teatrı ən gözəl məkandır. Canlı ünsiyyət, canlı sənət, canlı musiqi. Hər şey çox gözəl.
Amma. Amması o idi ki, izləyici kütləsi ilə əsər uyğunsuzluq təşkil edirdi. İfaçının ariyasının zil notlarında arxadakı nənə “bıy, Allah sən saxla bu nə idi belə” deyib qurcuxdu, yanındakı, görünüşündən rayon adamına oxşayan kişi də “səs başıma düşdü, təzyiqim qalxacaq, dur gedək, arvad” deyib ayaqlandı. Bir başqa qadın “bıy, ay bajı, bu niyə çığırır belə?” deməsi, bir başqasının gərəksiz pıqqıldaması ilə hövsələm daraldı. Telefonu açıq qoyub video çəkənlər, zəngə cavab verənlər, azyaşlıların öz aralarında danışması, ayaqları ilə qabaq oturacaqları döyəcləyib narahatlıq yaratması, daha nələr-nələr, onu deməyə əsas verir ki, bizim izləyici mədəniyyətimiz də yüksək formada deyil. Havayıdır deyə hər önünə gələni götürmək olmaz, bu ona bənzəyir ki, sən havayı əlinə keçmiş 36 ölçülü ayaqqabını 40 ölçülük ayağına pərçim edib, yeriməyə çalışırsan. Həm özün də əziyyət çəkirsən, həm də ayaqqabı cırılır.
Hər bir halda, bu kimi tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Dünənki tamaşaçı izdihamı onu deməyə əsas verir ki, insanlarımız pandemiyadan sonra sosiallaşmağa ehtiyac duyurlar, teatrlara bu qədər axının olması bu sənətə olan sevginin itmədiyinin göstəricisidir.
Sadəcə, təşkilatçılığı sonuna qədər yüksək səviyyədə saxlamaq lazım idi. Bir yandan “qapıları açırıq” deyib, bağlı saxlamaq, o biri yandan da bilet satmaq insanları aldatmaq, incitmək deyildi, nə idi? Ən yaxşı halda Qurbanəli bəyin qonaqlığına bənzəmirmi? “Xaltura”ya bəlkə də hər yerdə yer var, amma mədəniyyətin məbədində yox.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

