Nüfuzlu “China Daily” qəzeti “Nizami Gəncəvi İli” haqqında məqalə yayıb
08.01.2021 [08:54]
Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti “Azərbaycan 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib” başlıqlı məqalə yayıb.
AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladığı bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti Nizami Gəncəvinin irsi barədə danışarkən belə deyib: “Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami İli” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir”.
Məqalədə Prezident İlham Əliyevin fikirlərinə istinadla 2019-cu ilin Azərbaycanda digər dahi şair Nəsimi ili olduğu, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairlərinin dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr verdiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən və Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Gəncə şəhərində 1141-ci ildə dünyaya gələn Nizami Gəncəvi Şərq intibahının ən böyük nümayəndələrindən biridir. Şair 5 poemadan ibarət “Xəmsə”si ilə sənət salnaməsi yaradıb. Böyük ədəbiyyat məktəbinin əsasını qoyan Nizami Gəncəvinin əsərləri nadir poetik yenilikləri və universal mövzuları ilə sərhədləri aşaraq, yaxın-uzaq ölkələrin ədəbiyyatına təsir göstərib. Dahi Nizami təkcə poetik istedadı ilə deyil, həm də dərin zəkası ilə fərqlənib.
Yazıda bildirilib ki, Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. Şairin Azərbaycanın bir çox şəhəri ilə yanaşı, Moskva, Sankt-Peterburq, Roma, Kiyev, Pekin, Daşkənd və Kişineuda abidələri var.
Qeyd edək ki, çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə milyonlarla oxucusu olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

