“Mədəni irsimizin səsi” sosial filmi təqdim edilib
01.11.2019 [09:47]
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilən “Mədəni irsimizin səsi” sosial filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, filmdə Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, vandalcasına məhv edilmiş tarixi-mədəni abidələrimiz nümayiş etdirilib. Füzuli rayonunda qədim dövrlərə aid tarixi-mədəni yerlər eləcə də XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim su kəhrizi haqda məlumatlar yer alıb. Bildirilib ki, hələ keçmiş sovetlər dövründə xalqımızın qan yaddaşını təcəssüm etdirən bu mədəni abidələr heç bir əxlaqi dəyərlərə sığmadan müxtəlif təsərrüfat məqsədləri üçün, kimyəvi preparatların saxlanc yeri kimi istifadə edilmiş, bəziləri yandırılmış və ya baxımsız hala gətirilmiş, Böyük Bəhmənli kəndinin yaxınlığındakı qədim şəhərin qalıqları yer üzündən silinərək yerində əkin sahələri salınmışdır.
Qarabağ müharibəsi dövründə bir neçə ay erməni hərbi birləşmələrinin işğalı altında qalan kəndlərimizdəki tarixi-mədəni abidələrin dağıdıldığını, güllə boran edildiyini, uçurulduğunu bildirən BAMF prezidenti Umud Mirzəyev işğal altında qalan yurdlarımızın səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təxirəsalınmaz işlərin görülməsinin vacib olduğunu bildirib. O, film haqda məlumatların ingilis, rus, türk, ərəb dillərində yayımlanacağını vurğulayıb. Abidələrin Mədəniyyət Nazirliyi tərəfindən qismən bərpa olunduğu və hazırda əsaslı təmirə ehtiyacı olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov işğal altında qalan tarixi-mədəni abidələrimizin Ermənistan tərəfindən saxtalaşdırlaraq dünyaya təqdim edildiyini və bu cür filmlərin saxtakarlığın qarşısını almaq baxımından əhəmiyyətli olduğunu bildirib. O, filmin ərsəyə gəlməsinə dəstək göstərdiyi üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli filmin təkcə Füzuli rayonunda deyil, bütün Qarabağda törədilən vandalizm aktlarının dünyaya çatdırılmasındakı əhəmiyyətindən danışıb. O, belə filmlərin mətbuat və sosial şəbəkələr vasitəsilə dünyaya çıxarılmasının vacibliyini vurğulayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva nazirliyin ölkəmizin tarixi-mədəni keçmişi ilə bağlı layihələrə dəstək olduğunu bildirib. Belə filmlərin gənclərin maarifləndirilməsi baxımından zəruriliyini qeyd edib. O, filmin istehsalında BAMF-a və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu cür filmlərin sistemli şəkildə istehsalının və beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə təqdim edilməsinin əhəmiyyətini qeyd edib. Belə filmlərin erməni vandalizmini dünyaya sübut edən maarifləndirici vasitə olduğunu bildirib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin rəhbəri İsrail İsgəndərov və təhsil işçisi, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova belə filmlərin təhsil müəssisələrində gənc nəsil üçün nümayiş etdirilməsinin tarixi yaddaşın bərpası baxımdan əhəmiyyətini vurğulayıblar.
Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi, hüquqşünas Sahib Məmmədov tarixi-mədəni abidələrin işğaldan əvvəlki və müasir vəziyyətinə dair tədqiqatların aparılması və hesabatların hazırlanmasından danışıb.
Jurnalist Fuad Abbasov filmin əhəmiyyətini vurğulayaraq həqiqəti əks etdirən belə ekran əsərlərinin sosial şəbəkələrdə daha aktiv şəkildə yayılması üçün müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edib.
Özbəkistanlı alim-tədqiqatçı Şuhrat Barlas filmin çəkilişlərində iştirakından qürur duyduğunu və filmin Orta Asiya ölkələrində nümayiş etdirilməsinin vacib olduğunu bildirib. O, filmə baxdıqca daşnakların fitnəkarlığı nəticəsində keçən əsrin əvvəllərində Özbəkistanda 1 milyon 700 min insanın öldürüldüyü, yüzlərlə tarixi-mədəni abidənin məhv edildiyi, 3500 caminin dağıdıldığının gözü önündə canlandığını və bundan təsirləndiyini diqqətə çatdırıb.
Qeyd edək ki, filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi, 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayın qarət edilərək yandırılması, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatın talan olunması eləcə də işğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrilməsi, dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edilməsinə dair məlumatlar yer alıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

