“Nizamidən Yunusa: bir olmaq” mövzusunda videokonfrans təşkil edilib
27.05.2021 [14:03]
Mayın 25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Nizamidən Yunusa: bir olmaq” mövzusunda videokonfrans təşkil edilib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və iki ölkənin tanınmış elm adamları iştirak edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransı açıq elan edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç bu il mayın 7-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində “Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşanın təqdim edildiyini qeyd edib. Bildirib ki, bugünkü konfransda iki dahi - Nizami Gəncəvi və Yunus Əmrənin bəşəri ideyaları yenidən diqqət mərkəzində olacaq.
Yunus Əmrə İnstitutunun (Türkiyə) rəhbəri, professor Şərəf Atəş çıxış edərək konfransı ortaq mədəni mirasımız olan şairlərimizin təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirib: “İnsanlığı sevmək, bəşəri ideyaları təbliğ etmək türk coğrafiyası alimləri üçün, mütəfəkkirlərinin hər zaman ilkin mövzusu olmuşdur. Azərbaycan adının özündə belə can sözü keçir və dolayısı ilə bu bizim dünyaya anlada biləcəyimiz önəmli bir dəyərdir. Yunus Əmrə və Nizami Gəncəvi bənzərsiz əsərləri və ideyaları ilə yaşadıqları dövrü adlayaraq böyük şair olduqlarını bir daha sübut ediblər. Nizami “Xəmsə”si ilə dünya ədəbiyyatına yeni bir səs gətirən şairdir. Hər iki mütəfəkkir bizim ortaq mirasımızdır”.
Konfransda çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov mötəbər bir konfransın təşkilinə görə Bakı Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirib.
Türk xalqlarının mədəni birliyi və siyasi həmrəyliyi ideyasının böyük tərəfdarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini xatırladan nazir deyib ki, Nizami Gəncəvi və Yunus Əmrə kimi dahi söz-sənət adamlarının həyat və fəaliyyəti təsdiq edir ki, bu birlik təkcə siyasi, hərbi, iqtisadi deyil, mədəni sahədə də çoxəsrlik tarixə malikdir: “Xalqlarımız kimi şairlərimiz, şeirimiz, ümumən mədəniyyətlərimizin də taleyi bir-biri ilə qırılmaz tellərlə bağlıdır və çağımızda bu bağlılıq uğurlu gələcəyimizin əsasında dayanır. Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığı təkcə ədəbi-bədii fakt olmayıb, həm də milli şüurun formalaşmasında bəlli bir mərhələnin göstəricisidir. Osmanlı dövləti Səlcuqlu dövlətinin varisi olduğu kimi, Yunus Əmrə də, əslində, Nizaminin mənəvi varisi idi”.
Nazir qeyd edib ki, milli müəyyənliyin əsas göstəricilərindən biri dildir. Nizami dövrün ənənəsinə uyğun olaraq öz hikmətlər xəzinəsi olan “Xəmsə” və lirik şeirlərini fars dilində, Azərbaycan şairindən bir qədər sonra yaşamış Yunus Əmrə isə türk dilində yazsa da, türkçülük ruhu onların hər ikisinin bədii düşüncəsindən qızıl xətlə keçir: “Nizaminin tanınmış tədqiqatçılarından Yevgeni Bertelsin dili ilə desək, o, türkcə düşünüb, farsca yazırdı və məhz bu daxili dil amili onu türkcə yazıb-yaradan Yunus Əmrə ilə analoji düşüncə məkanına gətirirdi”.
Nizami Gəncəvi və Yunus Əmrənin timsalında Azərbaycan-Türkiyə qardaşlığını önə çəkən Anar Kərimov bu ilin mart ayında Türkiyəyə rəsmi səfərində də bu qardaşlığın bir daha şahidi olduqlarını diqqətə çatdırıb: “Hörmətli mədəniyyət və turizm nazirinə qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu konfrans, eləcə də bəlli istiqamətdə ilin sonuna qədər həyata keçiriləcək layihələr xalqlarımızın tarixi-mədəni birliyinin təsdiqi və möhtəşəm nümayişinə çevriləcək. Diqqətinizə görə hər birinizə minnətdarlığımı bildirir, konfransın işinə uğurlar diləyirəm”.
Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türk dünyası ədəbiyyatının dəyərli təmsilçilərinə həsr edilən konfransa qatıldığına görə məmnunluğunu ifadə edib. O söyləyib ki, bu əlamətdar il bizi bizə anlatmaq üçün bir fürsət yaradıb. Bu konfrans həmin fürsəti dəyərləndirmək üçün atılan addımlardan biridir: “Bu gün geriyə baxsaq, türk dövlətlərinin idarəsi altında olan torpaqların genişliyi qədər mədəniyyətimizin izinin genişliyini də görə bilərik. Çünki biz millət olaraq hər zaman əxlaq, ədalət və firavanlıq kimi ənənələrimizi yaşatmışıq. Bizə elmi ilə, sənəti ilə bunun qapısını açanlar isə heç bir zaman unudulmayacaq qədər dərin fəlsəfi anlama malik mütəfəkkirlərdir. Onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məsuliyyətini hər birimiz vətəndaş olaraq daşıyırıq. Nizami insanların qəlbinə yol tapmış bir könül memarıdır. Bu gün, təəssüf ki, dünyanın hər yerində insanların qəlbinə kölgə salmaqda olan bir qaranlıq var. Nifrətdən, kindən bəslənən bir qaranlıq. Yunusda və Nizamidə əks etdirilən mədəniyyətimiz bu xəstəliyə daha əsrlər öncə qalib gələ bildi. Bizim ümumbəşəri hisslər aşılayan və sülhə səsləyən mədəniyyətimiz var. Sonda isə Azərbaycanın Mədəniyyət Nazirliyinə konfransa dəstəklərinə görə təşəkkürümü bildirirəm”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, Nizami və Yunus Əmrəyə həsr edilən illərin iki xalq olaraq bir arada qeyd edilməsi əlamətdar tarixdir.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Yunus Əmrə və Nizamini Türk dünyasının ortaq fəxrləri adlandırıb. Vurğulayıb ki, Avropa Balzak, Şekspir, Homerlə fəxr etdiyi kimi, Türk dünyası da Nizami və Yunus Əmrə ilə fəxr edir.
Türkiyəli ədəbiyyatşünas Mustafa Özçelik bildirib ki, hər iki şairin ədəbi irsi insanları cəhalətdən eləmə çağırır.
Videokonfransın sonunda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iştirakçılara öz təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

